VOTUM

(latın votum-istək, hökm) xalq və ya xalqı təmsil edən deputatların səsverməsi yolu ilə müəyyən edilən ümumi rəy. Parlament təcrübəsində bütövlükdə Hökümətin və ya ayrı-ayrı nazirlərin, məmurların ümumi siyasi kursu və ya konkret hərəkəti “etimat V.-u” qaydasında bəyənilir və ya “etimatsızlıq V.-u” qaydasında pislənilir. Hökumətə və ya onun konkret üzvünə qarşı “etimasızlıq V.-u” qəbul edildikdə, bir qayda olaraq, həmin Hökumət və ya onun konkret üzvü istehfaya gedir. Dolayi votum - seçkilərdə müəyyən namizədə seçki kvotasından artıq səs verildikdə, həmin “artıq səslərin” eyni siyasi siyahıdan olan digər namizədin xeyirinə üstə gələn - proporsional seçki sisteminin bir növündə səsvermənin nəticələrinin müəyyənləşdirilməsi üsulu; məcburi votum - bəzi dövlətlərdə (misal: Avstraliya, Belçika, Niderland, Türkiyə və s.) dövlətin Ali hakimiyyət orqanlarına seçkilərdə və referendumlarda, müəyyən cəza sanksiyaları (misal: ştraf) təhlükəsi əsasında, bütün fəaliyyət qabiliyyətli vətəmdaşların seçkilərdə (referendumda) məcburi iştirak etməsi-hüquqi vəzifəsi; çoxluq votumu - bir sıra ölkələrdə, eyni seçkilərdə bu və ya digər vətəndaşlar kateqoriyasına iki və ya daha çox səs hüququnun verilməsi - seçkilər qaydası.
VİZA
YEKDİLLİK PRİNSİPİ
OBASTAN VİKİ
Votum
Votum (lat. votum, voturn — istək, iradə) — səsvermə ilə ifadə edilən fikirdir. Bir sıra ölkələrin parlament təcrübəsində hökumətin və ya nazirin fəaliyyətinin təsdiqlənməsi və ya rədd edilməsi bu şəkildə ifadə edilir (etimad votumu və etimadsızlıq votumu). Etimadsızlıq votumunda hökumət və ya nazir istefaya gedir. Votumdan həmçinin Konstitusiyaya dəyişikliklərdə istifadə olunur. Bu halda, ikiqat votumdan istifadə edilə bilər, yəni cəhdlər etməklə zaman aralığında eyni məsələ barədə iki dəfə səs vermək.

Digər lüğətlərdə