VİKTORİYA

Latıncadır, viktorina sözü ilə kökdaşdır, “qələbə” (qalib) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

VİKİPEDİYA
VİNETKA
OBASTAN VİKİ
I Viktoriya
I Viktoriya (24 may 1819[…], Kensinqton, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…] – 22 yanvar 1901[…]) — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı). Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nikahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi.
Kraliça Viktoriya
I Viktoriya (24 may 1819[…], Kensinqton, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…] – 22 yanvar 1901[…]) — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı). Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nikahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi.
Viktoriya Sinitsina
Viktoriya Sinitsina () — Rusiya Federasiyasını təmsil edən fiqurçu. Sinitsina 2008-2014-cü illərdə Jiqanşin ilə birgə, 2014-cü ildən isə Katsalapov ilə birgə beynəlxalq turnirlərdə mübarizə aparır. 2008-2014-cü illərdə çıxış edən Sinitsina & Jiqanşin cütlüyü 2011-2012-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri turnirinin Avstriya və Polşa mərhələlərinin, həmçinin Kanadada baş tutan gənclər arasında ISU Qran-Pri Finalının və Belarusda baş tutan gənclər arasında Dünya Çempionatının qalibi olub. Həmçinin Sinitsina & Jiqanşin cütlüyü 2014-cü ildə Rusiya Federasiyasını Soçi şəhərində XXII Qış Olimpiya Oyunlarında təmsil edib. Sinitsina 2014-cü ildən Katsalapov ilə birgə beynəlxalq turnirlədə mübarizə aparmağa başladı. Sinitsina & Katsalapov cütlüyü 8 mövsüm ərzində beş dəfə ISU Qran-Pri turnirlərinin qalibi oldu — 2019, 2020 və 2021-ci illərdə Rusiya mərhələsində, 2019-cu ildə Çin mərhələsində, 2021-ci ildə isə Yaponiya mərhələsində. 2019-cu ildə Kanadada baş tutan ISU Qran-Pri Finalında isə Sinitsina & Katsalapov cütlüyü gümüş medala sahib oldu. 2020-ci ildə Avstriyada, 2022-ci ildə isə Estoniyada baş tutan Avropa Çempionatlarının qalibi olan Sinitsina & Katsalapov cütlüyü, Dünya Çempionatlarında bir dəfə — 2021-ci ildə qızıl medala sahib olub. Karyeralarının ən ciddi uğuruna isə Sinitsina & Katsalapov cütlüyü 2022-ci ildə Çində baş tutan XXIV Qış Olimpiya Oyunlarında nail olub. Komanda turnirində Olimpiadanın qalibi olan Sinitsina & Katsalapov cütlüyü, buzüstərəqs turnirində gümüş medala sahib oldu.
Viktoriya Stepanişyova
Viktoriya Stepanişyova (d. 17 may 1980) — Azərbaycanı təmsil edən voleybolçu. Viktoriya Stepanişyova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Viktoriya Stepanişyova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Viktoriya Torpağı
Viktoriya Torpağları (ing. Victoria Land) — şərqində Ross Buz sahəsi və Ross dənizi, qərbdə isə Oates Torpağları və Vilkes Torpağları olan Antarktidada bir bölgədir. Kapitan Ceyms Klark Ross tərəfindən yanvar 1841-ci ildə kəşf edilmişdir və bu bölgəyə Birləşmiş Krallığın Kraliçası Viktoriyanın adı verilmişdir. Viktoriya Torpağlarının ən cənub nöqtəsi Minna Bluff adlı dağlıq çıxıntıdır. Bu çıxıntı; şimaldakı Skott sahilini, cənubdakı Ross müstəmləkəsinin, Hillari sahilindən ayırır. Bu bölgə, Transantarktika dağları adlı sıradağları, McMurdo Quru Vadilərindən (Şimali Futillsdə olan Abbott Dağı, ən yüksək nöqtəsidir) və Labirent olaraq bilinən düz ərazini əhatə edir. Bu bölgəni kəşf edənlər arasında Ceyms Klark Rossla yanaşı, Duqlas Mousonda yer alır.
