Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uray
Uray — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Urva
Urva — Azərbaycan Respublikasının Qusar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Urva oyk., sadə. Dağətəyi düzənlikdədir. Urba variantında da qeydə alınmışdır. Kənd bir qrup ləzgi ailəsinin məskunlaşması nəticəsində yaranmış və oradakı Urva pirinin adı ilə adlanmışdır. Tədqiqatçılara görə, oykonim uran dillərindəki ur av sözündən olub, “qala” deməkdir. Lakin bu coğrafi adı Uroba variantında “yüksəklikdə, təpədə olan oba”, “obanın məskunlaşdığı yer, dayanacaq” kimi də izah etmək olar. Türk dillərində ur komponentinin “şiş, çıxıntı”, “dayanacaq” mənalan da vardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2381 nəfər əhali yaşayır.
Ursay (Şaran)
Ursay (başq. Урсай, rus. Урсаево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 8 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Marilər (98%) üstünlük təşkil edir.
Urvan rayonu
Urvan rayonu (kab.-çərk. Аруан куей, qaraç.-balk. Урван район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Nartkala şəhəridir. == Coğrafiyası == Urvan rayonu Kabarda-Balkariya Respublikasının mərkəzi hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Proxladnenski və Baksan rayonları, şərdə Mayski rayonu, cənub-şərqdə Leskenski rayonu, cənubdan Çerek rayonu, , qərbdən isə Çeqem rayonu. Rayonun sahəsi 458,10 km²-dir. == Tarixi == Kabardin Muxtar Vilayətinin yaradılması haqqında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 1 sentyabrın 1921-ci il fərmanı ilə həmçinin Urvan daireəsidə təşkil olunur. 12 avqust 1926-cı ildə rayon aşağıdakı kənd sovetliklərindən ibarət idi: Staro-Çerekski, II Leskenski , Staro-Leskenski, Uruxski, Arqudanski, Staro-Uruxski, Jemtalinski, Psıqansuevski, Kaxunski, Nijne-Çerekski, Ozrekovski. 24 sentyabr 1926-cı ildə II Leskenski kənd sovetliyindən Erokkovski (Erokko kəndi), Psıqansuevski kənd məclisindən isə Zaraqijski (Zaraqij kəndi) ayrılır.
Daniel Uray
Daniel Uray — Fici Həmkarlar İttifaqları Konqresinin rəhbəri.
Yeni Ursay (Bakalı)
Yeni Ursay (başq. Яңы Урсай, rus. Новоурсаево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Ursay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 40 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 85 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (65%), başqırdlar (31%) üstünlük təşkil edir.
Arşay
Arşay (fr. Archail, oks. Archalh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Javi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04009. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 11 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 6 nəfər arasında (15-64 yaş) hamısı iqtisadi cəhətdən aktiv idi (fəaliyyət göstərici 100.0%, 1999-cu ildə 66.7%). Fəal olan 6 nəfərdən 4 nəfər (3 kişi və 1 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın).
Havay
Havay (ing. Hawaii) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Honolulu şəhəridir. == Coğrafi Mövqeyi == Havay arxipelaqı Sakit okeanın mərkəzində 3300 kilometr uzunluğunda böyük bir əyri yaradan, ada və riflərdən ibarətdir. Arxipelaq şərqdə Havay adasında başlayır və təxminən 180-ci meridianda yerləşən Kure atolunda bitir. Havay arxipelaqı 8 böyük adadan təşkil olunub. Bunlar ştatın 99 %-ni təşkil edən Oahu, Havay, Maui, Kauai, Lanai, Molokai, Niihau və Kahoolave adalarıdır. Əhalinin böyük hissəsi elə bu adalarda yaşayır. Sahəsi 8150 km2 olan Havay adası ölkənin 2/3-ni təşkil edir. Yerli əhali bu adanı sadəcə olaraq "Böyük Ada" adlandırır.
