VİDAD

ə. 1) sevgi, məhəbbət; 2) hüsn-rəğbət, simpatiya.

VİDA
VİDADİ
OBASTAN VİKİ
Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Vəli Vidadi
Molla Vəli Vidadi (17 mart 1709, Şəmkir, Qarabağ bəylərbəyliyi – 13 may 1809, İkinci Şıxlı, Gürcüstan quberniyası) — XVIII əsr Azərbaycan şairi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Molla Vəli Vidadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. XVIII əsr Azərbaycan ədəbiyyatı tarixində məhəbbət və insanpərvərlik lirikası, tarixi mövzuda yazdığı "Müsibətnamə" əsəri ideya məzmunu və bədii gözəlliklərinə görə fərqlənir. Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindəndir. Belə bir ailədə böyüyən Vidadi də uşaqlıqdan mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, Qazaxa köçmüşdür. O, ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir.
Vidadi
Vidadi — kişi adı və təxəllüs.
Vidadi Abbasov
Vidadi Allahverdiyev
Vidadi Babanlı
Babanlı Vidadi Yusif oğlu (5 yanvar 1927, Birinci Şıxlı, Qazax qəzası) — nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986), Prezident təqaüdçüsü. "Şərəf" (2022) Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944–1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954–1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961–1968). C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974–1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978–1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur.
Vidadi Cabbarlı
Vidadi Cabbarov
Vidadi Həsənov
Vidadi İsmayıl oğlu Həsənov (16 iyul 1958, Kirovabad) — Azərbaycan aktyoru, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2019), "M. Teatr Production"un bədii rəhbəri (2016-cı ildən), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Vidadi Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib. Vidadi Həsənov 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissoru" kafedrasının dosentidir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı çıxıb.
Vidadi Həsənov (rejissor)
Həsənov Vidadi Allahverdi oğlu (15 may 1973) — rejissor, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2015). 15 may 1973-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni-maarif işi" fakultəsinin "Teatr kollektivləri rejissorluğu" ixtisasına yiyələnmişdir. 1994-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnə maşinisti vəzifəsinə daxil olmuşdur.1995-ci ildən 2016-cı ilə qədər rejissor assistenti kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində Süleyman Ələsgərov, İsi Məlikzadə "Subaylarınızdan görəsiniz" rejissor Yaşar Nuri, Səid Rüstəmov, Məmməd Səid Ordubadi "Beş manatlıq gəlin" rejissor Səyavuş Aslan, Fərəc Qarayev, Eduardo de Filippo "Filumena Marturano" rejissor Cənnət Səlimova, M.Qluza, Q.Qorin "Pominalnaya molitva" rejissor Cənnət Səlimova, C.Puaro "Vesyolinkiy ujin v kontse nedeli" rejissor Cənnət Səlimova, Ramiz Mustafayev, Cahangir Məmmədov "Məsmə xala dayımdır" rejissor Ədalət Ziyadxanov, Emin Sabitoğlu, Evgeni Şvarts "Qırmızı papaq" rejissor Boris Qrafkin, Qans Kristian Anderson "Düyməcik" rejissor Boris Lukinskiy, Rafiq Səməndər "Gülmək qadağandır" rejissor Yusif Əkbərov tamaşalarını idarə etmiş və Zülfüqar Hacıbəyov "50 yaşında cavan" rejissor Səyavuş Aslan, Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Özümüz bilərik" rejissor Səyavuş Aslan, Oktay Kazımov, Ramiz Heydər "Qızıl toy" rejissor Yusif Əkbərov, Süleyman Ələsgərov, İsi Məlikzadə "Hərənin öz ulduzu" rejissor Yusif Əkbərov, (22 iyun 1997) Soltan Hacıbəyov, Məhərəm Əlizadə "Qızıl gül" rejissor Səyavuş Aslan , Emin Sabitoğlu, Cahangir Məmmədov "10 min dollarlıq keyf" rejissor Ədalət Ziyadxanov, Emin Sabitoğlu, Vladimr Kalmanovski "Odnajdı v Baqdade" rejissor Cənnət Səlimova, İmre Kalman "Tsıqan premyer" rejissor Boris Lukinskiy, İmre Kalman "Silva" rejissor Cənnət Səlimova, İmre Kalman "Maritsa" rejissor Cənnət Səlimova, Frans Leqar "Vesyolaya vdova" rejissor Cənnət Səlimova,(18.dekabr 1999,) Qara Qarayev "Neistovıy Qaskonets" rejissor Cənnət Səlimova,(23 iyun 2003), Üzeyir Hacıbəyli "O olmasın, bu olsun" rejissor Cənnət Səlimova,(4 dekabr 1998,11 iyul 2008.), Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik" rejissor Ədalət Ziyadxanov,(25 dekabr 1999), Emin Sabitoğlu, Xalidə Hasilova "Nəğməli Könül" rejissor Yusif Əkbərov,(30 dekabr 1998), Sərdar Fərəcov, Əli Əmirli "Səhnədə məhəbbət" rejissor Yusif Əkbərov,(23 dekabr 2000), Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin "Bir günlük siğə" rejissor Yusif Əkbərov,(17 dekabr 2004), Emin Sabitoğlu, Tamara Vəliyeva "Bankir adaxlı" rejissor Faiq Zöhrabov, (12 may 2000), Rauf Hacıyev, Faiq Zöhrabov "Talelər qovuşanda" rejissor Faiq Zöhrabov,(23 yanvar 2003), Cavanşir Quliyev, Qeybulla Rəsulov "Məhəbbət oyunu" rejissor Faiq Zöhrabov,(15 dekabr 2001), Vasif Adıgözəlov, Anar "Aldın payını, çağır dayını" rejissor Faiq Zöhrabov (15 iyul2005),tamaşalarında rejissor assistenti kimi fəaliyyət göstərmişdir. Bundan başqa teatrda keçirilən tədbirlərdə iştirak etmiş, Gülçöhrə Şəfiyeva, Vaqif İbrahimoğlu, Hafiz Quliyev, Aleksandr Şarovski və başqa rejissorlara assistentlik etmişdir. 2006-cı ildə rus bölməsi üzrə truppa müdiri vəzifəsinə keçmiş və bu müddət ərzində Rəna Ağayeva, Aleksandr Xayt "Nu volk, poqodi" (rejissor Əhəd Hacıyev 29 aprel 2006), İmre Kalmanın "Bayadera" (rejissor Cənnət Səlimova 21 dekabr 2007), Rəşid Şəfəq Vladimir Zimin "Prikluçenie dajdeviçka" (rejissor Boris Qrafkin 17 may 2008),Üzeyir Hacıbəyli "Arşın mal alan"(quruluşçu rejissor Elvin Mirzəyev 11 oktyabr 2009),Mark Kamoletti "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransizsayağı qarnir"(quruluşçu rejissor Əsgər Əsgərov 1 oktyabr 2011),J.B.Molyer "Skapenin kələkləri"(quruluşçu rejissor Əsgər Əsgərov 22 yanvar 2013),Rauf Hacıyev "Qafqazlı qardaşqızı"(quruluşçu rejissor Əli Usubov 25 sentiyabr 2015),İ.Kalman "Silva"(quruluşçu rejissor Boris Lukinskiy 11 yanvar 2017) əsərləri təhvil verilmişdir. 2012-ci il 1 yanvar tarixindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında(indi ki Azərbaycan Dövlət Musiqili Teatr) Azərbaycan və Rus bölməsi üzrə aktyor heyətinə rəhbərlik edir. Səyavuş Kərimi,Mirzə Fətəli Axundzadənin "Molla İbrahim Xəlil kimyagər"(rejissor Bəhram Osmanov 2012), Emin Sabitoğlu,Cahangir Məmmədovun "www.ferzeli-keyf.com"(rejissor Əhəd Hacıyev 21 may 2012),Ə.B.Haqverdiyev "Kimdir müqəssir?"(rejissor İradə Gözəlova 6 may 2013),2014-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrının açlışı ilə əlaqədar hazırlanan "Bu bizik Musiqili teatr" sou tamaşa(rejissor İrana Tağızadə 10 mart 2014),Oktay Kazımi, Ramiz Heydər "Qızıl toy" (rejissor Yusif Əkbərov27 sentyabar 2014),Uşaqlar üçün hazırlanan "Yatmış gözəl və cırtdanlar" (rejissor Elşad Rəhmanzadə26 dekabr 2014),Ə.Səmədli "Toya bir gün qalmış"(rejissor Əsgər Əsgərov 16 aprel 2015),Oqtay Zülfüqarov,Ramiz Heydər"Dəcəl çəpişlər"(rejissor Əhəd Hacıyev 16 may 2015),Elçin "Baladadaşın toy hamamı"bəstəkar Firudin Allahverdi(rejissor Cənnət Səlimova 10 mart 2016),F.Əmirovun musiqiləri əsasında "999-cu gecə"(rejissor İradə Gözəlova 25 may 2016),Əli Səmədli"Meşə çaqqalsız olmaz"(rejissor Əhəd Hacıyev 1 oktyabr 2016),İ.Əfəndiyev"Mənim günahım"(rejissor İradə Gözəlova 5 fevral 2017),İ.Sadıqov "Molla Nəsrəddinin beş arvadı"(rejissor Əsgər Əsgərov 14 iyul 2017) və s tamaşalarının təhfil verilməsində aktyorların məşqlərdə iştirakını təmin etmışdir. Bir sıra tamaşalarda epizod rollarda çıxış etmişdir Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Özümüz bilərik"də Şikayətçi, Səid Rüstəmov, Məmməd Səid Ordubadi "Beş manatlıq gəlin"də kar Mövsüm, Oqtay Kazımov, Firuz Məmmədov"Dəli dünya"da satıçı və s rolları ifa etmişdir.