Viktoriya Yuhansson
Wiktoria Vendela Johansson və ya Wiktoria (8 noyabr 1996) — İsveç musiqiçisi. == Diskoqrafiya == === Single === 2011 - Jag behöver dig 2016 - Save Me 2016 - Yesterday R.I.P 2016 - Unthink You 2017 - As I Lay Me Down 2017 - I Won't Stand in Your Way 2018 - Perfect Memory 2018 - I Told Santa 2019 - Not with Me 2019 - OMG 2020 - We Don't Talk 2020 - Fuck This Place Up (con Hayes feat.
Viktoriya Zdrok
Viktoriya Nika Zdrok (ukr. Вікторія Здрок; 3 mart 1973, Kiyev) — Ukrayna-ABŞ pornoaktrisası, yazıçısı və fotomodeli.
Viktoriya abidəsi
Viktoriya abidəsi (ing. Viktoria Memorial) — İngiltərənin paytaxtı London şəhərində yerləşən abidə və ya heykəl. Bukingem sarayının ön cəbhəsində yerləşir. == Haqqında == Abidənin tikilməsinə 1901-ci ildə başlanmışdır. Memarı Tomas Brokdur. Abidə 1911-ci ildə tamamlanmış və 16 aprel tarixində açılmışdır. Ətrafı memar Aston Ueb tərəfindən 2.300 ton ağ mərmərdən hazırlanmışdır. Abidə kraliça Viktoriyanın üzü şimal-qərbə baxan ageniş heykəlini ehtiva edir. Abidənin bir tərəfində şimal-qərbdəki Yaşıl parka baxan ədalət mələyi yerləşir. Dürüstlük mələyi isə cənub-şərqdəki Bukinqem sarayına baxır.
Viktoriya dövrü
Viktoriya dövrü — Böyük Britaniya kraliçası I Viktoriyanın (Onu digər adı Viktoriya Vindzor olub , ona bu adı xaç atası I Aleksandr qoyub) hakimiyyət illərini (1837-1901) əhatə edən dövrdür. Bu dövr Böyük Britaniyanın sülh, zənginlik, milli özünə inam hissinin inkişaf etdiyi dövr kimi tarixə yazılıb. Bəzi alimlər bu dövrün başlamasını 1832-ci il islahatlar aktının qəbul edilməsi ilə əlaqələndirirlər. == Siyasi partiyalar == Viktoriyanın başçılığı dövründə dominant siyasi partiyalar da dəyişdi. Bu dövrdə iki əsas partiya var idi: Torilər və Viqlər. O, 1837-ci ildə taxta çıxdıqda baş nazir Viqlərdən olan Viscount Melburn oldu, baxmayaraq ki, Viqlər Partiyası 1860-ci illərə qədər Britaniya siyasətinə təsir göstərməyə davam etdi, onlar tədricən Liberallar Partiyası tərəfindən kənarlaşdırıldılar. 1868-ci ildə Viqlərin axırıncı baş naziri Edvard Smit Stenli istefa verdikdən sonra, Viktoriya dövrü İngiltərəsində Liberal və Konservativ Partiya dominant güc halına gəldi. == Siyasi islahatlar == Viktoriya dövrü siyasi sahədə əhəmiyyətli islahatlara şahid oldu. İkinci islahat aktı 1867-ci ildə qəbul edildi ki, bununla da evi olan və ya 10 funt illik kirayə ödəyə bilən bütün kişilər, o cümlədən, kənd yerlərində torpaq sahəsi olan kişilər də səsvermə hüququna yiyələndilər. Qadınlar yenə də bu hüquqdan məhrum qaldılar.
Viktoriya gölü
Viktoriya (ing. Lake Victoria, Victoria Nyanza, suah. Ziwa Victoria, Viktoria Nyanza, Ziwa Nyanza) — Şərqi Afrikada Tanzaniya, Keniya və Uqandanın ərazisində göl. Dəniz səviyyəsindən 1134 m yüksəklikdə yerləşir. Bu, Afrikanın ən böyük gölü olmaqla bərabər, böyüklüyünə görə Yuxarı göldən sonra dünyada ikinci şirin sulu göldür.
Viktoriya
Viktoriya (lat. victoria – qələbə) — şəxs adı. Viktoriya — Böyük Britaniya kraliçası (1819–1901). Viktoriya Bekhem — müğənni.