Kuray
Kuray (başq. ҡурай, [quˈrɑɪ], tatar. курай) - iki-yeddi barmaqyeri olan uzun bir açıq büllur flüt və başqırdlarının milli alətidir. Ən çox yayılmış kuray tipi, ürəklərdepistil və ya Kamçatka pleurospermum (Pleurospermum uralense) adlanan çırpınan bitkinin kökündən hazırlanmış bir qurudur. Bir qurayenin kökləri 2-3 metr uzunluğundadır. İyul ayında çiçəklər, sonra isə avqust-sentyabr aylarında qurur. Sentyabr ayında kəsilir və quru və qaranlıq yerdə saxlanılır. Uzunluğu bir bitkinin kökünü əhatə edən bir palmanın eni 8-10 dəfə ölçülür. İlk çuxur bitki üstündən dörd barmaqlıq məsafədə, bir-birindən iki barmaq məsafədə növbəti üç dəlik, dördüncü dəlikdən üç barmaqlıq aralıqda beşinci aralıkda aparılmalıdır. Bir quray uzunluğu təxminən 510-810 millimetrdir.
Murzay
Başqırdlar at və ya iri mal-qaranın dərisindən ustalıqla müxtəlif qablar düzəldirdilər. Bu qablar at südünün sağılması, saxlanması, kumıs hazırlanması və gəzdirilməsi üçün istifadə olunmuşdur. Məlumdur ki, başqırdların həyatında bir ərzaq kimi kumısın böyük əhəmiyyəti var. Onlar dəridən mehtərə (murtay), butulka (botlok), vedrə (baş künək) və başqa qabları böyük ustalıqla tikirlər. Bunların içərisində «haba» on çox tutumlu olub 6 ÷ 12 vedrə süd tutur. Başqırdlarda inək əmcəyinin dərisini emal etməklə qida məhsulu saxlamaq üçün düzəldilən dəri qab isə murzay adlanır.
Urnayr
Urnayr — Qafqaz Albaniyasında çar. Alban arşaki hökmdarı. 313-cü ildə Urnayr xristianlığı dövlət dini elan etdi. Mənşəcə Arşakilərdən olan Urnayrın (və onun varislərinin) xristianlığı qəbul etmələri, onların daxili inamları və ya xristianlığa olan meyillərindən daha çox siyasi mülahizələrlə bağlı idi. Monoteist din olan xristianlığın köməyilə Urnayr çoxmillətli alban dövlətini yaratdı. == Həyatı == Hökmdar Urnayrın adı ilk dəfə 313-cü ildə çəkilir. Belə ki, o, Albaniya ərazisində yaşayan tayfaları uzaqgörənliklə birləşdirmək qərarına gəlmiş, bu yolda əsas vasitənin din olmasını anlamışdır. Nəticədə o, 313-cü ildə xristianlığı Albaniyanın dövlət dini elan etmişdir. Təkallahlığı qəbul etməklə o, tayfalarda olan 16 bütləri məhv edir və tayfaları vahid din ətrafında birləşdirirdi. Xristianlığın qəbul edilməsi, həmçinin quldarlıq quruluşunun yeni, feodalizm quruluşu ilə əvəzlənməsi prosesi Albaniyanı daim tabe etməyə çalışan və İran feodalları tərəfindən idarə olunan Sasani dövləti ilə, həmçinin Şərqi Roma (sonralar Bizans) dövləti ilə mübarizə şəraitində baş verirdi.
Uruqvay
Uruqvay (isp. Uruguay) və ya rəsmi adı ilə Uruqvay Şərq Respublikası (isp. República Oriental del Uruguay) — Cənubi Amerikada dövlət. Uruqvay Cənubi Amerikanın cənub tərəfində yerləşir. Qərbdə Argentina, şimal və şərqdə Braziliya ilə həmsərhəddir. Cənubda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Montevideo şəhəri, ümumi sahəsi 176,215 kvadrat kilometr, əhalisinin sayı 3,449,000(2018) nəfərdir. Uruqvay Latın Amerikasında Surinamdan sonra ən kiçik ikinci ölkəsi hesab olunur. 1680-cı ilə qədər ölkədə Portuqallar tərəfindən Sakramento koloniyası yaradılana qədər ərazidə çox az sayıda yerli insan yaşayırdı. Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi mərkəz kimi yaradılmış və bölgənin bütün işlərini buradan aparılması planlaşdırılmışdı.
Əzvay
Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər.