Vidadi Muradov
Vidadi Muradov (memar)
Vidadi Muradov (memar)
Vidadi Həbibullah oğlu Muradov (27 dekabr 1945, İlisu, Qax rayonu) — Əməkdar memar. Vidadi Muradov 27 dekabr 1945-ci ildə Qax rayonunun İlisu kəndində müəllim ailəsində anadan olmuşdur. 1963-cü ildə Qax şəhər 1 saylı orta məktəbi Qızıl medalla bitirmiş, 1963-1968-ci illərdə Azərbaycan Politexnik İnstitutu İnşaat fakultəsinin Memarlıq bölməsində təhsil almış, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.1967-ci ildə tələbə elmi işlərinin Ümumittifaq (SSRİ) müsabiqəsinin qalibi kimi "Ən yaxşı tələbə elmi işi üçün" medalı ilə təltif olunmuşdur. İnstitutu bitirdikdən sonra Bakı Şəhər Dövlət Layihə İnstitutunda memar işləmiş,1969-1971-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxumuşdur.1973-cü ildə namizədlik dissertasiyası müdafiə edərək alimlik elmi dərəcəsi almışdır. 1973-1978-ci illərdə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi,1978-1982-ci illərdə baş elmi işçi vəzifələrində çalışmışdır.1974-cü ildən keçmiş SSRİ, hazırda Azərbaycan Memarlar İttifaqının üzvüdür.1991-1995-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi və Rəyasət heyətinin üzvü olmudur. 1982-ci ildən bu günədək Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğuldur: 1982-2007-cü illərdə dosent, 2007-ci ildən isə professorudur, "Memarlıq tarixi və nəzəriyyəsi","Memarlıq konstruksiyaları","Tarixi mühitin qorunması və bərpası", "Bərpa və konservasiya", "Memarlıq abidələrinin bərpasında regional xüsusiyyətlər" fənlərindən mühazirə oxuyur. Memarlıq tarixi və nəzəriyyəsinin, Azərbaycan memarlıq və şəhərsalma irsinin tədqiqi və onun istifadəsinin nəzəri məsələləri sahəsində mütəxəssisdir. Müxtəlif beynəlxalq və respublika miqyaslı elmi komfransların iştirakçısıdır. 70-dən artıq elmi əsərin,o cümlədən iki monoqrafiyanın,dörd dərs vəsaitinin,bir sıra metodik göstərişlərin, fənn proqramlarının müəllifidir. 1996-ci ildə MDB və Avropanın müsəlman ölkələri ilə Misir Texniki Əməkdaşlıq Fondunun Abidələrin bərpası və konservasiyası üzrə Qahirədə keçirilən ixtisaslaşdırılmış beynəlxalq seminarın xüsusi şəhadətnaməsini almışdır.
Vidadi Muradov (xalçaçı)
Vidadi Aydın oğlu Muradov (5 mart 1956, Bərdə – 4 noyabr 2021, Bakı) — xalçaçı-ekspert, tarix elmləri doktoru, professor, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvü olmuşdur. 5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. 1974–1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində "İqtisadiyyatın təşkili" ixtisası üzrə təhsil almışdır. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan "Azər-ilmə" elmi tədqiqat və istehsalat mərkəzini təsis edib. 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunmusdur. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilmişdir. 4 noyabr 2021'ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Yeni Azərbaycan Partiyasının üzvü idi. Ailəli idi, üç övladı var.
