VULKAN NUNATAKI

cavan lava axınları ilə əhatələnmiş qədim vulkan süxurlarının çıxıntısı. Etna rayonunda “dagalə”, Havay adaları rayonunda “kurikə”adlanır. Lava pəncərəsinin sin. нунатак вулканический volcanic nunatak
VULKAN MORFOSTRUKTURLARI
VULKAN OBELİSKİ
OBASTAN VİKİ
Vulkan nunatakı
Vulkan nunatakı (rus. нунатак вулканический, ing. volcanic nunatak) — cavan lava axınları ilə əhatələnmiş qədim vulkan süxur-larının çıxıntısı. Etna rayonunda "dagalə", Havay adaları rayonunda "kurikə"adlanır. Lava pəncərəsinin sin.
Vulkan
Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur. Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.
Beadnos nunatakı
Beadnos nunatakı (bolq. нунатак Беаднос, ‘Nunatak Beadnos’ \'nu-na-tak be-'ad-nos\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2180 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal-qərbində yerləşmişdir. Nunatak cənubi Bolqarıstanda yerləşən Beadnos şəhərinin adını daşıyır. == Yerləşməsi == Beadnos nunatakı 77°57′59″ c. e. 87°13′02″ q. u. koordinatlarında yerləşmişdir. Helfert nunatakından 6.64 km cənub-şərqdə, Mursalitsa zirvəsindən 20.78 km cənub-qərbdə, Dalrumpl dağından 29 km qərbdə, Kovil nunatakından 9 km şimal-qərbdə yerləşmişdir.
Bohot nunatakı
Bohot nunatakı (bolq. Бохотски нунатак, ‘Bohotski Nunatak’ \'bo-hot-ski 'nu-na-tak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 1120 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal-şərqində yerləşmişdir. Nunatak şimali Bolqarıstanda yerləşən Bohot şəhərinin adını daşıyır. == Yerləşməsi == Bohot nunatakı 77°23′37″ c. e. 85°34′32″ q. u. koordinatlarında yerləşmişdir. Veems dağından 13.7 km şimal-şərqdə, Pastroqor zirvəsindən 10.93 km şərqdə, Lanz zirvəsindən 15.96 km cənub-şərqdə, Ostruşa nunatakından 5.27 km şimal-qərbdə yerləşmişdir.
Draka nunatakı
Draka nunatakı (bolq. нунатак Драка, ‘Nunatak Draka’ \'nu-na-tak 'dra-ka\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-qərbdə yerləşən, 750 m hündürlüklü qaya nunatakıdır. Uzunluğu 1.9 km, eni 4.2 km-dir. Nunatak cənub-qərbi Bolqarıstanda yerləşən Draka və Drakata şəhərlərinin adını daşıyır. Draka nunatakı 64°15′06″ c. e. 59°10′06″ q. u. koordinatlarında yerləşmişdir. Vetrovala zirvəsindən 6.32 km cənub-qərbdə, Vayld dağından 15.48 km cənub-qərbdə, Lonqinq burnundan 38 km şimalda, Dolen zirvəsindən 24.13 km şimal-şərqdə, Hornsbi dağından 10.74 km cənub-şərqdə yerləşmişdir.
Kolobar nunatakı
Kolobar nunatakı (bolq. Колобърски нунатак, ‘Kolobarski Nunatak’ \ko-'lo-b&r-ski 'nu-na-tak\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-qərbdə yerləşən, 587 m hündürlüklü qaya nunatakıdır. Nunatak şimal-şərqi Bolqarıstanda yerləşən Kolobar şəhərinin adını daşıyır. Kolobar nunatakı 63°41′31″ c. e. 58°13′46″ q. u. koordinatlarında yerləşmişdir. Panhard nunatakından 3.59 km şimal-şərqdə, Çoçoveni nunatakından 4.29 km cənub-şərqdə, Levassor nunatakından 5.66 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kovil nunatakı
Kovil nunatakı (bolq. Ковилски нунатак, ‘Kovilski Nunatak’ \'ko-vil-ski 'nu-na-tak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2020 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Zirvə cənubi Bolqarıstanda yerləşən Kovil şəhərinin adını daşıyır. Kovil nunatakı 78°02′20″ c. e. 87°02′59″ q. u. koordinatlarında yerləşmişdir. Qoldtiveyt dağından 24.93 km qərbdə, Habli dağından 12.68 km şimal-qərbdə, Helfert nunatakından 15.46 km cənub-şərqdə yerləşmişdir.
Ostruşa nunatakı
Ostruşa nunatakı (bolq. нунатак Оструша, ‘Nunatak Ostrusha’ \'nu-na-tak o-'stru-sha\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 1100 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal-şərqində yerləşmişdir. Nunatak Frakiya kurqanı olan Ostruşanın adını daşıyır. Ostruşa nunatakı 77°26′20″ c. e. 85°30′50″ q. u. koordinatlarında yerləşmişdir. Mogensen dağından 16.75 km şimal-şərqdə, Veems dağından 12.43 km şimal-şərqdə, Bohot nunatakından 5.27 km cənub-şərqdə yerləşmişdir.
Senokos nunatakı
Senokos nunatakı (bolq. нунатак Сенокос, ‘Nunatak Senokos’ \'nu-na-tak se-no-'kos\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən aralıda yerləşən, 663 m hündürlüklü qaya nunatakıdır. Dreyatin buzlağında yerləşmişdir. Nunatak şimal-şərqi və cənub-qərbi Bolqarıstanda yerləşən Senokos şəhərinin adını daşıyır. Senokos nunatakı 63°53′08″ c. e. 58°41′41″ q. u. koordinatlarında yerləşmişdir. Bredli dağından 3.27 km qərbdə, Tafft nunatakından 4.6 km şimalda, Qoleş sıldırımından 11.43 km cənub-şərqdə, Qurqulyat zirvəsindən 7.29 km cənub-qərbdə yerləşmişdir.
