Videokonfrans
Videokonfrans — kompüter imkanlarından istifadə etməklə məsafədən ünsiyyət üçün nəzərdə tutulmuşdur. Videokonfrans şəbəkə vasitəsilə insanlara bir-birini eşitməyə və görməyə, interaktiv rejimdə məlumat mübadiləsi aparmağa və onları birgə emal etməyə imkan verən texnologiyadır. O, məsafə maneəsini aradan qaldırmağa imkan yaradır.
Videokonfransın tətbiq sahəsi olduqca böyükdür. Bu gün videokonfrans istifadə edilmədiyi fəaliyyət sahəsi demək olar ki qalmayıb.
Videokonfranslar danışıq otağından və ya iş yerindən ayrılmadan uzaq məsafədə olan əməkdaşlarla görüş keçirməyə şərait yaradır. Yola sərf olunan zamana və pula qənaət edir.
Videokonfrans adi telefon bağlantısı qədər sadə bir alətdir. Ofislər arası gündəlik məsləhətləşmə və danışıqlar üçün videokonfrans sistem terminallarını quraşdırın.
İştirakçıların sayını yalnız videokonfrans infrastrukturu təyin edir: həmsöhbətdə bir, yüz və ya minlərlə iştirakçı iştirak edə bilər
Telefon söhbətindən fərqli olaraq, videokonfrans vizual əlaqə yaratmağa, qarşı tərəfin artikulyasiyasını görməyə, onun emosiyalarını "oxumağa" imkan yaradır.