Vidadi Musayev
Vidadi Həsən oğlu Musayev (5 dekabr 1948, Nərimanlı, Basarkeçər rayonu – 14 noyabr 2018, Bakı) — Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Texniki Universitetinin “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri, texniki elmlər doktoru, professor. 1948-ci il dekabr ayının 5-də Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndində anadan olmuşdur. 1971-1973-cü illərdə Sovet Ordusu sıralarında zabit kimi xidmət etmişdir. 1971-ci ildə Azərbaycan Texniki Universitetinin (keçmiş Ç.İldrım adına Azərbaycan Politexnik institutu) Avtomatika və Hesablama Texnikası fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Paylanmış parametrli mürəkkəb idarəetmə sistemlərində dinamiki proseslərin tədqiqi, “Bulud” texnologiyaları infrastrukturunun işlənməsi. 1974-1983-cü illərdə ETLİNeftkimyaavtomat elm-istehsalat birliyində kiçik elmi işçi, böyük elmi işçi, elmi-tədqiqat laboratoriyasının müdiri, 1983-cü ildən Azərbaycan Texniki Universitetinin “İnformatika və kompüter texnikası” kafedrasının dossenti 2000-2007-ci illərdə həmin universitetdə prorektor 2007-ci ildən “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri işləyir. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu nəzdində dissertasiya şurasının, BDU nəzdində Riyaziyyat İnstitutunun dissertasiya şurası seminarının, “AzTU-nun Elmi əsərləri” elimi-texniki və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyaları Problemləri” elmi-texniki jurnallarının redaksiya heyətinin üzvüdür. Mütəmadi olaraq doktorluq və fəlsəfə doktoru dissertasiya işlərinə apponentlik edir. 200-dək elmi işlərin, o cümlədən 10 dərslik və dərs vəsaitinin, bir neçə metodiki vəsaitlərin, dörd monoqrafiyanın (onlardan biri Almaniyada nəşr edilmişdir) müəllifidir. Vidadi Musayevin rəhbərliyi ilə kafedrada “Paylanmış parametrli mürəkkəb sistemlərin identifikasiyası və idarə edilməsi” mövzusunda dövlət büdcəli ETİ iş yerinə yetirilir.
Vidadi Məmmədov
Vidadi Məmmədov — millət vəkili. Vidadi Məmmədov (aktyor) — aktyor. Vidadi Məmmədov (yazıçı) — yazıçı. Vidadi Məmmədov (əsgər) — Vətən müharibəsi şəhidi.
Vidadi Məmmədov (aktyor)
Vidadi Mansur oğlu Məmmədov (5 dekabr 1960) — Azərbaycan aktyoru. Məmmədov Vidadi Mansur oğlu (05.12.1960) 1982-ci ildə M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə qəbul olunan V.Məmmədov 1986-cı ildə oranı bitirərək təyinatla M.Davıdova adına Mingəçevir Dövlət Dram Teatrına göndərilmiş və orada aktyor işləmişdir. 1986-1993-cü illər M.Davudova adına Mingəçevir Dövlət Dram teatrının səhnəsində 40-dan çox obraza səhnə həyatı vermişdir. 1993-cü ildən bu günə kimi H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyir.Bu günə kimi 90-dan çox obraza səhnə həyatı vermişdir.Oynadığı rollardan: Çoban Qənbər, Məhəmmədhəsən əmi, Cəlal (C.Məmmədquluzadənin "Anamın kitabı", "Danabaş kəndinin əhvalatları" və "Ölülər"), Mülley (Hassan Şiller "Ğenuyuada sui-qəsd"), Marek (Kristof Xoinski "Bir gecə əhvalatı"), Həsən (Rizvan Həmid "Şənbə axşamı"), Tereşko (Makayanok "Tribunal"), Azər (C.Məmmədov "Ayıq olun,uşaqlar"), Qurbanəli (M.F.Axundov "Müsyo Cordan və dərviş Məstəli şah"), Çənə Arif (Ə.Qiyas "Qarışqa yuvası"), Niyaz (S.S.Axundov "Tamahkar"), Vəzir (Ü.Kevr "Xajə şah"), Kirpi (O. Korçinskaya "Tramvayı kim oğurlayıb"), Azad (R.Səməndər "Dərs"), Moşu (Y.Səmədoğlu "Qətl günü") və s. göstərmək olar. Teatrdakı işi ilə yanaşı V.Məmmədov Respublika televiziyasının bir çox verilişlərində də çıxış edib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının çəkdiyi "Əlahiddə vəziyyət" filmində Vaqif roluna çəkilmişdir. V.Məmmədov 1997-ci ildə Sumqayıt teatrında Uon Leyesin "Buratino aya uçur" əsərinin kukla tamaşasının quruluşçu rejissoru olmuşdur. "Rənglərdə yaşayan ömür" kitabının müəllifidir. 1999-cu ildən Azərbaycan Mədəniyyət Nazirin əmrinə əsasən Sumqayıt Dövlət Musiqili Dram teatrının yaradıcılıq işləri üzrə direktor müavini vəzifəsində çalışır.
