von

präp. D 1. (räumlich, zeitlich) -dən, -dan, etibarən; ~ heute an bu gündən etibarən; 2. (anstatt G) -in; 3. (beim Passiv) -in tərəfindən; 4. (über j-n/et.) haqqında; ~ Berlin Berlindən; ~ Hamburg Hamburqdan; ~ uns bizdən; ein Freund ~ mir dostum, dostlarımdan birisi; der Bruder ~ Durna Durnanın qardaşı; ein Brief ~ Durna an Parvis Durnadan Pərvizə bir məktub; der Präsident ~ …. ….in Prezidenti; ein Kind ~ drei Jahren üç yaşında uşaq; müde ~ der Arbeit iş(ləmək)dən yorğun; ~ Anfang bis Ende əvvəldən axıra kimi; ~ seiten der Regierung hökumət tərəfindən
vom
voneinander
OBASTAN VİKİ
Dyörd von Bekeşi
Dyörd von Bekeşi-(mac. Békésy György, 3 iyun 1899[…], Budapeşt – 13 iyun 1972[…], Honolulu) macar əsilli ABŞ fiziki. "Qulaq ilbizinin stimullaşdırılmasında fiziki mexanizmin kəşflərinə görə" fiziologiya və tibb üzrə Nobel mükafatı laureatıdır. Dyörd von Bekeşi 3 iyun 1889-cu ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası dövlət xadimi olan Bekeşi ailənin 3 övladından ilki idi. Orta təhsilinin Bedapeştdə tamamladıqdan sonra atasının vəzifəsi ilə bağlı Bern şəhərinə göçmüş burada Bern Univeristetində kimya fakültəsini bitirmişdir. Daha sonra 1923-cü ildə Budapeştə qayıdan Bekeşi fizika sahəsində doktorluq dissertasiyasını müdafiə etmişdir. Bekeşi eyni il "Macar Telefon İdarəsi"ndə tədqiqat laborantı vəzifəsində çalışmağa başlayır. Işi ilə bağlı Berlinə göndərilən Bekeşi 1926-1927-ci illərdə “Siemens und Halske” şirkətinin labarotoriyasında işləyir. 1939-cu ildə isə Budapeşt Universitetinin eksperimental fizika fakültəsinin professoru olur.
Emil von Behring
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Eugen von Lommel
Oygen Korneli Yozef fon Lommel (19 mart 1837 – 19 iyun 1899, Münxen) — Alman fiziki. O Lommel çoxhədlisi, Lommel funksiyası, Lommel-veber Funksiyası və Lommel difereniyal tənlilinə görə diqqətəlayiqdir. O həmçinin Nobel mükafatını qazanan Yohannes Ştarkın doktoral məsləhətçisi olmağı ilə də diqqətəlayiqdir. Lommel Edenkobendə Palatintda Bavyera krallığında doğuldu. O Münhen Lüdviq-Maksimilian Universitetində riyaziyyat və fizika bölümlərində oxudu (1854-cü və 1858-ci illər).1860-cı ildən 1865-ci ilə kimi Şuiz (Schwyz) əyalət məktəbində fizika və kimya müəllimi olaraq işlədi.1865-ci ildən 1867-ci ilə kimi Sürix ortaməktəbində dərs dedi eyni zamanda,İsveçrə Federal Texnologiya İnstitutunda privatdozent idi həmçinin politexnik məktəbində də.1867-ci ildən 1868-ci ilə qədər,Hohenheim universitetinin professoru təyin edildi. Nəhayət 1868-ci ildə Erlangen universitetinin kafedrasında eksperimental fizikaçı təyin edildi.1886-cı ildə Münhen Lüdviq-Maksimilian Universitetinə qayıtdı.1899-cu ildə vəfat etdi. Studien über die Besselschen Funktionen, (Leipzig 1868) Wind und Wetter, München (1873) Das Wesen des Lichts, Leipzig (1874) Über die Interferenz des gebeugten Lichts, Erlangen (1874–76) Lexikon der Physik und Meteorologie, Leipzig (1882) Die Beugungserscheinungen geradlinig begrenzter Schirme, München (1886) Die Beugungsrescheinungen einer kreisrunden Öffnung, München (1884) Lehrbuch der Experimentalphysik, Leipzig (8. A. 1902) Lommel haqqında ədəbiyyat Almaniya Milli Kitabxanasıdan Robert Knott: Lommel, Eugen. In: Allgemeine Deutsche Biographie (ADB). Band 52, Duncker & Humblot, Leipzig 1906, S. 62–65.