Alabəzək əzvay
Alabəzək əzvay (lat. Aloe striatula) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Arval qardaşları
Arval qardaşları (ing. Arval Brethren; lat. Fratres Arvales) - Qədim Romada aqrar kultu həyata keçirən 12 nəfərdən ibarət kahinlər kollegiyası; üzvləri ömürlük seçilirdi Arval qardaşlarının fəaliyyəti qismən qorunub saxlanmış protokollardan məlumdur; Oktavian Avqust dövründən onları mərmər lövhələrə yazırdılar. Arval qardaşlarının əsas vəzifəsi məhsulun yetişməsinə yardım edən bayramların keçirilməsi idi. Bayramlar Tiber çayının sağ sahilində, mayın sonu - iyunun əvvəllərində 3 gün ərzində keçirilirdi. Yalnız imperator Vespasianın dövründə Arval qardaşlarına yığıncaqlarını keçirmək üçün Forumda ilahə Konkordiyanın məbədində yer verilmişdi. Bayram mərasimləri ciddi nizama salınmış, vacib dua və andlar xüsusi kitablara yazılmışdı. Günlərə bölüşdürülmüş mərasim hərəkətləri şərabın, qurbanlıq heyvanların (donuz, öküz, qoyun) içalatının qurban gətirilməsindən, mərasim ləvazimatının, fetiş-küpələrin tullanmasından, sıyığın, çörəklərin yeyilməsindən ibarət idi. Arval qardaşlarının zahiri əlaməti ağ lentlə hörülmüş sünbül çələngi sayılırdı. Rəvayətə görə, kollegiya ilk dəfə Romulun süd anası Akka Larensiyanın 12 oğlundan təsis olunmuşdu; onlardan biri öldükdən sonra yerini süd qardaşı Romul tutmuşdu.
Arvan dağı
Arvan dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1280,0 m). Müasir relyefda iki konusvari yüksəklik əmələ gətirir.
Aylin Urgal
Aylin Urgal (d.1951, İstanbul - ö.26 Nisan 1985, Bolu) — Türk pop musiqisi sənətçisi.
Ağacşəkilli əzvay
Ağacşəkilli əzvay (lat. Aloe arborescens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik həmişəyaşıl, sukkulent bitki olub, 4 m-ə qədər hündürlüyə malik olur. Gövdəsi budaqlanan seyrəkyarpaqlıdır. Yarpaqları lətli, növbəli, gövdənin yuxarı hissəsi çətirəbənzər, qılıncabənzər, kənarları dişcikli və tikanlı, yuxarı hissəsi çökük, aşağı hissəsi isə qabarıq olub, uzunluğu 20-65 sm, eni 3-6 sm, qalınlığı isə 1,2-5 sm-ə bərabərdir. Çiçəkləri iri (4 sm-dən böyük), çəhrayı, əyilmiş, sadə tac olub, silindrik fırçadan ibarət, uzunluğu 20-40 sm olur. Gürcüstanda çöl şəraitində aprel-noyabr aylarında becərilir. Soyuqlar düşdükdə üstü örtülür. Yayda mütəmadi olaraq gövdəsi, orta və aşağı yarpaqları toplanılaraq şirəsi çıxarılır. Toplanılan gövdənin qalınlığı 12 mm, uzunluğu isə 3-15 sm olmalıdır.
Aşıq Umbay
Aşıq Umbay (Umbay Sadıq oğlu Axundov; 21 mart 1941, Laçın rayonu) — Azərbaycan aşığı, "Əməkdar mədəniyyət işçisi". == Həyatı == Aşıq Umbay 1941-ci il mart ayının 21-də Laçın rayonunun Qarakeçdi kəndində kolxozçu ailəsində anadan olub.1946–1953-cü illərdə 7 illik Qarakeçdi kənd məktəbini, 1953–1959-cu illərdə isə Minkənd kənd orta məktəbini bitirmişdir. 1968-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun tarix fakultəsinə daxil olmuş və 1974-cü ildə həmin institutu müvəfəqiyyətlə bitirmişdir.Gənc yaşlarından aşıq sənətinə böyük maraq göstərən Umbay Gəncəli Aşıq Maisdən 2 il aşıqlıq sənətinin sirlərini mənimsəmişdir. 1971-ci ildə rayonlararası "Gənc Aşıqlar Festivalı"nda birinci yerə çıxmışdır. 1976-cı ildə ümumittifaq festivalının laureatı olub qızıl medal alan Aşıq Umbayın 1989-cu ildə 2 qramafon valı yüksək tirajla satışa buraxılmışdır. 1992-ci ildə "Laçında dillənən saz" adlı şeirlər kitabı 7 min tirajla nəşr edilmişdir. Azərbaycan Dövlət Televiziyasında "Şah İsmayıl" və "Laçın həsrəti" dastanlarını danışmışdır. 1984-cü ildə IV aşıqlar qurultayının üzvü olan Aşıq Umbay 2008-ci ildə keçirilən V aşıqlar qurultayının idarə heyətinin üzvü seçilmişdir.Dövlət tədbirlərində mütamadi iştirak edən Aşıq Umbay hal-hazırda yazıb-yaratmaqla məşğuldur. == Mükafatları == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 15 iyul 2016-cı ildə Aşıq Umbay "Əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif edilib. == Kitabları == "Laçında dillənən saz", 1992-ci il, 7 min tiraj.
