1. Yuxulamaq.
Nəhayət, uyuyan ( f.sif. ) uşaq tərpənib gözlərini açdı.
// Məc. mənada.
Rahat uyu, qəhrəman əsgər! – Uyuyur məncə məzarında sənin; Ağlayan qanlı bir əsrin dərdi.
2. məc. Həyat əsəri göstərməmək, tam sükut içində olmaq, sükuta dalmaq, fəaliyyətsiz, hərəkətsiz halda olmaq.
Qapı təkrar döyüldü, səs sükut içində uyuyan ( f.sif. ) dalana düşüb, əks-sədalar doğurdu.
Yer uyuyur, göy dincəlir; Ətrafa duman çökür.