Ferdinand von Mueller
Ferdinand Müller (alm. Ferdinand von Mueller, Ferdinand Jacob Heinrich Mueller‎, 1825—1896) — XIX əsr alman təbiətşünası, botaniki, coğrafiyaşünası. Avstraliyanın təbiətinin öyrənilməsində müstəsna xidmətləri olub.
Frederik von Parat
İohann Yakob Frederik von Parat (Johann Jacob Friedrich Vilhelm Parrot; 14 oktyabr 1791, Karlsrue – 15 (27) yanvar 1841 və ya 15 yanvar 1841, Tartu, Liflyand quberniyası) — Rusiya İmperiyasının Livoniya bölgəsində ömrünü keçirən alman təbiətşünas və səyyahı. Parrot 1829-cu ildə Xaçatur Abovyanla Ararat dağının zirvəsinə qalxan ilk şəxs olmuşdur. Parrot 1791-ci ildə Karlsrue şəhərində anadan olmuşdur. Bu gün Estoniyanın ərazisində yerləşən Dorpat Universitetində tibb və təbiət elmləri üzrə təhsil almışdır. 1811-ci ildə Moritz von Engelhardt ilə Krıma və Qafqaza səyahət etdi. Bu səfər zamanı bir barometrdən istifadə edərək Xəzər dənizi ilə Qara dəniz arasındakı dəniz səviyyəsi fərqini ölçdü. Qayıdandan sonra Rusiya ordusunda cərrah oldu. 1816 və 1817-ci illərdə Alp və Pireneyə getdi. 1821-ci ildə Dorpat Universitetində fiziologiya və patologiya sahələrində professor adını almış və 1826-cı ildə fizika sahəsində professor olmuşdur. 1826–1829 illəri arasındakı Fars-Rus və Osmanlı-Rus müharibələri nəticəsində ruslar Qafqazı ələ keçirəndən sonra Ermənistana səyahət etmişdir.
Fridrix von Esmarx
Fridrix von Esmarx (9 yanvar 1823[…], Tönninq[d], Şlezviq-Holşteyn – 23 fevral 1908[…], Kil) – alman cərrahı, aseptika və antiseptikanın banilərindən biri. Hərbi-səhra cərrahiyyəsi, anesteziologiya və reanimatologiyanın, eləcə də bir çox tibb alətlərinin təkmilləşdirilməsində böyük xidməti olmuşdur. O, operativ cərrahiyyə sahəsində xüsusi bint qoymaqla damarların qansızlaşdırılması və daha az qan itkisi ilə əməliyyat aparılması üsulunu təkmilləşdirmişdir.
Hans von Ohain
Hans Joachim Pabst von Ohain (14 dekabr 1911, Dessau – 13 mart 1998, Melburn, Florida) reaktiv mühərrikin ilk ixtiraçılarından biri olmuşdur. İki mühəndis, Böyük Britaniyada yaşayan Frank Whittle və Almaniyada yaşayan Hans von Ohain, 1930-cu illərin sonlarına doğru ayrı-ayrı bu reaktiv mühərrik fikirlərini meydana gətirmişdirlər, buna baxmayaraq ilk turbojet Frank Whittlea aiddir, Ohain ilk müstəqil reaktiv mühərrik yaratmışdır və reaktiv təyyarənin güc təminatını təmin etmiş ilk şəxsdir. Buna baxmayaraq, heç bir layihəsi həyata keçməmişdir, Almaniyada reaktiv mühərriklərin inkişaf etdirilməsi üçün gördüyü işlər əvəzedilməzdir. İkinci dünya müharibəsindən sonra reaktiv mühərriklərin yaradılması sahəsində işləyən Frank Whittle ilə tanış olmuş və işlərinə birgə davam etmişdirlər.