Viktoriya (Kanada)
Viktoriya (ing. Victoria) — Britaniya Kolumbiyasının paytaxtıdır. Vancouver Adasının cənubunda qalan şəhər 90.000-dən çox əhalisi olan bir şəhərdir.
Viktoriya (ada)
Viktoriya (ing. Victory Island) - Kanada Arktik arxipelaqınına daxil olan Kanadaya məxsus ada. İnzibati cəhətdə Kanadannın Nunavut və Şimal-Qərb əraziləri vilayətlərinə daxildir. == Coğrafiyası == Təxmini eni 300–600 km, uzunluğu isə 400–500 km arasında dəyişir. Sahəsi 217 291 km² təşkil edir. Hündürlüyü şimal-qərbdə 665 metrdir. Çoxlu sayda gölləri vardır ki, onunlarında ən iriləri Ferquson, Taha, Tahiryak, Uoşberndir. Baffin Torpağı adasından sonra sahəsinə görə Kanadada ikinci, dünyada isə onuncudur. Sərt iqlim səbəbindən adada cəmi 1707 nəfər (2007 il) yaşayır. Əsas yaşayış məntəqələri: Keymbridj-Bey, Ulukhaktok.
Viktoriya (boğaz)
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. == Tarixi == 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Viktoriya (mifologiya)
Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi. Yunan mifologiyasında isə qələbə ilahəsi Nikadır. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Viktoriya (ştat)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Viktoriya (əyalət)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Viktoriya Abril
Viktoriya Abril (ing. Victoria Abril, əsl adı Viktoriya Merida Roxas; isp. Victoria Mérida Rojas; 4 iyul 1959[…], Madrid) — İspaniya teatr və kino aktrisası. Viktoriya səkkiz yaşından bəri baletlə məşğul olur. 1975–1976-cı illərdə gənc balerina filmlərdə epizodik rollara dəvət olunmağa başlam;şdır. Nəhayət, baletdən ayrılıb aktyorluq peşəsini seçmək qərarı, qızda görkəmli ifaçılıq istedadını təxmin edən İspaniya rejissoru Visente Arandanın "Cinsi dəyişdir" (1977) filmində iştirakı ilə əlaqələndirilir. Abril Arandanın lentlərində oynadığı rollara görə tanınmışdır.
Viktoriya Apanasenko
Viktoriya Apanasenko (ukr. Вікторія Апанасенко 18 iyun 1994) ukraynalı model və gözəllik kraliçası, "Miss Universe Ukraine 2022" müsabiqəsinin qalibidir.
Viktoriya Azarenko
Viktoriya Azarenko (31 iyul 1989, Minsk) — tennisçi. Viktoriya Azarenko Dünya reytinqinin lideri illik (2012-ci il) qazancda da rəqibləri geridə qoydu. London olimpiadasında qarışıq cütlərin mübarizəsində çempion olan tennisçi fərdi yarışları bürünc medalla bitirdi. "Uimbldon" turnirinin, həmçinin "Böyük dəbilqə"nin Avstraliya mərhələsində qalib gəlmiş Viktoriya ABŞ mərhələsinin finalçısıdır. İdman ilinin yekununda 7.923.920 dollar qazandı ki, indiyədək heç bir tennisçi mövsümdə bu qədər pul əldə etməyib. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, № 49(49), 08.12.2012. səh.14.
Viktoriya Bekhem
Viktoriya Bekhem (17 aprel 1974[…], Harlov[d], Esseks[d]) — müğənni, futbolçu Devid Bekhemin həyat yoldaşı. == Həyatı == Viktoriya Bekhem 1974-cü il aprelin 17-də İngiltərədə anadan olub. Kifayət qədər imkanlı ailədə böyüyüb. İlk əvvəl teatr məktəbində, daha sonra Leyn Arts teatr kollecində təhsil alıb. Oxuduğu illərdə hobbisi rəqs idi. Model kimi işləyirdi. Qəzetdə oxuduğu elan bütün həyatını dəyişdi. Pop qrupun yaradılması məqsədilə oxumağı, oynamağı bacaran 5 qız tələb olunurdu. “Spice girls” qrupu onun həyatında silinməz izlər buraxdı. 2000-ci ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara aldılar.
