UĞRAMAQ

f.
1. Rast gəlmək, üz-üzə gəlmək, rastlaşmaq.
[Mirzə Səfər:] Qafiyə tapmaqda çətinliyə uğradıqda iki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar. Ə.Haqverdiyev.
[Mansur xan:] Səhərsəhər nə gözəl bir şikara uğramışam. C.Cabbarlı.

2. Düçar olmaq, məruz qalmaq, giriftar olmaq. Bəlaya uğramaq. Fəlakətə uğramaq. Müvəffəqiyyətsizliyə uğramaq.
– Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu, irəlidəki qatar qəzaya uğramışdı. S.Hüseyn.

Синонимы

  • UĞRAMAQ düşmək — dözmək — qatlanmaq
UĞRAMA
UĞRAŞMA

Значение слова в других словарях