Harald von Loudon
Harald von Loudon (alm. Harald Georg Gideon von Loudon‎;11 aprel 1876, Liflyand quberniyası – 1 yanvar 1959, Berlin) – Alman, rus, latviya ornitoloqu. Die Brutvögel der «Ostseeprovinzen». Korrespondenzblatt des Naturforscher-Vereins zu Riga 1895; 38: 45-54. Tetrao tetrix L. Lagopus lagopus (L.), Tetrao lagopoides Nilss. juv in Livland. Ornith. Jahrbuch 1897; 8(1): 37-38. Ankunftdaten in Keysen Livland. Ornith.
Heynrix von Kleist
Bernd Heynrix Vilhelm von Kleist(d. 18 oktyabr,1777 -ö. 21 noyabr,1811) — alman şair. Dram, hekayə və novella yazarı. Pyeslərində dram və tragediya üstünlük təşkil edir. Əsərlərində Romantizm cərəyanının izləri görünür. Şair olmaqla yanaşı, hekayə və novella yazarı olan Heynrix von Kleist 18 oktyabr 1777-ci ildə Frankfurt(Oder)da doğuldu və 21 noyabr 1811-ci ildə Berlindəki "Kleyner Vannsee" gölünün sahilində sevgilisi ilə birlikdə intihar edərək həyatına son qoydu. Az müddətli təhsil həyatından sonra 1792-ci ildə Prussiya ordusuna daxil oldu və 1799-cu ildə leytenant rütbəsi ilə ordudan ayrıldı. Sonradan Viadrina universitetində hüquq və fəlsəfə təhsili aldı.1800-cü ildə Berlindəki Maliyyə Nazirliyində işləməyə başladı. Bir il sonra Parisə ziyarət etdi, ardından İsveçrədə yaşamağa başladı.
John Von Neumann
Con fon Neyman (ing. John von Neumann; 28 dekabr 1903[…], Budapeşt, Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 8 fevral 1957[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — ABŞ riyaziyyatçısı və fiziki. Con Lüis fon Neyman 28 dekabr 1903-cü ildə Budapeşt şəhərində doğulub. İmkanlı macar bankirinin böyük övladı idi. Onun qeyri-adi qabiliyyəti çox erkən üzə çıxmışdı. 6 yaşında bir-neçə əcnəbi dil bilirdi, səkkiz rəqəmli ədədləri beynində bölürdü, 8 yaşında isə ali riyaziyyatın əsaslarını mənimsəmişdi. Con fon Neyman 22 yaşında Budapeştdə Pajmani Peter Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi, eyni zamanda İsveçrə Federal Texnologiya İnstitutunun kimya mühəndisliyi üzrə diplomunu almışdır. Hələ 19 yaşı olanda, riyaziyyat üzrə iki məqalə dərc etdirmişdir. Con fon Neyman oyunlar nəzəriyyəsinin əsasını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi, həndəsə, operatorlar nəzəriyyəsi, riyazi iqtisadiyyat və s.