Viktoriya Dauyotite
Viktoriya Dauyotite (latış. Viktorija Daujotytė-Pakerienė‎; 1 oktyabr 1945 və ya 1945, Telşyay rayonu[d]) — Litva ədəbi tənqidçisi. == Bioqrafiyası == 1971-ci ildən bəri işlədiyi Vilnüs Universitetini bitirib. 1975-ci ildən Litva Yazıçılar Birliyinin üzvüdür. Emlər doktoru, Vilnüs Universitetinin professoru, Litva Elmlər Akademiyasının ekspert üzvüdür. Milli Mükafat laureatı (1993), "Razılıq" mükafatının ("Santarvės premija", 1996) sahibidir. Litva Böyük Hersoqu Qyadiminas ordeni ilə təltif edilmişdir (2002). Yurgis Baltruşaytis adına Rusiya-Litva Əməkdaşlıq Fondunun üzvüdür. == Fəaliyyəti == Məktəblər və ali təhsil müəssisələri üçün bir çox dərsliyin, ədəbiyyat nəzəriyyəsi, Litva poeziyası, Yurqis Baltruşaytis, Salome Neris, Yanin Diaqutite, Yustinas Martsinkeviçin tərcümeyi-halı, bioqrafiyası və fəaliyyəti, qadın ədəbiyyatına dair monoqrafiyaların müəllifidir. Litva nəsr şeirləri (1987), seçilmiş əsərlər, məktublar, Vinsas Putinas (1982), Moteyus Qustaytis (1984), Salomei Neris (1994; 1999), Marselius Martinaytis (1998) və s.
Viktoriya xaçı
Viktoriya xaçı (ing. Victoria Cross, VC) — Britaniyanın ən yüksək hərbi mükafatıdır və döyüşdə göstərilən qəhrəmanlığa görə verilir. Viktoriya xaçı bütün rütbə və xidmət sahələrinin hərbi qulluqçularına, eləcə də hərbi komandanlığa tabe mülki şəxslərə verilə bilər. == Ümumi məlumat == Mükafat 29 yanvar 1856-cı ildə təsis edilib, fərman 1854-cü ilə qədər olan hadisələrə görə mükafatlandırmağa icazə verirdi, bu, Krım müharibəsi zamanı fərqlənənləri də mükafatlandırmaq üçün edilmişdi. İlk mükafatlandırma mərasimi 26 iyun 1857-ci ildə baş tutdu və cəmi 1356 mükafat verildi. Bir döyüşün nəticələrinə əsasən ən çox "Viktoriya xaçı" mükafatı 1879-cu ildə (ing. Battle of Rorke’s Drift)dən sonra verildi: bir dəfəyə bu şərəfə 11 nəfər layiq görüldü. Viktoria xaçı bürüncdən hazırlanmışdır və Cross pattée adlanan formaya malikdir (şüaların mərkəzə doğru daraldığı, lakin Malta xaçından fərqli olaraq uclarında kəsiklər olmayan xaç) ön tərəfində tac üzərində dayanmış şir və üzərində "Şücaətə görə" sözləri yazılmış lent təsvir edilmişdir (ing. For Valor). Xaç moruq rəngli muar lentlə örtülmüş blokun köməyi ilə paltara bərkidilir.
Viktoriya Çamorro
Viktoriya Çamorro (d. 10 iyul 1996) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Viktoriya Çamorro, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Viktoriya şəlaləsi
Viktoriya — Cənubi Afrikanın Zambezi çayında şəlalə. Zambiya və Zimbabvenin sərhədlərində yerləşir. Gölün eni təqribən 1800 m, hündürlüyü 128 m-dir.
Bavariyalı Mariya Anna Viktoriya
Mariya Anna Viktoriya (fr. Marie Anne Victoire de Bavière) (28 noyabr 1660, Münxen, Bavariya kürfürstlüyü – 20 aprel 1690, Versal sarayı) – Fransa kralı XIV Lüdovikin varisi Burbonlu Lüdovikin ilk xanımı, İspaniya kralı V Filippin anası. Atası Bavariya kürfürstü Ferdinand Mariya, anası isə Savoyyalı Henretta Adelayddır. == Mənbə == Bertière, Simone. (1998). Les Femmes du Roi-Soleil. Fallois.
