unifikator
uniformalı
OBASTAN VİKİ
Uniforma
Uniforma (lat. forma "forma", lat. uniformis "eyni"), mundir — eyni tikilişli, parça tipi və xüsusi xidməti geyim. Məqsəd ictimaiyyətdə mundir daşıyıcısının mənsub olduğu struktur haqqında vahid təsəvvür yaratmaqdır. XX əsrdən bəri bəzi məktəblərdə şagirdlər arasında sosial bərabərliyi təmin etmək üçün şagirdlərin mütləq məktəb uniforması geyinməsi tələb olunur.
Məktəb uniforması
Məktəb forması - məktəbdə və ya digər təhsil müəssisəsində tələbələr tərəfindən geyilən uniforma. Məktəb geyimlərinin məqsədi şagirdlər arasında bərabərliyi təmin etməkdir və müxtəlif ölkələrdə ibtidai və orta məktəblərdə geniş yayılmışdır. Ümumiyyətlə kişi tələbə forması uzun şalvar, ağ köynək, qalstuk və gödəkçə, qadın tələbə forması isə ətəklərdən, uzun və ya diz üstü corablardan, qalstuk, köynək və sviterlərdən ibarətdir. İngiltərə, Türkiyə və ya Azərbaycan kimi ölkələrdə təhsil pulsuz olsa da, məktəbli formaları ödənişli ola bilərlər.

Digər lüğətlərdə

балага́нчик диа́гноз латы́шка намо́рщиваться напласто́вываться компенсато́рный мерзля́чка на сопля́х по-морско́му сотвори́ть себе кумира хлебосо́льный хребе́т шепеля́вый лепест draftsman gang-board Levitical pleural Vicky whereabouts автофургон головомойка завхоз иконоборец обессилить