Karl von Ossiyetski
Karl von Ossiyetski (3 oktyabr 1889[…], Hamburq – 4 may 1938[…], Berlin) — Almaniya pasifisti və Hitleri ifşa etdiyinə görə 1935 Nobel sülh mükafatı laureatı olub.Sonradan Sovet casusu adı ilə həbs olundu.Həbsdə vərəm xəstəliyinə tutuldu və öldü. Karl von Ossiyetski 3 oktyabr 1889-cu ildə Hamburqda anadan oldu.İqnatius Ossiyetskinin oğlu oldu.1908-ci ildə 19 yaşında olanda Alman Sülh Birliyinə üzv oldu. Müxtəlif jurnallarda müharibə əleyhinə və anti-militarist məqalələr yazdı. 1914-cü ildə hərbi məhkəmələrin yurisdiksiyasını şübhə altına alan məqaləyə görə "ordunu təhqir etmək" ittihamı ilə cəzalandırıldı. 1916-1918 illəri arasında Garp Cəbhəsində işə qəbul edildi. Qayıdandan sonra müharibənin davam etməsinə və izzətlənməsinə qarşı yazdı. 1918-ci ilin noyabrında qısa inqilabda Hamburq İşçi və Əsgərlərində çalışdı . Elə həmin il Berlinə köçdü və Alman Sülh Birliyinin baş katibi oldu.Weimar Respublikası dövründə Ossietzky'nin əsas işi, bu yeni dövlətin demokratik-konstitusional bir vətəndaş şüuru üzərində qurulmasıdı.Humanist və solçu liberal münasibətilə kommunistlərdən uzaqdır və inkişaf edən irqçi-millətçi hərəkatdan kəskin ziddiyyətdədir. Xüsusilə Almaniya 'nın yenidən silahlanma cəhdlərinə və xalqın itirilən I. Dünya Döyüşü ' nın qisasını almaq üzrə ajite edilməsinə, qətiyyətlə qarşı çıxır. "Müharibə - Heç vaxt!" kampaniyanın qabaqcıllarından biridir.
Kim Çi-Von
Kim Ji-won (kor. 김지원; Hanja: 金智媛; 19 oktyabr 1992) — Cənubi Koreya aktrisası. O "The Heirs (2013)", "Descendants of the Sun (2016)", "Fight for My Way (2017)" və "Arthdal Chronicles (2019)" serialındakı rolları ilə diqqət çəkmişdir. Kimin Asiya boyunca yayımladığı televiziya dramlarının müvəffəqiyyəti onu Hallyu ulduzu kimi göstərdi. Kim Ji won 19 oktyabr 1992-ci ildə Seul-da anadan olub və özündən iki yaş böyük bir bacısı var. Pekam(Paekahm) Liseyini bitirdikdən sonra Dunquq(Dongguk) Universitetində dram sahəsində təhsilini davam etdirdi. Kim müğənnilik və aktyorluq təhsili aldı, amma ikincisini davam etdirməyi seçdi. Müğənni Younha üçün fon vokalçısı idi və 2008-ci ildə "Gossip Boy" adlı klipində "JessicaK" səhnə adı ilə göründü. Reklamlarda rol alaraq şöhrət qazandı. "Oran C Girl" və "Lollipop Girl" kimi tanındı.
Mun Çae Von
Moon Chae Won (1986, 13 Noyabr) Cənubi Koreya aktrisası.
Otto von Bismark
Otto Eduard Leopold fon Bismark-Şönhauzen (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen‎; 1 aprel 1815[…], Şönhauzen, Prussiya – 30 iyul 1898[…]) — alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (alm. Ministerpräsident‎) olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdur. 1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişdilər. Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771–1845) və Vilhelmina Luiza Menkenin (1790–1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir. Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksəkvəzifəli məmurun qızı idi.
Billi Von
Billi Von (ing. Billy Vaughn ; 12 aprel 1919 – 26 sentyabr 1991) — Amerikalı müğənni və musiqiçi, aranjimançı, estrada orkestrinin dirijoru. Musiqiçinin AllMusic tərcümeyi-halının müəllifi Vonu "1950-ci illərin və 1960-cı illərin əvvəllərinin ən məşhur qrup rəhbərlərindən və pop aranjimançılarından biri" adlandırır və iddia edir ki, rok-n-roll dövründə "həqiqətən də hər hansı digər qrup rəhbərindən daha çox hitləri var idi" . == Diskoqrafiya == Bax: vikipediyanın ingilis bölməsində " Billy Vaughn § Discography " məqaləsinə.
