Urvan rayonu
Urvan rayonu (kab.-çərk. Аруан куей, qaraç.-balk. Урван район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Nartkala şəhəridir.
Urvan rayonu Kabarda-Balkariya Respublikasının mərkəzi hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Proxladnenski və Baksan rayonları, şərdə Mayski rayonu, cənub-şərqdə Leskenski rayonu, cənubdan Çerek rayonu, , qərbdən isə Çeqem rayonu. Rayonun sahəsi 458,10 km²-dir.
Kabardin Muxtar Vilayətinin yaradılması haqqında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 1 sentyabrın 1921-ci il fərmanı ilə həmçinin Urvan daireəsidə təşkil olunur.
12 avqust 1926-cı ildə rayon aşağıdakı kənd sovetliklərindən ibarət idi: Staro-Çerekski, II Leskenski , Staro-Leskenski, Uruxski, Arqudanski, Staro-Uruxski, Jemtalinski, Psıqansuevski, Kaxunski, Nijne-Çerekski, Ozrekovski.
24 sentyabr 1926-cı ildə II Leskenski kənd sovetliyindən Erokkovski (Erokko kəndi), Psıqansuevski kənd məclisindən isə Zaraqijski (Zaraqij kəndi) ayrılır.