Böyük Viktoriya səhrası
Böyük Viktoriya səhrası (ing. Great Victoria Desert) — Avstraliyanın Qərbi Astraliya və Cənubi Avstraliya ştatları ərazılərində yerləşən qumlu-şoran səhra. Sahəsi 424400 km², şərqdən qərbə qədər uzunluğu isə 700 km-dir. Səhra şimaldan Gibson səhrası, cənubdan isə Nallarbor düzənliyi ilə əhatə olunub.
Marianna Viktoriya (Portuqaliya kraliçası)
Marianna Viktoriya (isp. Mariana Victoria de Borbón; port. Mariana Vitória) (31 mart 1718, Madrid – 15 yanvar 1781, Ajuda sarayı[d]) — Portuqaliya kralı I Jozefin xanımı. Atası İspaniya kralı V Filipp, anası isə onun ikinci xanımı Elizabet Farnesidir. Hələ 7 yaşında ikən Fransa kralı XV Lüdoviklə nişanlansa da, yaş etibarilə bu evlilik baş tutmadı. 1729-cu ildə Portuqaliya kralı V Conun varisi İnfant Jozeflə evləndirildi. Ərinin ömrünün son illərində və ardından taxta çıxan qızı Mariyaya naibə olaraq xidmət etdi. == Mənbə == Armstrong. Edward: Elisabeth Farnese: The Termagant of Spain, 1892 Myrl. Jackson-Laufer.
Mariya Viktoriya dal Pozzo
Mariya Viktoriya dal Pozzo (it. Maria Vittoria Carlotta Enrichetta Giovanna dal Pozzo della Cisterna) (9 avqust 1847, Paris, Fransa – 8 noyabr 1876, San-Remo, İtaliya krallığı) — İtalyan əsilzadəsi və İspaniya kralının xanımı. == Mənbə == de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. ‘’Le Petit Gotha’’. Nouvelle Imprimerie Laballery, Paris 2002, p.
Tomas Luis de Viktoriya
Tomas Luis de Viktoriya (təq. 1548[…], Avila, Kastiliya və Leon – 27 avqust 1611[…], Madrid) — Katolik rahibi, kilsə xadimi və İspan Rönesansının məşhur polifonist bəstəkarı. Yaxınlaşacaq Baroku üslubu ilə dövrünün ən aktual və inkişaf etmiş bəstəkarlarından biri sayılır. Təsiri, Cecilianism bəstəkarları tərəfindən bir model olaraq qəbul edildiyi 20-ci əsrə qədər çatır.
Vellinqton Viktoriya Universiteti
Vellinqton Viktoriya Universiteti (ing. Victoria University of Wellington) — Yeni Zelandiyanın Vellinqton şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Əsasən hüquq, sosial elmlər və bəzi elm displinlərinə görə fərqlənsə də universitet geniş akademik proqramlar təklif edir. == Tarixi == 1897-ci ildə Parlamentin aktı əsasında təsis edilmişdir və Yeni Zelandiya Universitetinin kolleclərindən biri olmuşdur. Universitet Britaniya kraliçası Viktoriyanın hakimiyətinin 60-cı ildönümü ilə əlaqəli kraliçanın şərəfinə adlandırılmışdır. İlk kampusu Vellington şəhərinin Trondon deyilən ərazisində qurmaq planlaşdırılsa da, sonradan məkan olaraq Kelburn seçilmişdir. Hazırda universitetin əsas kampusu Kelburndadır. Kelbur kampusundakı qədimi Hanter Binasının (ing. Hunter Building) əsası 1904-cü ildə qoyuldu. Universitetin ilk adı Viktoriya University College idi və universitet Yeni Zelandiya Universitetinin bir hissəsi idi.
Viktoriya Veinberg Filanovski
Viktoriya Veinberg Filanovski — 23 fevral 1995-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olmuşdur. İsrailli bədii gimnastdır. İsraili 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Viktoriya Veinberg Filanovski 23 fevral 1995-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olmuşdur. == Karyerası == Viktoriya Veinberg Filanovski 2015-ci ildə İsraili 2015 Avropa Oyunlarında təmsil etdi.