Aleksandr von Humboldt
Aleksandr Humbolt (alm. Friedrich Wilhelm Heinrich Alexander Freiherr von Humboldt‎; 14 sentyabr 1769[…], Berlin[…] – 6 may 1859[…], Berlin) — alman alimi-ensiklopedisti, tədqiqatçısı, fizik, meteoroloq, coğrafiyaşünas, botanik, zooloq və səyyahı, digər alman alimi Vilhelm fon Humboldtun kiçik qardaşı, bitkilərin coğrafiyası təliminin banisi. XVIII əsrin sonlarında kəşf olunmuş materiklərin sahəllərinin konturları kifayət qədər dəqiq verilmişdir. Naməlum qalan Antraktida, Şimali Amerikanın şimalı, Sakit və Atlantik okeanında bir sıra adalar idi. Materiklər sahil xətləri kifayət qədər dəqiq verilməsinə baxmayaraq onların daxili hissələri əsasən tədqiq olunmamış "ağ ləkələr" şəklində qalmaqda idi. Dünyanın ən uzun çayı olan Nilin mənbəyi Alp-Himalay və And-Kordilyer dağ sistemləri, Afrika, Cənubi Amerika, Hindistan, İndoneziyanın tropik meşələri, torpaq örtüyü, çayları, gölləri, həmçinin səhralar öyrənilməmiş qalırdı. Ölkələrdə mövcud olan vulkanlar, faydalı qazıntılar haqqında təsəvvürlər ibtidai ormada idi. Qarşıda duran bu məsələlərin öyrənilməsində alman alimi Aleksandr Humboltun özünəməxsus yeri olmşdur. Humbolt 1769-cu ildə Almaniyada mülkədar ailəsində anadan olmuşdur. Qardaşı Vilhelmlə birlikdə yüksək səviyyədə təhsil almış hümbolt bitkilərlə çox maraqlandığından uşaqlıqdan yoldaşları tərəfindən zarafatla olsa da alim deyə çağrılırdı.
Samuel von Brukental
Samuel von Brukentel(alm.
Tomas von Şele
Tomas von Şele (23 mart 1969) — İsveçi təmsil edən stolüstü tennisçi. Tomas von Şele İsveçi 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Von Han-Na
Von Han-Na (d. 22 noyabr 1989) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Von Han-Na Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Von Han-Na Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Von Lu Ven
Vonq Lu Venq (12 mart 1950) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Vonq Lu Venq Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 21-ci pillənin sahibi olub.
Von Yunq-cun
Von Yunq-cun (8 yanvar 1998) — Cənubi Koreyalı üzgüçü. Von Yunq-cun Cənubi Koreyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Von Yunq-cun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 55.05 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Werner von Fritsch
Verner fon Fritç (alm. Werner Freiherr von Fritsch‎, 4 avqust 1880; Benrath, Düsseldorf - 22 sentyabr 1939; Praqa, Varşava) — alman zabiti və Nasist Almaniyasının generalobersti. 18 yaşında Almaniya İmperator Ordusuna (Reichsheer) daxil oldu və üstün hərbi keyfiyyətləri ilə Alman Baş Qərargahının diqqətini çəkdi. 1901-ci ildə, 21 yaşında olanda Prussiya Hərbi Akademiyasına (Preussische Kriegsakademie) göndərildi. 1911-ci ildə Baş Qərargah rəisi vəzifəsinə leytenant (Oberleutnant) rütbəsində təyin edildi. Birinci Dünya müharibəsi dövründə onun əhəmiyyəti tədricən artdı və aldığı digər mükafatları arasında 1-ci dərəcəli Dəmir Xaç medalı və qara yarıqlı döş nişanı medal daxildir. Müharibələrarası dövrdə fon Fritsch Veymar Respublikasının Silahlı Qüvvələrində (Reichswehr) xidmət etmişdir. 1932-ci ildə Kurt von Schleicher tərəfindən general-mayor rütbəsinə qaldırıldı. Özünü perspektivli gənc zabit hesab edirdi. Nasistlər 1933-cü ildə hakimiyyətə gəldikdən sonra fon Fritsch nasistləri radikal bir qüvvə olaraq gördü və yeni rejimin radikal bir tərəfdarı oldu.