Bəxtiyar Ersay
Bəxtiyar Ersay (8 fevral 1969, Çemişgezek[d], Tuncəli ili) — Türkiyə həbi xadimi, general-polkovnik, Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı Azərbaycan Müdafiə Nazirinin müşaviri. == Həyatı == Bəxtiyar Ersay haqda məlumatlar çox azdır. Yalnız onun əslən Türkiyənin Tunceli bölgəsinin Çemisgezek mahalından olduğu bildirilir. Ersay ilk hərbi təhsilini İşıklar hərbi liseyində alıb. Daha sonra isə Türkiyə Quru Qoşunları Hərbi Məktəbinə qəbul olub. Hərbi məktəbi artilleriya üzrə başa vurub və leytenant rütbəsi alıb. O, kapitan rütbəsində hərbi akademiyanı bitirib. Hərbi ataşşe olaraq Tunisdə xidmət etdiyi illərdə də diqqət mərkəzində olub.Müəmmar Qəddafinin ölümü ilə Liviya və Tünisdə başlayan qarmaqarışıq hadisələr zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında general Ersay dayanıb. Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb. Dövlət çevrilişində ittiham edilsə də, cəmi 31 ay həbsdə yatıb.
Dirili Surxay
Dirili Surxay (1902-1945) — aşıq. == Həyatı == Aşıq Surxay Bəyalı оğlu 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı kəndində dоğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdu. Özünü tanıyandan heyvandarlıqla məşğul оlub. Yaylaqları Camal qalağından, qışlaqları Diridağa qədər yоllarda ayaq döyüb, qоyun-quzu оtarıb. Anası Tüкəzban xanım Hacı Abbasəli bəy qızının fiкri Surxayı mоlla, ruhani еtməк idi. Surxay isə bir ucu nimçədən, bir ucu çömçədən yapışıb aşıqlıq еtdi. Dirili Surxay 1945-ci ildə vəfat edib. == Ailəsi == Dirili Surxay Zəhra Mehdi qızı ilə ailə qurmuşdu.
Ersay Üner
Ersay Üner (d.7 oktyabr 1978 Konya,)-Türkiyəli müğənni və şair. İlk öncə Konyada mahnılar ifa edən, səhnə alan Ersay Üner, daha sonra İstanbula gəlir və Demet Akalının musiqi qrupuna daxil olur. Demet Akalının "Afedersin", "Bebek", "Herkes Hak Ettiği Gibi Yaşıyor", "Mucize", "Tatil", "Unuttum" mahnılarının sözlərinin müəllifidir."İki aşık" sinqlı ilə Türkiyə və Azərbaycan hitparadlarına daxil ola bilmişdir.
Furay Sancin
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir.Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi. Ailəsinin başçısı olduqdan sonra soyadını Hiraqa olaraq dəyişmişdir.
Xuray
Xuray (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Xuray (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Havay (Hurand)
Havay (fars. هواي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 743 nəfər yaşayır (167 ailə).
Übray
Übray (fr. Ubraye, oks. Ubraia) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04224. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 105 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 69 yaşda (15-64 yaş arasında) 43 nəfər iqtisadi cəhətdən fəal, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,3%, 1999-cu ildə 66.7%). Fəal olan 43 nəfərdən 38 nəfər (21 kişi və 17 qadın), 5 nəfər işsiz (4 kişi və 1 qadın) idi.
Ünvan
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.