Viktoriya Vellinqton Universiteti
Vellinqton Viktoriya Universiteti (ing. Victoria University of Wellington) — Yeni Zelandiyanın Vellinqton şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Əsasən hüquq, sosial elmlər və bəzi elm displinlərinə görə fərqlənsə də universitet geniş akademik proqramlar təklif edir. == Tarixi == 1897-ci ildə Parlamentin aktı əsasında təsis edilmişdir və Yeni Zelandiya Universitetinin kolleclərindən biri olmuşdur. Universitet Britaniya kraliçası Viktoriyanın hakimiyətinin 60-cı ildönümü ilə əlaqəli kraliçanın şərəfinə adlandırılmışdır. İlk kampusu Vellington şəhərinin Trondon deyilən ərazisində qurmaq planlaşdırılsa da, sonradan məkan olaraq Kelburn seçilmişdir. Hazırda universitetin əsas kampusu Kelburndadır. Kelbur kampusundakı qədimi Hanter Binasının (ing. Hunter Building) əsası 1904-cü ildə qoyuldu. Universitetin ilk adı Viktoriya University College idi və universitet Yeni Zelandiya Universitetinin bir hissəsi idi.
Viktoriya adası (Rusiya)
Viktoriya adası (rus. Виктория) — elədə böyük olmayan arktika zonasında, Barens dənizi akvatoriyasında, Şpitsbergen (Norveç) və Frans-İosif Torpağı (Rusiya) arxipelaqları arasında yerləşən ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın uzunluğu 5 km, eni isə 2,5 km təşkil edir. 1932-ci ilin sentyabrında 6 il Norveçlə SSRİ arasında olan ərazi mübahisəsindən sonra ada Sovetlər Birliyinin ərazisi kimi təstiqlənmişdir. 2016-cı il məlumatına əsasən adada daimi əlali yaşamır. Amma 1959—1992-ci illər ərzimndə adada qütb stansiyası fəaliyyət göstərmişdir. Bu stansiyanın əməkdaşları əsasən alimlər və hərtbiçilər idi. Ada qlobal istiləşmə ilə əlaqədar olaraq özünün buzlaq örtüyünü tədricən itirir. Müəyyən turistik əhəmiyyətə malikdir.
Viktoriya adası (Çili)
Viktoriya adası (isp. Isla Victoria) — Çilinin Çonos arxipelaqına daxil olan ada. Sahəsi 354 km² təşkil edir. Maksimal hündürlüyü 759 metrdir. Adada maksimal eni 11 km olan uzunsov göl vardır.
Viktoriya böyük səhrası
Böyük Viktoriya səhrası (ing. Great Victoria Desert) — Avstraliyanın Qərbi Astraliya və Cənubi Avstraliya ştatları ərazılərində yerləşən qumlu-şoran səhra. Sahəsi 424400 km², şərqdən qərbə qədər uzunluğu isə 700 km-dir. Səhra şimaldan Gibson səhrası, cənubdan isə Nallarbor düzənliyi ilə əhatə olunub.