Wilhelm von Bode
Vilhelm fon Bod (10 dekabr 1845[…] – 1 mart 1929[…], Berlin) Alman sənət tarixçisi və muzeoloqudur. Müasir muzeyşünaslıq elminin yaradıcıları arasında sayılır. Bu günlər Berlin Muzey Adasında olan Bode muzeyi olaraq tanınan və keçmiş adı Kaiser Friedrich Muzeyi olan muzeyin yaradıcısıdır. 1904-cü ildə özünün rəhbərlik edəcəyi bu muzeyi yaradan Bode, burada əhəmiyyətli əsərlərin yığılmasında böyük rol oynamışdır.
Frans von Papen
Frans von Papen (29 oktyabr 1879[…], Verl, Prussiya – 2 may 1969[…]; alm. Franz von Papen‎) — Alman dövlət və siyasət xadimi, diplomat. Frans von Papen 1879-cu il dekabrın 29-da Vestfaliyada Verl şəhərində qədim alman cəngavər ailəsindən olan iri torpaq sahibinin ailəsində anadan olmuşdur. Dininə görə - katolikdir. Birinci Dünya Müharibəsindən əvvəl Baş Qərargahın zabiti olub. 1913-1915-ci illərdə ABŞ-da hərbi attaşe olub, oradan casusluq və təxribat fəaliyyətinə görə qovulub. Bundan sonra ilk olaraq Qərb Cəbhəsində xidmət etdi. 1916-cı ildə o, Almaniya hökuməti ilə İrlandiya respublikaçı üsyançıları arasında Britaniya ordusuna qarşı istifadə etdikləri silahların tədarükündə vasitəçi kimi çıxış edib. Daha sonra 1917-ci ildən Yaxın Şərqdə Baş Qərargah zabiti və Fələstində türk ordusunda mayor rütbəsi ilə xidmət edib. 1918-ci ildə Almaniyaya qayıdıb və polkovnik-leytenant rütbəsi ilə ordudan təqaüdə çıxıb.
Lüdviq von Reuter
Hans Hermann Ludwig von Reuter (9 fevral 1869 - 18 dekabr 1943) Birinci Dünya Müharibəsinin sonunda Şotlandiyanın şimalında Scapa yürüşündə iştirak edərkən Açıq Dəniz Donanmasına komandirlik edən alman admiralı idi. 21 iyun 1919-cu ildə o, Böyük Britaniyanın alman gəmilərini ələ keçirməsinin qarşısını almaq üçün Scapa Flow-da Alman donanmasının darmadağın edilməsini əmr etmişdi.
Cənubi Koreya vonu
Cənubi Koreya vonu (Koreya dilində: 대한민국 원; işarəsi: ₩; ISO 4217: KRW) - Cənubi Koreyada istifadə edilən rəsmi pul vahididir. Koreya Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Koreya vonu 100 jeona bərabər olsa da, jeon artıq gündəlik həyatda deyil, yalnız mühasibatda istifadə edilir. 1902–1910-cu illər arasında valyuta “von” adı altında dövriyyəyə buraxılmışdı. Koreya Respublikasının rəsmi pul vahidi kimi istifadə edilməyə başlanması isə 1945~1953 illərə təsadüf edir. Hazırkı valyuta ictimaiyyətə 1962-ci ildə təqdim olunmuşdur. 1953-cü il valyuta islahatından əvvəl pulların üzərindəki von yazısı hanca (çin loqoqramları) ilə qeyd edilsə də, islahatlardan sonra əvvəlkilərdən fərqləndirmək üçün yalnız Koreya əlifbası ilə qeyd edilməyə başlanmışdır. Koreyada sikkə olaraq 10, 50, 100, 500 vondan, əskinaz olaraq isə 1000, 5000, 10000, 50000 vondan istifadə olunur.
