uzunsov-girdə

uzunsov-girdə
uzunsov-ensiz
uzunsovlaşma 2021
OBASTAN VİKİ
Girdə
Girdə — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağ yaylasındadır. Kənd yaxınlığındakı Girdə dağın adı ilə adlandırılmışdır.
Uzunsov ardıc
Juniperus communis var. saxatilis (lat. Juniperus communis var. saxatilis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinin adi ardıc növünə aid bitki yarımnövü. Kiçik Asiya dan təsvir edilmişdir. Alçaqboyu, yerə sərilən və ya sürülən koldur. Cavan budaqları sarımtıl-qırmızıya çalır. Yaşlı budaqlarının rəngi bozdur, iynəyarpaqları sıx, xətvarı olub, ağ zolaqlıdır. Yarpaqlarının uzunluğu 10-16 mm-ə qədərdir, kirəmit kimi bir-birinin üzərinə sərilmişdir, azca əyridir, neştərvarı-xətvarıdır, ucu qısa və sivridir, üst tərəfi azca novaoxşardır, alt tərəfində küt bir tili vardır. Qozaları saplaqsız və ya qısa ayaqcıqlar üzərində kürəşəkilli, qara rəngdədir, üstündə göyümtül ləkə vardır, diametri 6-9 mm, yarpaqları boyda və ya çox vaxt onlardan bir qədər uzundur.
Uzunsov danaayağı
Uzunsov danaayağı (lat. Arum elongatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü. Çoxillik bitkidir. Kök yumruları yastıtəhərdəyirmidir.Gövdə yarpaq saplağından uzundur. Örtük neştərvaridir, uzanmışdır,xaricdən yaşıl və ya tünd qırmızıdır, sivri sonluğu gərilmişdir. Yarpaqları saplaqdan qısadır,uzanmış-nizəşəkilli formadadır, orta bölümü kütləşmişdir, uzunsovdur, kənardakılar 2-3 dəfə qısadır, qabarıq və ya geriyə qatlanmışdır. Qıça törəmələri iyşəkillidir, qısa saplaq üzərindədir, qalındır və uzunluğu 20 sm-ə qədərdir, örtükdən azacıq qısadır,bənövşəyi və ya tünd-qırmızı rəngdədir. May ayında çiçəkləyir və elə may ayında da meyvə verir. Otlu yamaclarda, dərələrdə, kolluqlarda və meşədə bitir. BQ (Quba), Qobustan, BQ şərq, Kür düzənliyi, KQ (hər yerində) Naxç.
Uzunsov xırdaləçək
Uzunsov xırdaləçək (lat. Erigeron elongatus) — xırdaləçək cinsinə aid bitki növü.
Uzunsov zirinc
Uzunsov zirinc (lat. Berberis oblonga) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Təbiətdə növün arealı Tyan-Şyan və Pamir-Alay dağlarını əhatə edir. Qırğızıstanın Çatkal rayonunda təsvir edilmişdir. Hündürlüyü 2,5 m-dək olan budaqlı koldur. Cavan budaqları qonur, qocaları boz olur. Yarpaqları tərs yumurtavarı, uzunsov və ya ellipsvarı, uzunluğu 6 sm-dək, küt, saplaqlı, kənarları bütöv və ya bir az dişli, üstü bozumtul-yaşıl, alt tərəfi göyümtüldür. İynələri sadə və ya 3 yerə bölünmüş, uzunluğu 15 mm-dəkdir. Çiçəklərin diametri 1 sm-dək, şaxələnmiş süpürgəvarı salxımlarda, əsasən 10-20 ədəd, bəzən çoxdur. Çiçək saplaqlarının uzunluğu 8 mm-dəkdir.
Uzunsov zəravənd
Ağəsməyəbənzər zəravənd (lat. Aristolochia clematitis) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Girdə (Nəmin)
Girdə (fars. گرده‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 379 nəfər yaşayır (103 ailə).
Girdə evkalipt
Girdə evkalipt (lat. Eucalyptus globulus) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür.
Girdə hil
Girdə topalaq
Girdə topalaq (lat. Cyperus rotundus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Girdə xul
Girdə xul (lat. Neogobius melanostomus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Başqa növlərdən bədəninin xarakter quruluşuna görə fərqlənir. == Morfoloji əlamətləri == Baş və bədəni dəyirmi və bir qədər qısaldılmış formadadır. Dodaqları bir qədər ətli formadadır. Alnının eni gözünün diametrinə bərabərdir. Ağzı kiçikdir və gözün ön kənarına qədər çatmır. Qarun üzgəci anusa qədər çatır. Birinci bel üzgəcində böyük qara ləkə olur. Burnu kütdür.
Girdə zəravənd
Girdə zəravənd (lat. Aristolochia rotunda) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Böyük girdə əzələ
Böyük girdə əzələ — Çiyin əzələsi.
Kiçik girdə əzələ
Kiçik girdə əzələ — Yuxarı ətraf əzələsi.