Vikar
Vikarius (lat. vicarius, cəmdə: vicarii) — Qədim Romada zabit və məmur köməkçisi ya müavini. Roma İmperiyasında imperator Diokletian və Böyük Konstantindən sonra prefekt tabeliyində olan diosez hakimlərinin adı.
Xristiyanlıqda yeparxiyası olmayan kilsə yepiskopuna vikar deyilir. O, yeparxiya yepiskopunun müavini və ya yardımçısıdır.