Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Orfoepiya
Ədəbi dil ümumxalq dilinin normalaşdırılmış qoludur. Bu normalılıq onu danışıq dilindən, xüsusən dialekt və şivələrdən fərqləndirir və səciyyələndirir.Ədəbi normalar həm yazılı, həm də şifahi nitqə məxsus olur. Orfoepiya — Şifahi ədəbi dilin normaları əsasında mövcud olan orfoepik qaydalar sisteminə orfoepiya deyilir. Orfoepiya termini yunan mənşəli “ortpos” (düzgün) və “epos” (nitq) sözlərindən əmələ gəlib, düzgün tələffüz mənasını bildirir. Müasir ədəbi dillərdən hər birinin orfoepik sistemi aşağıdakı bölmələrdən ibarətdir: Saitlərin tələffüzünə aid qaydalar. Samitlərin tələffüzünə aid qaydalar. Qrammatik formaların tələffüzünə aid qaydalar. Əcnəbi sözlərin tələffüzünə aid qaydalar. Müasir ədəbi dillərin orfoepik qaydaları az vaxtın məhsulu deyil. Bu və ya başqa ədəbi dilin orfoepik sistemini təşkil edən qaydalar tədricən müəyyənləşib formalaşmışdır.
Azərbaycan dilinin orfoepiya sözlüyü (kitab)