VİDA HƏCCİ

hicrətin onuncu ilinin Zülhiccə ayında Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdikdən sonra Məkkəyə ilk dönüşü, eyni zamanda ilk və sonuncu həccidir. Məhəmməd peyğəmbər cüməyə düşən bu ayın onuncu günündə minlərlə müsəlmanın qarşısında məşhur xütbəsini oxumuşdur. Peyğəmbər həcc mərasiminin son qaydalarını bu həcc zamanı yerinə yetirmişdir. Sonralar müsəlmanlar həcci bu qaydalara uyğun icra etməyə başlamışdırlar.
VİCDAN
VİRD
OBASTAN VİKİ
Vida həcci
Vida həcci – hicrətin onuncu ilinin Zülhiccə ayında Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdikdən sonra Məkkəyə ilk dönüşü, eyni zamanda ilk və sonuncu həccidir. Məhəmməd peyğəmbər cüməyə düşən bu ayın onuncu günündə minlərlə müsəlmanın qarşısında məşhur xütbəsini oxumuşdur. Peyğəmbər həcc mərasiminin son qaydalarını bu həcc zamanı yerinə yetirmişdir. Sonralar müsəlmanlar həcci bu qaydalara uyğun icra etməyə başlamışdırlar. == Xütbənin mətni == Peyğəmbərin Vida həccincə oxuduğu xütbə "Yəqubi tarixi"ndə daha geniş formada verilib. Digər kitablarda bu xütbə nisbətən müxtəsər şəkildə rəvayət edilib. == Mənbələr == A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 272.
Baba Vida
Baba Vida (bolq. Баба Вида) — Bolqarıstanın şimal-qərbində Vidin şəhərində yerləşən orta əsrlərdə tikilmiş qala. Baba Vida dəniz səviyyəsindən 39 metr yüksəklikdə yerləşir. Qalanın tikintisinə X əsrdə Qədim Roma qəsri Bononiyanın yerləşdiyi ərazidə başlanılıb və İkinci Bolqarıstan İmperatorluğunun (XII əsrin sonu - XIV əsr) dövründə başa çatıb. Əfsanəyə görə Baba Vidanın tikilməsi Vidində hökmdarlıq edən bolqar boyarının üç qızı Vida, Kula və Qamza ilə bağlıdır. Boyar ölməzdən əvvəl öz ərazisini üç qızı arasında bölüşdürür. Böyük qızı Vidaya Vidin və Karpat dağlarından şimaldakı torpaqlar, ortancıl Kulaya Zayeçar və Timok vadisi, kiçik qızı Qamzaya isə Moravanın qərbindəki ərazi çatır. Kula və Qamzanın əyyaş zadəganlarla ailə qurmalarını görən Vida bütün evlilik təkliflərini rədd edir və öz şəhərində qala tikdirərək ömrünün sonuna qədər orada yaşayır. Baba Vida qalası orta əsrlərdə Bolqarıstanın əsas müdafiə vasitələrindən biri olmuşdur. Qala Bizans imperatoru II Bazilin rəhbərlik etdiyi ordunun mühasirəsinə səkkiz ay davam gətirmiş, lakin dağıdılmış və Bolqarıstan hömdarı İvan Sraçimir tərəfindən yenidən inşa edilmişdir.
Vida xütbəsi
Vəfat etməzdən əvvəl Məhəmməd peyğəmbər həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr "Vəda xütbəsi" adı ilə İslam tarixinə düşdü. Bu, peyğəmbərin sonuncu həcc və xütbəsi idi. Bundan qısa müddət sonra peyğəmbər vəfat etdi. Xütbəyə təqribi 124.000 müsəlman qulaq asmışdır. Dinləyənlərin sayı baxımından ən güclü hədis hesab olunur. "Vəda xütbəsi"ndə bütün insanların bərabər olduğu və eyni mənşədən, yəni torpaqdan gəldiyi bildirilir, can və mal toxunulmazlığına diqqət çəkilir, qan davası və sələmçilik kimi islamaqədərki əməllərin ortadan qaldırıldığı vurğulanır. Həmçinin "Vəda xütbəsi"ndə qadınlarla şəfqət və mehribanlıqla rəftar etmək, dində ifratçılığa yol verməmək, əmanəti qoruyub saxlamaq tövsiyə olunur. Peyğəmbərin orada işlətdiyi bu cümlə çox məşhurdur: "…Ey möminlər, ərəbin ərəb olmayana, ərəb olmayanın da ərəbə heç bir üstünlüyü yoxdur!
La vida de Lazarillo de Tormes
Lazarillo de Tormesin həyatı və onun bəxti və çətinlikləri (daha yaxşı Lazarillo de Tormes kimi tanınır), ilk şəxsdə və epistolyar üslubda (tək uzun bir məktub şəklində) yazılan, bilinən ən qədim nəşrlərinə qədər gedən, anonim bir İspan romanıdır. 1554 . İçərisində, bir uşaq Lázaro de Tormesin siglo həyatı avtobioqrafikdir XVI, anadan olandan və yazıq uşaqlığından toyuna qədər, artıq yetkinlik yaşındadır. Realizm, birinci şəxs rəvayət, gəzinti quruluşu, müxtəlif ustalara xidmət və əxlaqi və bədbin ideologiya kimi ünsürlərə görə picaresque romanının öncüsü sayılır.