VİP-KABİNET

is. \[ing. Very Important Person (VIP) + fr. саbinet\] Rəhbərlər və ya müştərilər üçün nəzərdə tutulmuş texniki təshizatlı kabinet. Buraya videomüşahidə sistemi, girişə nəzarət sistemi, hərəkət tənzimçiləri, tüstülənmə tənzimçiləri, "ağıllı" işıqlandırma, iqlimə nəzarət və ya multimedia kontentinin paylanması daxildir.
VİP-XİDMƏT
VİP-QONAQ
OBASTAN VİKİ
VİP (dəqiqləşdirmə)
Çox əhəmiyyətli şəxs (ing. VIP, very important person) — statusuna görə çox əhəmiyyətli şəxs. Vətəndaş və İnkişaf Partiyası — Azərbaycanda 28 may 2006-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Əli Əliyevin rəhbərliyində qurulmuş və 10 avqust 2008-ci il tarixində rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiya.
Oval kabinet
Oval kabinet (ing. Oval Office) — ABŞ Prezidentinin Ağ Evdəki iş otağıdır (ofisi). Binanın qərb hissəsində yerləşən və cənuba baxan üç böyük pəncərəsi və dörd qapısı var. Şərqi Qızılgül bağına, qərbi kiçik şəxsi ofis və yeməkxanaya, şimal-qərbi qərb qanadının dəhlizinə, şimal-şərqi isə Prezidentin katibinin kabinetinə açılır. Dövlət başçısının masası cənub pəncərələrinin qarşısındadır. Şimal tərəfdə kamin var. Oval kabinetin ilk versiyası 1909-cu Prezident Uilyam Taftın rəhbərliyi altında memar Neytan Vayt tərəfindən hazırlanmışdır. 1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında kabinet yenidən qurulmuşdur. Onun modernləşdirilməsi Erik Qaqler tərəfindən həyata keçirilmişdir.

Digər lüğətlərdə