VƏSİ

is. [ ər. ] köhn. Ölmüş bir adamın vəsiyyətini yerinə yetirən.
Çün Səd istədi ki, məsailini soruşsun, həzrət buyurdu ki, … mənim fərzəndimdən soruş ki, mənim vəsiyyicanişinimdir. M.F.Axundzadə.

VƏSFİ-HAL
VƏSİQƏ
OBASTAN VİKİ
I Pyotrun vəsiyyətnaməsi
I Pyotrun vəsiyyətnaməsi — Rusiya dövlətinin dövlətçilik tarixində çox önəmli mövqeyi ilə seçilən, Rusiya siyasətində maraqlı bir sənəd kimi diqqəti cəlb edir. Bu gün Rusiyada bu sənədin mövcudluğu inkar edilsə də "vəsiyyətnamə"nin mükəmməlliyi, deklarativ xarakteri, öz dövrü üçün dünya proseslərinə verdiyi siyasi traktlaşdırma Avropanın gələcək siyasi modelini formalaşdırmaq təklifləri və nəhayət, böyük fatehlik iddiaları və s. onun həqiqətən mövcud olduğunu sübut edir. "Vəsiyyətnamə"də maraq doğuran əsas cəhətlərdən biri də dövlət başçısı kimi I Pyotrun dinə münasibətidir. Ümumilikdə 12 bənddən ibarət olan bu sənədin IX bəndi həcmcə ən böyük olmaqla əsas hissəsi "məxfi qalsın" başlığı ilə verilib. Məhz bu bənddə I Pyotrun dinə mənfi münasibəti açıqlanaraq dinin dövlət işlərinə qarışması qadağan edilib. Sənəddə deyilir: "Bizim üləmalarımızın bu günə qədər dövlət işlərinə müdaxilə etməsi Rusiya dövlətinin tərəqqisinə mane olmuşdur. Mən öz səlahiyyətlərimdən istifadə edərək onları dövlət işlərindən ayırdım, ruhanilərin dövlət işlərinə müdaxiləsini rədd etdim. İndi onlar adi bir dərəcədə qalmışlar və əl-qol aça bilmirlər. Mən bunu çox böyük zəhmət bahasına etdim.
Siyasi Vəsiyyətim (Hitler)
Siyasi Vəsiyyətim (alm. Bormann Vermerke‎) — Adolf Hitlerin 1945-ci il fevralın 4-dən aprelin 2-nə qədər olan müddətdə dostu Martin Bormana fasilələrlə yazdırdığı 18 qeyddən ibarət kitab. Adolf Hitler "Siyasi Vəsiyyətim" adı altında qələmə aldığı kiçik həcmli bu əsərini müharibənin sonlarına yaxın sığınacaqda yazdığı ehtimal olunur. 1952-1953-cü illərdə Avropanın bir çox ölkələrində "Bormann Vermerke" (Bormanın qeydləri) adı altında nəşr olunan kitab, Hitlerin 1945-ci il fevralın 4-dən aprelin 2-nə qədər olan müddətdə ən etibarlı yoldaşı Martin Bormana fasilələrlə yazdırdığı 18 qeyddən ibarətdir. Kitab Aysel Araz və Rəhim İmranov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Aysel Arazın redaktorluğu, Firdovsi Səfərovun dizayner və rəssamlığı ilə Seymur Həsənli tərəfindən nəşrə hazırlanmış, dekabr 2017-ci ildə Turkkitab.Az tərəfindən Ankarada Bizim Büro Mətbəədə 1000 tirajla 80 səhifədə ilk dəfə nəşr edilib.
Sürücülük vəsiqəsi
Sürücülük vəsiqəsi — hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən o. Bir qayda olaraq, sürücünün nəqliyyat vasitələrini idarə etmək bacarıqları kateqoriyalara bölünməklə göstərilir: A1 — mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün; A — bütün növ motosikletləri idarə etmək üçün B1 — kvadrisiklləri idarə etmək üçün B — aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri; C1 — "D" kateqoriyasına və "D1" altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C — "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D — sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; BE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan "B" kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan "B" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C1E — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; CE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1E — sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; DE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; Tramvay — tramvayları idarə etmək üçün; Trolleybus — trolleybusları idarə etmək üçün. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir: sahibinin soyadı; sahibinin adı və atasının adı; sahibinin doğum tarixi və yeri; sahibinin yaşayış yeri; vəsiqəni vermiş orqanın adı; vəsiqənin verilmə tarixi və yeri; vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix; vəsiqənin nömrəsi; vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü; sahibinin qan qrupu və imzası; xüsusi qeydlər. Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Vəsilə Fəttahova
Vəsilə Fəttahova (tam adı: Vəsilə Rafizovna Fəttahova; başq. Фәттәхова Вәсилә Разиф ҡыҙы; d. 31 dekabr 1979, Beloretsk, Başqırd MSSR, RSFSR, SSRİ – ö. 26 yanvar 2016, Ufa, Başqırdıstan, Rusiya) — başqırd müğənni; Başqırdıstanın (2015) və Tatarıstanın (2015) əməkdar artisti. Vəsilə Fəttahova 31 dekabr 1979-cu ildə Başqırd MSSR-in Beloretsk şəhərində anadan olmuşdur. S. Nizametdinov adına Uçalı İncəsənət və Mədəniyyət Kollecinin xor şöbəsini bitirmişdir. 1999-cu ildə Ufa şəhərinə gəlmiş, Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunun vokal şöbəsinə daxil olmuşdur. Artıq oktyabr ayında o, Aydar Qalimovun qrupunda bekvokal kimi qastrola yollanır. Vəsilə Fəttahova "Tuğan yak", "Yanqış mileş", "Atayım" hitlərinin də ifaçısı idi. Müğənni "Tuğan yak" mahnısı sayəsində populyarlıq qazanmışdır.
