Denis Urubko
Denis Urubko (29 iyul 1973, Nevinnomıssk, RSFSR, SSRİ) — Rus əsilli Qazaxıstanlı alpinist. 2009-cu ildə o, 14 səkkizminliyin hamısını fəth etmiş on beşinci, oksigen balonu istifadə etmədən fəth edən səkkizinci şəxs kimi tarixə düşüb.
2006-cı ildə Urubko yeni sürət rekordunu müəyyənləşdirməklə yanaşı Elbrus dağına sürətli dırmanma yarışında qalib gəlib. O Azau məntəqəsindən zirvəyə 3 saat, 55 dəqiqə, 58 saniyəyə çatıb. Bu fəthdə o təxminən saatda 800 metr şaquli qalxma sürəti ilə 3250 metr məsafəyə şaquli istiqamətdə dırmanıb. Denis Urubko bu zirvəni növbəti tamamlayan iştirakçıdan təxminən 40 dəqiqə tez bitirib. O həmçinin Xan-Tenqri dağ festivalında da qalib gəlib.
Urubko qışda iki 8000 metrdən yüksək zirvəni fəth edib. 2009-cu ildə Simone Moro ilə birlikdə Makalunu və 2011-ci ildə Kori Riçards və Simone Moro ilə birlikdə Gaşerbrum II zirvəsini fəth edib. Urubko həmçinin Ço-Oyu, Manaslu və Broud zirvələrini fəth etmək üçün yeni marşrutlar açıb.