Volvoks
Volvoks — ilk olaraq mikroskopun kəşfçisi olaraq xatırlanan Antonie van Leeuwenhoek tərəfindən 1700-cü ildə kəşf edilmiş bir orqanizmdir.
Təməl olaraq Bitkilər Aləmində yer alan volvoks bir koloniya cinsinin ümumi adıdır. Volvoks koloniyasının Triasik dövründə, günümüzdən 200 milyon il əvvəl təkamülləşdiyi düşünülür. Bu səbəbdən əslində bibaşa tək hüceyrəlilikdən çox hüceyrəliliyə əsas keçidlərdən birinin qəhrəmanı deyil, amma bu həm də tək hüceyrəliliyin volvoks oxşarı bir tipdə çox hüceyrəliliyə keçə biləcəyini göstərir.
Volvoksun bu qədər məşhur olmasının səbəbi, tək hüceyrəli bitkilərin çox hüceyrəli bitkilərə təkamülünü modelləşdirən bir cins olmasıdır. Koloniya içərisindəki hər bir hüceyrə, bir yaşıl algdır. Volvox koloniyası, tək bir koloniya içərisində 5000 hüceyrə saxlaya bilir. Qlobal bir həndəsəyə sahib koloniyanın xarici mühitlə təmas edən hüceyrələri, hərəkət mövzusunda xüsusiləşmişdir. İç hissəsindəki hüceyrələrdə bu xüsusiyyət müşahidə olunmur. İç hissədə qalan hüceyrələrin isə iki təməl vəzifəsi var: Bir qrup hüceyrə, metabolik fəaliyyətlərin davam etdirilməsi mövzusunda xüsusiləşmişdir, bir başqa qrup isə artım hüceyrələri kimi vəzifə yerinə yetirməkdədir.