Vəsilə Hacıyeva
Vəsilə Hacıyeva (Vəsilə Cümşüd qızı Hacıyeva; 12 aprel 1969, Bakı) — siyasi elmlər üzrə elmlər doktoru, professor. Vəsilə Hacıyeva 12 aprel 1969-cu ildə Bakı şəhərində müəllim ailəsində doğulmuşdur. Atası - Cümşüd Hüseyn oğlu Hacıyev (Türkel) 1936-cı ildə Borçalı mahalının Sarvan (Gürcüstan Respublikasının Marneuli) bölgəsində Hüseyn Məhəmməd ağa oğlu Hacıoğlu və Məşədi Şahval Seyyid Əskər ağa qızı Hacıseyyidlinin (Şahvalın anası Məşədi Faxransa Tiflisin Topçiyevlər nəslindən olmuş və bu nəslin nümayəndələri həm də Topçubaşov soyadını daşımışlar) övladı olaraq dünyaya gəlmiş, 1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya Fakültəsində tələbə olarkən tələbə dissident hərəkatının, 1980-ci illərin sonu və 90-cı illərin əvvəlində Milli Azadlıq Hərəkatının fəal iştirakçısı, öncə Birlik Partiyasının ideoloqu və qurucusu, daha sonra isə Türk Dünyası Birliyi Partiyasının qurucusu və lideri olmuşdur. 11 noyabr 2004-cü ildə vəfat etmişdir. Anası - Şövqiyyə Məhyəddin qızı Hacıyeva 1943-cü ildə Ağdaş şəhərində müəllim ailəsində, 1920-ci illərdə bolşevik hakimiyyəti tərəfindən repressiya və təqibə məruz qalaraq Zərdab rayonundan qaçıb "səsikəsiklər" (qolçomaq) ünvanı qazanmış Məhyəddin Zakir ağa oğlu Kərimov və Yaxşıxanım Alı qızı İsmayılovanın ailəsində anadan olmuşdur, riyaziyyat müəllimidir. Orta təhsilinə Bakı şəhərindəki 260 saylı orta məktəbdə başlamış və 1986-cı ildə 171 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və Hesablama Texnikası Fakültəsini "Elektron Hesablama Maşınları" ixtisası üzrə bitirərək mühəndis-sistemotexnik ixtisasına yiyələnmişdir. 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı olmuşdur. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dissertasiya Şurasında "Siyasət və onun informasiya təminatı" mövzusunda namizədlik dissertasiyasını (elmi rəhbər - prof. Cəmil Əhmədli) müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Vəsilə Vahidqızı
Zeynalova (Mahmudova) Vəsilə Vahid qızı (Vəsilə Vahidqızı; 19 avqust 1967, Laçın rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri. Vəsilə Vahidqızı 19 avqust 1967-ci ildə Laçın rayonunda anadan olub. BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1992–2002-ci illərdə AzTV-də, 2002–2003-cü illərdə "İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildə "Space" TV-də çalışıb. 2005-ci ildən İctimai Televizya fəaliyyətə başladığı ilk gündən bu telekanalda işləyib. BBC-də və Yaponiyanın ictimai kanalı olan NHK-də təcrübə kursu keçib. İctimai Televiziyada şöbə müdiri, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, komitənin İctimai Televiziya ilə birgə layihəsi olan "Vətən uzaqda deyil" verilişinin müəllifi və aparıcısıdır. 2010-cu ildə aparıcısı olduğu "Ortaq məxrəc" tok-şousu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə keçirdiyi "Azərbaycan ailəsi – 2010" kino festivalı müsabiqəsinin "Ən yaxşı televiziya proqramı" nominasiyasında qalib olub. Xarici ölkələrdən, o cümlədən Yaponiya, Meksika, Kuba, İran, Türkiyə və s.
