UHUD

hicrətin 3-cü ilində müsəlmanlar və qureyşlilər arasında baş vermiş ikinci böyük döyüş olmuşdur. Bu döyüş Uhud dağının ətəyində baş verdiyi üçün belə adlanır. Döyüşün təşəbbüskarları qureyşlilər olmuşdurlar. Bir il öncə onlar Bədr döyüşündə məğlubiyyətlərinin qisasını almaq və ticarət yollarına nəzarəti ələ keçirmək üçün onlar güclü qoşun yığıb yürüşə çıxmışdırlar. Uhud döyüşü müsəlmanların üstünlüyü ilə başlamışdır. Ancaq, döyüş zamanı buraxılan taktiki səhvlərə görə və qureyşlilərin strateji gedişlərinin nəticəsində üstünlüyü əldən verərək məğlub olmuşdurlar. Buna baxmayaraq məğlubiyyətdən qureyşlilər lazımi qədər yararlana bilməmişdilər. Buna görə də, qısa bir zamanda müsəlmanlar güclərini bərpa edib savaşı davam etdirmişdirlər.
TÜLEYHƏ
UQNUM
OBASTAN VİKİ
Uhud döyüşü
Uhud döyüşü — 23 Mart 625-ci ildə (Hicri təqvimlə 3 Şəvval 3-cü il) hal-hazırkı Ərəbistan yarımadasının şimal-qərbində yerləşən Uhud dağında, Mədinədə məskunlaşan Müsəlmanlar ilə Məkkəli Əbu Süfyanın başçılıq etdiyi ordu arasında baş vermişdir. Döyüşün gedişində baş verən ən önəmli hadisələrdən biri də İslam peyğəmbərinin əmisi Hz. Həmzənin öldürülməsidir. Döyüşün baş tutma səbəbi Məkkəli Müşriklərin Bədr döyüşündə aldıqları məğlubiyyətin qisasını almaq istəmələri, verdikləri itkiləri unutdurmaq və müsəlmanların aldıqları qələbədən sonra yüksələn döyüş əhval-ruhiyyəsini aşağı salmaq idi. Məkkə ordusu 11 mart 625-ci ildə Məkkədən Mədinəyə doğru hərəkət etdi. Müsəlmanlar da döyüş üçün hazır idilər. Qısa müddət sonra hər iki ordu Uhud dağının yamaclarında üz-üzə gəldi. Məhəmməd peyğəmbər iki ordunun qarşılaşdığı Uhud dağındakı dar keçidin hər iki tərəfinə də oxçuları yerləşdirdi. Bu Məkkəlilərin dağın ətrafını dolanaraq arxadan müsəlmanlara hücüm etməsinin qarşısını almaq üçün idi. Oxçulara xəbərdarlıq edilmədən yerlərini tərk etməmək əmrini verdi.