VƏDƏ

сущ.
1. назначенный срок, назначенное время. Vədəsi çatdı наступил назначенный срок
2. свидание. Vədə vermək назначить свидание
3. разг. обещание. Boş (quru) vədələr пустые обещания
4. отстрочка. Ona 6 ay vədə verdilər ему дали отстрочку на 6 месяцев
5. время. Bu vədə в это время; vədə olunmaq обусловливаться, быть обусловленным; vədəsinə əməl etmək выполнить, сдержать обещание
◊ vədəsinə xilaf çıxmaq не сдержать данного слова; vədəsini almaq условиться на определённое время; vədə vermək: 1. назначить время; 2. дать срок; heç vədə никогда, çox vədə часто, обычно
VƏD
VƏDƏXİLAF
OBASTAN VİKİ
Vədə (film, 2016)
Vədə (ing. The Promise) — Terri Corcun rejissorluğu ilə çəkilmiş, əsas rollarını Kristian Beyl və Oskar Ayzekin oynadığı, erməni soyqırımından bəhs edən, təqdim edilməsi gözlənilən tarixi dram filmidir. Maykl (Oskar Ayzek) Osmanlı imperiyasının şərqində, Ermənistan ərazisində, kiçik erməni kəndində yaşayır və bu kənddən olan zəngin qıza 400 qızıl sikkə başlıq pulu vəd edir. Vədini yerinə yetirmək üçün o, həmin dövrdə ermənilər arasında tarixi adı ilə Konstantinopol kimi tanınan böyük şəhərə üz tutur. Şəhərdə tibb təhsili alan Maykl nüfuzlu generalın oğlu ilə dostlaşır. "Associated Press" müxbiri olan Kristofer (Kristian Beyl) Konstantinopola gələrkən özü ilə Parisdə böyümüş erməni mənşəli xanım Ananı da bu şəhərə gətirir. Maykl Konstantinopolda Ana ilə görüşür və ona aşiq olur. Osmanlı imperiyasında ermənilərin köçürülməsinə başlanılır. Mayklın bu işlərdən uzaqlaşmaq şansı olsa da, o tələbə yoldaşına kömək etmək üçün müharibəyə gedir. Lakin, zəngin dayısını müdafiə etdiyinə görə sonradan həbsə salınır.
Aslanbek Vədəlov
Aslanbek Vədəlov (3 aprel 1971) — Çeçen səhra komandiri, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, separatçı. ÇİR silahlı qüvvələrinin strukturunda Şərq Cəbhəsi və Şərq Cəbhəsinin Qudermes sektorunda yerləşən qüvvələrə əmr verən şəxs. "Qafqaz Əmirliyi" terror təşkilatının liderlərindən biri, əmir kimi çıxış edən şəxs, Dokka Umarovun ölümündən sonra təşkilat üzrə 1-ci müavin. Birinci və ikinci Çeçenistan müharibələrin iştirakçısı və rus yaşayış məntəqələrinə edilən hücumların təşkilatçısı. 2016-cı ilin noyabrında Türkiyədə tutularaq sərbəst buraxılıb. Sonrakı taleyi haqqında məlumat yoxdur. == Bioqrafiyası == 1971-ci il aprelin 3-də Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Qudermes rayonunun İşxoy-Yurt kəndində anadan olmuşdur. Birinci Çeçenistan müharibəsində separatçıların tərəfində iştirak edir. İkinci Çeçenistan müharibəsinin başlaması ilə Əmir Xəttabın komandanlığı altında olur, "Çeçen İçkeriya Respublikasının Silahlı Qüvvələrinin Qudermes sektorunun" komandiri təyin olunur. Əmir Süleyman Elmurzayevin 2007-ci ilin aprelində ölümündən sonra Şeyx Əbdül-Halim Aslambeki CİR Silahlı Qüvvələrinin Şərq Cəbhəsinə komandir təyin edir.

Digər lüğətlərdə