Vidadi Məmmədov (yazıçı)
Vidadi Məmmədov (v. 1992) — yazıçı, film redaktoru, “Ulduz” jurnalının şöbə müdiri. Atası əslən Cəbrayıl rayonundandır. Anası isə İlyas Əfəndiyevlə qohum olub. 1992-ci ildə avtomobil qəzasında vəfat edib. Məsuliyyətsizlik (film, 1991) Olan yerdən umarlar (film, 1991) Möhürlü yalan (film, 1983) Nəticə (film, 1984) (I) Fəhlə yeməkxanalarında (film, 1990) Saqqallı binalar (film, 1990) Adı Günəşlidir... (film, 1992) Astarı üzündən baha (film, 1986) Ay çox, il çox... (film, 1985) Ay müştəri... (film, 1986) Bəhanə (film, 1991) Bəhrə (film, 1984) Bir məktubun izi ilə (film, 1982) Bişmiş toyuğun gülməyi... (film, 1983) Çarpaz bucaqlar arasında (film, 2002) Çıxış yolu (film, 1984) Dayan, doldurum (film, 1985) Dama dama...
Vidadi Məmmədov (şəhid)
Vidadi Məmmədov (əsgər)
Vidadi Zalov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Vidadi Məmmədov (20 Yanvar şəhidi)
Vidadi Paşayev
Vidadi Paşayev (5 sentyabr 1943, Yardımlı rayonu – 11 aprel 1991, Bakı) — şair, yazıçı, tərcüməçi, kinossenarist, redaktor Vidadi Abbas oğlu Paşayev 1943-cü il sentyabr ayının 5-də Yardımlı rayonunda anadan olmuşdur. Gəncə şəhərində məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Moskvada Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda (rus. Всероссийский государственный институт кинематографии имени С.А.Герасимова) təhsil almış və pedaqoji fəaliyyət göstərmişdir. Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında ssenarist, redaktor vəzifələrində çalışmışdır. Bakı, Moskva və Gəncədə yaşayıb fəaliyyət göstərmişdir. Vidadi Paşayev 1991-ci ildə Bakıda vəfat etmiş və Gəncədə dəfn edilmişdir. Vidadi Paşayev "Qobustan" jurnalında məsul katib, "Gənclik" nəşriyyatında baş redaktor (1970), Azərbaycan Dövlət Radio və Televiziyasında İncəsənət və Radio teatrı şöbəsinin müdiri, Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda müəllim, "Mozalan" satirik jurnalında bir sıra filmlərin ssenari müəllifi və ya redaktoru, "Azərbaycanfilm" kinostudiyasında bir sıra qısametrajlı, sənədli, elmi-kütləvi filmlərin müəllifi və ya redaktoru, "Aldanmış ulduzlar" operasının librettosunun müəllifi olmuşdur. Bəzi şeirləri, hekayələri "Uzun ayrılığın sonu vüsaldır" kitabında toplanmışdır. Fransız yazıçısı Stendalın "Vanina Vanini" povestini, polyak yazıçı Yanuş Pşimanovskinin "Dörd tankçı və it" povestini Azərbaycan dilinə tərcümə etmişdir.
Vidadi Məmmədov (millət vəkili)
Vidadi Yunis oğlu Məmmədov (1 iyul 1947, Şəmkir rayonu,Qapanlı kəndi) — texnika elmləri namizədi, professor. Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü, Kutaisi Dövlət Texniki Universitetinin fəxri doktorudur. 1969 cu ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 60-dan çox elmi əsərin və dərs vəsaitinin müəllifidir.1969-cu ildən Qazanbulaq teatr avadanlığı zavodunda şöbə rəisi, 1970-ci ildən Gəncədə Baza İnşaat Texnikumunun müəllimi, axşam şöbəsinin müdiri işləmişdir. 1980-ci ildən Azərbaycan Texnologiya İnstitutunda assistent, baş müəllim, dosent, hazırlıq şöbəsinin müdiri, mexanika fakültəsinin dekanı, prorektor, rektor, kafedra müdiri, 2000-ci ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici Turizm Şurası sədrinin müavini vəzifələrində çalışmışdır. 2003–2005-ci illərdə «Azərpoçt» Dövlət Müəssisəsinin Gəncə poçtamtı filialının rəisi olmuşdur. 2005 ci ildə Azərbaycan Respublikası Milli Məclisinə Gəncə şəhəri 39 saylı seçki dairəsi üzrə deputat seçilmişdir.

Значение слова в других словарях