Emil Adolf von Behring
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Eva-Mariya Qreyn von Friedl
Eva-Mariya Qreyn von Friedl və ya Eva-Mariya Qreyn (26 mart 1980) — Alman aktrisa və səhnə sənətkarı. 2004: Mädchen, Mädchen 2 – Loft oder Liebe 2004: Aus der Tiefe des Raumes 2005: Bis in die Spitzen 2005–2006: Tessa – Leben für die Liebe 2006–2011: Kreuzfahrt ins Glück (14 bölmə) 2006: Inga Lindström: Vickerby für immer 2007: Der Mann im Heuhaufen 2007: Rosamunde Pilcher: Der Mann meiner Träume 2008: Im Tal der wilden Rosen: Fluss der Liebe 2008: ProSieben Funny Movie: Dörte’s Dancing 2009: Utta Danella: Schokolade im Sommer 2010: Die Rosenheim-Cops: Eine Jagd mit Folgen 2010: Das Traumhotel: Chiang Mai 2010: Um Himmels Willen: Findelkind 2010: Die Bergretter: Freundschaftsdienst 2011, 2013: IK1: Touristen in Gefahr 2012: Inga Lindström: Ein Lied für Solveig 2012: Alles außer Liebe 2013: Die Rosenheim-Cops: Ausgetanzt 2013: SOKO Kitzbühel: Spiel-Satz-Mord 2013: Alarm für Cobra 11: Der Mentalist 2013: SOKO München: Der Prozess 2014: Die Familiendetektivin: Der Ruf 2014: Utta Danella: Von Kerlen und Kühen 2014: 8 Minuten (Qısametrajlı film) 2014: Weißblaue Geschichten: Briefe an den Weihnachtsmann 2015: Männer!: Alles auf Anfang (7 bölmə) 2015: Aktenzeichen XY 2015: Jana und der Buschpilot 2015: Notruf Hafenkante: Mattes unter Verdacht 2016: Notruf Hafenkante: Schatten der Vergangenheit 2017: SOKO Stuttgart: Der Held von Stuttgart 2017: Hubert und Staller: Bleifrei in den Tod 2017: Die Rosenheim-Cops: Alle wollen Stockl 2017: SOKO Köln: Turbulenzen 2018: SOKO Wismar: Überfall!
Evelin Vonun biblioqrafiyası
İvlin Vo (1903-1966) — İngiltərə yazıçısı, jurnalist və tənqidçisi. O, ümumilikdə XX əsrin aparıcı ingilis yazıçılarından biri sayılırdı. “Samanlıqda məbəd” / ing. The Temple at Thatch, (1924 — 1925); "Tənəzzül və süqut" / ing. Decline and Fall, (1928); “Murdar bədənlər” / ing. Vile bodies, (1930); "Qara fitnəkar" / ing. Black Mischief, (1932); "Bir ovuc toz" / ing. A handful of dust, (1934); "Sensasiya" / ing. Scoop, (1938); "Bayraqları atın" / ing. Put out more flags, (1942); “Braydşedə qayıdış” / ing.
Hans Bronzart von Şellendorf
Hans Bronzart von Schellendorf (Almaniya Hans Bronsart von Schellendorf, 11 fevral 1830, Berlin - 3 noyabr 1913, Münhen) Alman pianoçu və bəstəkar. Paul Bronzart von Schellendorf və Walter Bronzart von Schellendorf komandirlərinin qardaşları. "Бронзарт-фон-Шеллендорф". Музыкальный словарь (rus). Яндекс. Словари. İstifadə tarixi: 2014-05-03.