Viktoriya dövründə qadınlar
Viktoriya dövründə qadınlar və kişilər arasındakı sosial fərqlər heç bir dövrdə olmadığı qədər kəskinləşdi və qadının ailə və cəmiyyətdə bu gün də aktual qəbul edilən rolu müəyyənləşdi. Əsas iş yerlərinin əkin sahələrindən fabriklərə daşınması ilə illər boyu həyat yoldaşları ilə birgə çalışmış qadınlar üçün də evdarlıq dövrü başladı. == Təhsil == 1840-cı illərə qədər qadınlar üçün nəzərdə tutulan məktəblər kiçik idi və daha çox qadınların ailədəki rolu ilə əlaqədar təlim keçirdilər. Müəllim olaraq çalışan qadınlar da eyni peşədə çalışan kişilərdən sayca çox idi, ancaq onlara kişilərdən daha az maaş verilirdi. Lydia Murdoch bu fərqləri belə izah edir: "Növündən asılı olmayaraq qadınlar iş yerlərində həmişə əngəllər ilə qarşılaşmalı olurdular. Maaş məbləğləri işdən asılı olaraq dəyişsə də, qadınlara bütün sahələrdə kişilərdən daha az maaş verilirdi. Məsəl üçün 1883-cü ildə London Məktəb Şurası qadın müəllimlər üçün maaşı eyni vəzifədəki kişilərin maaşının dörddə üçü olaraq müəyyənləşdirmişdi.1890-cı ildə kişi asisentlər illik 119 funt qadınlar isə 88 funt maaş alırdılar. Kişilərdən fərqli olaraq peşələrində ikinci dərəcəli statusla yanaşılan qadınlar, həm də Viktoriya dövrünün alışılmış "evdar qadın" anlayışını zədələdikləri üçün ətraf-mühitin qınağına da dözməli idilər." Orta təbəqədən olan qadınlar həm işləmək, həm də evlənmək hüququndan məhrum idilər, onlar ya evlənməli, ya da işləməli idilər. Kişilər üçün isə elə bir məcburiyyət yox idi. Universitetlər isə tamamilə kişilər tərəfindən idarə edilirdi.
Viktoriya memorialı (London)
Viktoriya abidəsi (ing. Viktoria Memorial) — İngiltərənin paytaxtı London şəhərində yerləşən abidə və ya heykəl. Bukingem sarayının ön cəbhəsində yerləşir. == Haqqında == Abidənin tikilməsinə 1901-ci ildə başlanmışdır. Memarı Tomas Brokdur. Abidə 1911-ci ildə tamamlanmış və 16 aprel tarixində açılmışdır. Ətrafı memar Aston Ueb tərəfindən 2.300 ton ağ mərmərdən hazırlanmışdır. Abidə kraliça Viktoriyanın üzü şimal-qərbə baxan ageniş heykəlini ehtiva edir. Abidənin bir tərəfində şimal-qərbdəki Yaşıl parka baxan ədalət mələyi yerləşir. Dürüstlük mələyi isə cənub-şərqdəki Bukinqem sarayına baxır.
Viktoriya meydanı (Paris)
Viktoriya meydanı ya Qələbə meydanı (fr. Place des Victoires) — Parisin mərkəzi lakin bir o qədər də böyük olmayan meydanı, “5 kral meydanından” dördüncüsü. Meydan Pale-Royaldan şimal-şərqdə, I və II arrondissementlərin sərhəddində, Luvrdan 500 m şimalda yerləşir. Holland müharibəsi bitdikdən və Nimvegen sülhü bağlandıqdan sonra onun salınmasının təşəbbüskarı marşal La Feyad olmuşdur. Marşal La Feyad həmin sahəni alıb, ətraf evləri sökdürüb memar Jül Arduen Mansara mərkəzində XIV Lüdovikin at üstündə heykəli olan bir meydan salmağı tapşırır. Bununla o, fransızların Holland müharidəsindəki qələbəsini əbədiləşdirmək istəmişdir. Halhazırda meydandakı heykəl üçüncüdür və 12 m hündürlüyə malikdir. Fransa inqilabından sonra 11-13 avqust 1792 ci ildə meydan dağıdılır. 1810 cu ildə meydanda general Lui Şarl Antuan Dezenin heykəli qoyulur. 1828 ci ildən isə heykəltaraş Fransua Jozef Bazionun hazırlamış olduğu bugünkü heykəl meydanda qərar tutmaqdadır.
Viktoriya və Abdul (film, 2017)
== Süjet xətti == 18 yaşında taxta çıxan Viktoriya Böyük Britaniya, İrlandiya, daha sonra isə Britaniya Hindistanının imperatriçəsi olur. Hakimiyyətin saysız-hesabsız işlərinə başı qarışan Viktoriyanın həyatına Abdul Kərim daxil olur. Sanki yerdən çıxan Abdul tezliklə kraliçanın hörmətini qazanır. Müəyyən bir müddət sonra sarayın bəzi işçiləri Abdula paxıllıq və nifrət etməyə başlayır. Abdul ilə kraliçanın münasibəti isə təkcə İngiltərədə deyil, bütün dünyada müzakirə mövzusuna çevrilir.