visual
vitamin
OBASTAN VİKİ
Vişi
Vişi- Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri.Əhalisi 58 min (1975) nəfərdir.Fransız dilində "isti kənd" deməkdir.Bu ad şəhərin ətrafındakı isti sulu bulaqlarla əlaqədardır.
Vişi (dəqiqləşdirmə)
Vişi — Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri. Vişi (rayon) — Fransanın Overn regionunun rayonlarından biri.
Vişi (rayon)
Vişi(fr. Vichy) — Fransanın Overn regionunun rayonlarından biri.Departament — Alye.Suprefektura — Vişi.Rayonun əhalisi 1999-cü ilə görə 120 650 nəfər təşkil edir.Əhalinin sıxlığı 60 nəf./km².Rayonun sahəsi — 2016 km².
Vişi rejimi
Vişi rejimi (fr. État français) — İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin Fransanı işğal etməsi nəticəsində yaradılmış kollaborasionist kukla dövlət. Vişi rejimi Fransanın Vişi şəhərində yaradılıdığından bu şəhərin adına adlandırılmışdır. 1940-cı ilin iyul ayında yaradılan dövlət 1944-cü ilin sentyabr ayında dağılmışdır. Viji rejiminə Fransanın tanınmış hərbiçlərindən olan Filipp Peten rəhbərlik etmişdir. İkinci dünya müharibəsinə Berlin-Roma-Tokio oxu cəbəhəsindən qatılan rejim heç bir hərbi əməliyyatda iştirak etməmişdir. Bunun səbəbi isə Vişi rejiminin müttəfiqlər tərəfindən ehtiyat qüvvə kimi saxlanılması idi. Fransa ilə Üçüncü Reyx arasında 1940-cı ilin 22 iyun tarixində imzalanan müqaviləyə əsasən Fransa iki bölgəyə bölündü. Razılaşmaya görə bölgələrdən biri alman işğalı atında, digəri isə kağız üzərində olsa da Fransanın nəzarəti altında qalırdı. İşğal olunmamış və Fransa dövlətinin nəzarətinə verilən ərazilər ölkənin 40% ərazisini təşkil edirdi.
Vişinq
Vişinq (ing. Vishing) — IP protokolu üzərindən səs (VoIP) vasitəsilə məlumatlara icazəsiz giriş.
Vişisuaz
Vişisuaz (fran. Vichyssoise) - soğanlı şorba pure. == Hazırlanması == Hazırlanması zamanı müxtəlif rəngli soğandan istifadə olunur. İlk növbədə soğan doğranılır, onu kartof ilə birlikdə kərə yağında qızardılır. Bundan sonra üzərinə tərəvəzlər və su əlavə edilir. Sonra şorba pure halına gələni kimi qaynadılır. Qaydaya əsasən şorba soyuq halda serviz edilir. Xüsusilə şorbanı yay fəslində yeyilməsi məsləhət görülür. Fransız qaydalarına əsasən yeməyi salatla və sarımsaqla birlikdə yeyilir. Həmçinin suxarıda əlavə edilir.