II Vonon
II Vonon — 51-ci ildə hökmranlıq etmiş Parfiya çarı. Arşakilər sülaləsindən idi. II Vononun adı yalnız Korneli Tasit tərəfindən çəkilir. O, Vononun taxta çıxmazdan əvvəl Midiya hökmdarı olduğunu iddia edir, lakin onun arşakilərlə hansı qohumluq əlaqələrinə malik olduğunu dəqiqləşdirə bilməmişdir. İosif Flavi Vononun adını ümumiyyətlə çəkmir. Onun sözlərinə görə, II Qotarzın yerinə bilavasitə qardaşı I Vologez gəlmişdir. Дибвойз Н. К. Политическая история Парфии / Пер. с англ., науч. ред. и библиографич.
Jane Vongvoraçoti
Jane Vongvoraçoti (7 yanvar 1998) — Tailandlı marafonçu. Jane Vongvoraçoti Tailandı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Jane Vongvoraçoti həmdə 2015-ci ildə Cənub-Şərqi Asiya Oyunlarının bürünc medalını qazanıb. Jane Vongvoraçoti birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 47 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 91-ci yeri tutdu.
Karl Frederik von Breda
Karl Frederik fon Breda (isv. Carl Frederik von Breda; 16 avqust 1759[…], Stokholm – 1 dekabr 1818[…], Stokholm) — İsveç kralığının rəssamı olmamışdan əvvəl təhsilini Böyük Britaniyada başa vuran isveçli rəssam. Karl Frederik fon Breda Stokholmda anadan olub, daha sonra Böyük Britaniyaya köçüb və burada Coşua Reynoldsun tələbəsi olub. Breda xüsusilə portret şəkillərində ixtisaslaşmışdır. Buna görə də "isveçli van Deyk" adlandırılır. 1796-cı ildən İsveçə qayıdan Breda burada Sənətlər Akademiyasında professor olaraq fəaliyyət göstərib. Digər tərəfdən portret və krallıq rəssamı olaraq da çalışıb. İyirmi iki yaşında evlənən Bredanın oğlu Yohan Frederik də atası tərəfindən tərbiyə edilib və rəssam olaraq fəaliyyət göstərib. İsveçli rəssam 1818-ci ildə Stokolmda vəfat edib. Bredanın nəsli 1670-ci ildə Niderlanddan Stokholma köç edən ailəyə əsaslanır.
Kurt Vonnequt
Kurt Vonnequt (ing. Kurt Vonnegut, Jr.; 11 noyabr 1922[…], İndianapolis, ABŞ – 11 aprel 2007[…], Nyu-York, ABŞ) — amerikalı yazıçı, satirik və rəssam. ХХ əsrin ən əhəmiyyətli yazıçılarından biri hesab edilir. "Titanın sirenaları" (1959), "Gecə ana" (1961), "5 nömrəli sallaqxana və ya uşaqların xaç yürüşü" (1969) və "Çempionlar üçün səhər yeməyi" (1973) kimi əsərləri özündə satira, qara yumor və elmi fantastika elementləri daşıyır. Vannequt 2001–2003 illərdə "Nyu-York ştatının yazıçısı" adına layiq görülmüşdü. Allah canınızı sağ eləsin, Cənab Rozuoter (God Bless You, Mr.
Michael von der Heide
Mixael Von Der Heide (13 oktyabr 1971, Amden, İsveçrə) — İsveçrəli müğənni və aktyor. Avroviziya 2010-da İsveçrəni "Il pleut de l'or" mahnısı ilə təmsil edib.
Mixael Von Der Heide
Mixael Von Der Heide (13 oktyabr 1971, Amden, İsveçrə) — İsveçrəli müğənni və aktyor. Avroviziya 2010-da İsveçrəni "Il pleut de l'or" mahnısı ilə təmsil edib.