1. Oyunda, yarışda, döyüşdə, mübahisədə və s.-də məğlub olmaq, basılmaq, yenilmək. Şahmatda uduzmaq. Yarışda uduzmaq. Müharibədə uduzmaq.
– [Dəstə] kəşfiyyatdan əliboş qayıdarsa, vuruşmanı düşmən mütləq uduzacaqdır.
2. Qumarda pul və ya şeyini baxtalamaq, itirmək, əlindən çıxarmaq.
[Həpo:] Bu gecə on beş tümənin hamısını bir yerdə uduzdum.
[Qayınatası Sürəyyaya:] Daha nə vaxtacan [Səməd] mənim malımı, pulumu aparıb uduzacaq?
3. məc. Üstünlüyünü, yaxşı, əlverişli imkanını, xeyrini, yaxud fürsəti əlindən qaçırmaq, itirmək, malik olduğu və ya ola biləcəyi şeydən məhrum olmaq.
Amma [Koroğlu] tələssin, yoxsa uduzar. “ ”.
Biz əldə edilmiş qələbəni uduzmamaq üçün tədbirlər görməliyik.
Rüstəm bildi ki, işi uduzub.
◊ Ağlını uduzmaq – bax ağıl 1
[Ələsgər:] Bir də ağlını uduzma.