Siniger nunatakı
Siniger nunatakı (bolq. нунатак Синигер, ‘Nunatak Siniger’ \'nu-na-tak si-'ni-ger\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən aralıda yerləşən, 500 m hündürlüklü qaya nunatakıdır. Nunatak cənubi Bolqarıstanda yerləşən Siniger şəhərinin adını daşıyır. Siniger nunatakı 63°43′23″ c. e. 58°25′12″ q. u. koordinatlarında yerləşmişdir. Morava zirvəsindən 2.97 km şimal-şərqdə, Kanikula dağından 4.65 km şərqdə, Giqen zirvəsindən 3.85 km cənubda, Panhard nunatakından 6.54 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Survakari nunatakı
Survakari nunatakı (bolq. нунатак Сурвакари, ‘Nunatak Survakari’ \'nu-na-tak sur-va-'ka-ri\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 600 m hündürlüklü qaya nunatakıdır. Nunatak Syöqren buzlağından və Detroyt yaylasından cənub-şərqdə yerləşmişdir. Nunatak Bolqarıstanda Yeni İldə istifadə olunan Survakari ritualının adını daşıyır. Survakari nunatakı 64°09′40″ c. e. 59°14′45″ q. u. koordinatlarında yerləşmişdir. Seydol qayasından 5.66 km cənub-şərqdə, Mureno zirvəsindən 4.09 km cənub-qərbdə, Vetrovala zirvəsindən 8.2 km şimal-qərbdə, Hornsbi dağından 6.29 km şimal-şərqdə yerləşmişdir.
Yarlovo nunatakı
Yarlovo nunatakı (bolq. Ярловски нунатак, ‘Yarlovski nunatak’ \'yar-lov-ski 'nu-na-tak\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 744 m hündürlüklü qaya nunatakıdır. Broad dərəsindən şimalda yerləşmişdir. Nunatak qərbi Bolqarıstanda yerləşən Yarlovo şəhərinin adını daşıyır. Yarlovo nunatakı 63°32′52″ c. e. 57°58′17″ q. u. koordinatlarında yerləşmişdir. Marten qayasından 4.53 km şimal-qərbdə, Kanitz nunatakından 11.48 km cənub-qərbdə, Prilep təpəsindən 6.72 km cənubda yerləşmişdir.
Çoçoveni nunatakı
Çoçoveni nunatakı (bolq. нунатак Чочовени, ‘Nunatak Chochoveni’ \'nu-na-tak cho-cho-'ve-ni\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-qərbdə yerləşən, 650 m hündürlüklü qaya nunatakıdır. Nunatak cənubi Bolqarıstanda yerləşən Böyük Çoçoveni və Kiçik Çoçoveni şəhərlərinin adını daşıyır. Çoçoveni nunatakı 63°40′21″ c. e. 58°18′16″ q. u. koordinatlarında yerləşmişdir. Smin zirvəsindən 3.87 km cənub-şərqdə, Kolobar nunatakından 4.29 km şimal-qərbdə, Koburq zirvəsindən 3.34 km şimal-şərqdə, Drenta sıldırımından 5.75 km şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms) — mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Krater (vulkan)
Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — yer kürəsi] və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər — zərbə kraterləri (meteor kraterləri). Vulkan krateri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda −2, −2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məhsullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. Volcano Live Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Merfi (vulkan)
Merfi (ing. Mount Murphy) — Antarktida ərazisində yerləşən sönmüş vulkan. Zirvəsinin hündürlüyü 2703 metrdir. Bu hündürlük Andrus-Uaiş-Merfi massivində yerləşən ikinci hündürlükdür. Son püskürmə haqqında məlumat yoxdur. Meri Berd Torpağında yerləşən Ayı yarımadasının cənubunda yerləşir. Smit dağı və Hayns buzlağı ilə əhatələnir. Vulkan Amerikan Təbiət taroxi muzeyinin işçisi Robert Kuşman Merfinin şərəfinə adlandırılmışdır. O, antarktik və subantarktik quşları üzrə mütəxəssis olmuşdur.
Nəmrud (vulkan)
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır. Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır. Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır. Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir.
Parazit vulkan
Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan. Mərkəzi vulkan Yan püskürmə Şlak konusu Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Paulet (vulkan)
Paulet vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Vulkan Antarktik yarımadasında şərqdə yerləşən Paulet adasında yerləşir. Vulkanın hündürlüyü 353 metr təşkil edir. Vulkanın krateri adanın cənubunda qərarlaşır. Ola bilsin ki, vulkan min il öncəyə qədər aktiv olmuşdur. Adada vulkanın yeraltı istiliyi səbəbindən il boyu buz qatından azad olur. Vulkanik ada pinqivinlərin müvəqqəti istirahət yeridir.
Poligen vulkan
Poligen vulkan - monogen vulkanın əksinə, konusu uzun fasilələrlə müxtəlif vaxtlarda püskürmə nəticəsində əmələ gələn vulkandır.
Popokatepetl (vulkan)
Popokatepetl fəaliyyətdə olan vulkan. İstaksiuatl sönmüş vulkanın yanındadır. Bu iki dağın adları - Popokatepetl və İstaksiuatl xalq arasında yayılmış əfsanənin qəhrəmanların adlarıdır. Vulkanın ətrafında Puebla (vulkanın şərq hissəsində) ştatının paytaxtlarından ən əhəmiyyətli konurbasiya cəmlənmişdir, şimal-şərqdən Tlaskala və şimal-qərbdə Mexiko şəhəridir. (Mexiko şəhərində 20 milyondan çox insan yaşayır) .
Qarışıq vulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.