Vidadi Etibar oğlu Məmmədov (6 may 1996; Muxax, Zaqatala rayonu — 13 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Vidadi Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Muxax, Zaqatala rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Muxax |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014—2016; 2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Vidadi Məmmədov 1996-ci il mayın 6-da Zaqatala rayonunun Muxax kəndində anadan olub.[1]
2002-2011-ci illərdə A.Bubuşov adına 1 saylı Muxax kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Vidadi Məmmədov 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vidadi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Vidadi Məmmədov oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]