Vəsilə Zahidova
Zahidova Vəsilə Alı qızı (10 mart 1922, Yuxarı Şilyan, Göyçay qəzası – 2 may 2005, Ucar) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. Zahidova Vəsilə 10 mart 1922-ci ildə indiki Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Ali təhsillidir. Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943-1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (5,7,9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
Vəsilə Əhmədova
Əhmədova Vəsilə (Əhmədova Vəsilə Abduləli; 1948. Əyyublu, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) — tarixçi. 1970-76-cı ildə S.Kirov adına Bakı Dövlət Universiteti Tarixçi ixtisasına yiyələnmişdir. Füzuli arxeoloji ekspedisiyası haqqaında (1975) (A.O.M. 1976 rus dilində, V. Əhmədova, Q. İsmayılov) B. 1978 Azərbaycanın qərb rayonlarında çörək bişirmə haqqında etnoqrafik materiallar (1977) “Elm” nəşriyyatı, Azərb. Arxeol. və etnoqraf. tədqiqatları (rus dili), Bakı, 1980 Naxçıvan MSSR-də çörək məmulatının bəzi məsələləri (azərb. dilində). “Elm” nəşriyyatı, Respublika aspirantlarının elmi konfransının materialları (az. dilində) II kitab, B., 1981 Azərbaycanın şimali-şərq zonasında bəzi çörəkbişirmə vasitələri (Qusar rayonunun materialları əsasında) (1978) *“Azərbaycan arxeoloji və etnoqrafik tdqiqatları” (rus dilində).
Vəsimə İsmayılqızı
Vəsiqə
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az-əbcəd. هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir: 1.
Vəsiqələr (qiymətli kağız)
Vəsiyyət (şeir)
Vəsiyyətnamə (ukr. Заповіт) — Taras Şevçenkonun 25 dekabr 1845-ci ildə Pereyaslavda müraciət-"vəsiyyətnamə" şəklində yazdığı proqramlaşdırılmış şeir. Şeir Ukrayna mədəniyyətinə böyük təsir göstərmişdir və təsir göstərməkdədir. Bir sıra bəstəkarlar musiqi əsərlərini şeirə əsasən bəstələmişdilər və ümumiyyətlə mədəni həyatda onu fəal istifadə edirlər və şeir əsəri 150-dən çox dillərə tərcümə olunmuşdur. "Vəsiyyətnamə" bir çox musiqi əsərlərin əsasını təşkil edir. Əsər üçün musiqini ilk dəfə Nikolay Lısenko bəstələmişdir (1868-ci ildə kişi xoru, solo tenor və fortepiano üçün, 1877-ci ildə ikinci buraxılışı işıq üzünü görmüşdü). "Vəsiyyətnamə" üçün yazılmış ən populyar musiqi Ukrayna xalq mahnısı intonasiyalarına çox yaxın idi. O, 1870-ci illərdə Qordi Qladki tərəfindən yaradılmış, daha sonra Lısenko tərəfindən redaktə edilmiş və Poltava şəhərində G. Markeviç tərəfindən nəşr olunmuşdur. Mahnı uzun müddət xalq mahnısı olaraq qəbil edilirdi. Yakov Stepovoy, Kirill Stetsenko, Porfiri Demutski, Aleksandr Aleksandrov və s.
Vəsiyyətnamə
Vəsiyyətnamə – fiziki şəxsin vəfat etdiyi halda ona məxsus olan əmlak barəsində qanunla müəyyən olunmuş yazılı formada tərtib etdiyi xüsusi sərəncamdır. Vəsiyyətnamənin tərtib edildiyi məqamda fiziki şəxs öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli olmalıdır. O, özünə məxsus olan əmlakın hamısını və ya onun bir hissəsini həm qanun üzrə vərəsələr sırasından, həm də kənar adamlar dairəsindən istənilən şəxsə, o cümlədən dövlət və bələdiyyə orqanlarına, hüquqi şəxslərə vəsiyyət edə, vərəsələrin miras paylarını müəyyənləşdirə, miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə edə bilər. Mirasdan məcburi pay...
Vəsiyyətnamə (şeir)
Vəsiyyətnamə (ukr. Заповіт) — Taras Şevçenkonun 25 dekabr 1845-ci ildə Pereyaslavda müraciət-"vəsiyyətnamə" şəklində yazdığı proqramlaşdırılmış şeir. Şeir Ukrayna mədəniyyətinə böyük təsir göstərmişdir və təsir göstərməkdədir. Bir sıra bəstəkarlar musiqi əsərlərini şeirə əsasən bəstələmişdilər və ümumiyyətlə mədəni həyatda onu fəal istifadə edirlər və şeir əsəri 150-dən çox dillərə tərcümə olunmuşdur. "Vəsiyyətnamə" bir çox musiqi əsərlərin əsasını təşkil edir. Əsər üçün musiqini ilk dəfə Nikolay Lısenko bəstələmişdir (1868-ci ildə kişi xoru, solo tenor və fortepiano üçün, 1877-ci ildə ikinci buraxılışı işıq üzünü görmüşdü). "Vəsiyyətnamə" üçün yazılmış ən populyar musiqi Ukrayna xalq mahnısı intonasiyalarına çox yaxın idi. O, 1870-ci illərdə Qordi Qladki tərəfindən yaradılmış, daha sonra Lısenko tərəfindən redaktə edilmiş və Poltava şəhərində G. Markeviç tərəfindən nəşr olunmuşdur. Mahnı uzun müddət xalq mahnısı olaraq qəbil edilirdi. Yakov Stepovoy, Kirill Stetsenko, Porfiri Demutski, Aleksandr Aleksandrov və s.
Şəxsiyyət vəsiqəsi
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az-əbcəd. هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir: 1.

Значение слова в других словарях