Kanazava Yasue Qızıl Vərəq Muzeyi
Kanazava Yasue Qızıl Vərəq Muzeyi (金沢市立安江金箔工芸館) – Yaponiyanın İşikava prefekturasının Kanazava şəhərində yerləşən muzey. Dünyada qızıl vərəqə həsr olunmuş azsaylı muzeylərdən biridir.
== Tarixi ==
Muzey bütün həyatını qızıl vərəqə həsr etmiş sənətkar Yasue Takaaki tərəfindən 1974-cü ildə açılmışdır. Yasue Qızıl Vərəq Muzeyi adı ilə açılan muzeyi qurmaq üçün öz kolleksiyasından və büdcəsindən istifadə etmişdir.
1985-ci ildə bina və kolleksiyalar Kanazava şəhərinin rəhbərliyinə bağışlanmış və muzey Kanazava Yasuo Qızıl Vərəq Muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. 2010-cu ilin payızında muzey Kita-Yasue bölgəsindən Hiqaşiyama bölgəsində yerləşən yeni yerə köçürülmüşdür.
== Xüsusiyyətlər ==
Kanazava şəhəri qızıl vərəq istehsalına görə tanınır. Bu şəhərdə qızıl vərəq istehsalının tarixi XVI əsrdən başlayır. Qızıl vərəq istehsalı şəhərin ikinci ən böyük istehsal sahəsi olmuşdur.
İki mərtəbədən ibarət olan muzey binası ənənəvi Kanazava anbarlarının formasında dizayn edilmişdir.