Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan): Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 18: Sətir 18:


'''Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi''' müdafiə, radioelektronika, cihazqayırma sənayeləri sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik —[[ Azərbaycan Respublikası]]nın Prezidenti [[İlham Əliyev]]in 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamına Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilib və onun bazasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə yaradılmışdır.
'''Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi''' müdafiə, radioelektronika, cihazqayırma sənayeləri sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik —[[ Azərbaycan Respublikası]]nın Prezidenti [[İlham Əliyev]]in 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamına Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilib və onun bazasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə yaradılmışdır.

'''Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır''':
Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
*müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;<br>
*müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;<br>
*müdafiə sənayesi sahəsinin inkişafını təmin edir;<br>
*müdafiə sənayesi sahəsinin inkişafını təmin edir;<br>

12:14, 17 fevral 2014 tarixindəki versiya

Müdafiə Sənayesi Nazirliyi
  • Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 16 dekabr 2005
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah
Ünvan 40, Mətbuat pr. Bakı, Azərbaycan AZ 1022
Rəhbərlik
Rəhbər Yavər Talıb oğlu Camalov

Rəsmi saytı mdi.gov.az

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi müdafiə, radioelektronika, cihazqayırma sənayeləri sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik —Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamına Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilib və onun bazasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə yaradılmışdır.

Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
  • müdafiə sənayesi sahəsinin inkişafını təmin edir;
  • dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Dövlət Müdafiə Sifarişi Proqramının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;
  • təsdiq edilmiş Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müdafiə təyinatlı məhsulların yaradılmasını, istehsalını, təkmilləşdirilməsini, təmirini, utilizasiyasını, idxal-ixracını öz səlahiyyətləri daxilində təmin edir;
  • Dövlət Müdafiə Sifarişi Proqramının həyata keçirilməsi üçün lazım olan maliyyə vəsaitləri barədə mövcud qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin formalaşdırmasına dair təkliflər verir;
  • Silahlı qüvvələrin və qanunvericiliyə uyğun yaradılmış digər hərbi birləşmələrin silah, hərbi texnika, döyüş sursatı və başqa vasitələrlə təchizatını qəbul olunmuş qaydada həyata keçirə bilər;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir;
  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Nazirliyin vəzifələri

  • müdafiə sənayesi sahəsində öz səlahiyyətləri çərçivəsində normativ tənzimlənməni həyata keçirmək;
  • təsdiq edilmiş Dövlət Müdafiə Sifarişi Proqramı əsasında öz səlahiyyətləri daxilində müdafiə təyinatlı məhsulların alınması, sifarişlərin yerləşdirilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması, məhsulların yaradılması, istehsalı və təkmilləşdirilməsi) üçün mövcud qanunvericiliyə uyğun olaraq tenderlər (müsabiqələr) keçirmək, müqavilələr bağlamaq;
  • müdafiə sənayesi sahəsində istifadə edilən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), habelə ikili təyinatlı malların (işlərin, xidmətlərin), xammal, material, avadanlıq və elmi-texniki informasiyaların qanunvericiliklə nəzərdə tutulan qaydada idxal-ixracını həyata keçirmək;
  • digər icra hakimiyyəti orqanlarının müdafiə sənayesi sahəsi ilə bağlı fəaliyyətlərini əlaqələndirmək;
  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
  • müdafiə sənayesi sahəsində öz səlahiyyətlərinə aid edilən məsələlər üzrə dövlət nəzarətini həyata keçirmək;
  • qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;
  • müdafiə sənayesi sahəsində standartlara uyğun məhsulların istehsalını təşkil etmək üçün mütərəqqi texnologiyalardan istifadə edilməsini, müasir elmi-tədqiqat bazasının yaradılmasını, müəssisələrin avadanlıq parkının müasirləşdirilməsini, sahənin inkişafı üçün lazımi kadr hazırlığını təmin etmək;
  • Dövlət Müdafiə Sifarişi Proqramının həyata keçirilməsi və müdafiə sənaye sahəsi üçün ayrılan digər büdcə vəsaitləri, kreditlər, qrantlar və s. maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
  • qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
  • öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
  • Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
  • Nazirliyin və onun tabeliyində olan müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı daxil olan təklif, ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

İdarə heyəti

Azərbaycan Respublikası Müdafiə Sənayesi Naziri Yavər Camalov Azərbaycan Respublikasının Prezidenti tərəfindən 15 mart 2006 - cı il tarixində tutduğu vəzifəyə təyin olunub.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyası Nazirlər Kabineti tərəfindən 5 iyun 2007 - ci il tarixində təsdiqlənib.

  • Sədr Camalov Yavər

Kollegiyanın üzvləri

  • Nazirin müavini Musayev Yəhya
  • Nazirin müavini Rəfiyev Tofiq
  • Aparatın rəhbəri İsmayılov Üzeyi
  • Qərargah rəisi Tahirli Kamran
  • Şöbə müdiri Paşayev Vagif
  • Şöbə müdiri Əsgərov Səlahəddin
  • Şöbə müdiri Əliyev Zakir
  • Şöbə müdiri Vəzirov Fərruh
  • Elmi-Tədqiqat İnstitutunun direktoru Abdullayev Novruz
  • MAKA-nın baş direktoru Şirin-zadə Alçın
  • “Şərq” İB-in baş direktoru Nəzərov İlqar

Müəssisələr

Məhsullar

Snayperlər

Zirehli texnika

Avtomatlar

Hücum tüfəngi

Tapançalar

Minaatanlar

Reaktiv yaylış atəş sistemləri

  • Çoxtərəfli 107 mm kalibrli raketlər. TR-107 və TRB-107 raketləri 11 km-ə qədər yerləşən hədəfi vura bilər

Cihazaqayırma

Pilotsuz təyyarələr

Sursat

Müasirləşdirmə

Potensial gələcək layihələr

Tank istehsalı

Murad Bayar, Türkiyənin müdafiə sənayəsinin katibinin köməkçisi demişdir ki, Türkiyə öz ordusu üçün yeni tanklar istehsal etməyi planlaşdırır. "Bu tankların bəziləri Azərbaycanda, bəziləri isə Türkiyədə istehsal oluna bilər.[1] Azərbaycana artıq Türkiyədən Altay tankının istehsalı ilə bağlı təkliflər gəlib. [2][3]

Helikopter istehsalı

"Azərbaycan helikopter istehsalı ilə bağlı bir sıra ölkələrlə danışıqlar aparır". APA-nın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov 2010-cu ilin noyabr ayında bildirib. O,qeyd edib ki, Ukraynanın baş naziri bu günlərdə Azərbaycana birgə helikopter istehsal etməyi təklif edib və bu mümkündür. Onun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi hazırda bu istiqamətdə Ukrayna ilə yanaşı bir sıra ölkələrlə danışıqlar aparır və yaxın vaxtlarda qərar veriləcəyi gözlənilir.[4][5]

Hərbi dəniz donanması

2011- ci ilin may ayında ARDNŞ- nın prezidenti Rövnəq Abdullayev 2013- cü ildən etibarən Azərbaycan hərbi gəmilərin istehsalına başlayacağını söyləmişdi.[6][7]

Əməkdaşlıq

Azərbaycan Respublikasının müdafiə sənayəsi nazirliyi aşağıdakı ölkələrlə əməkdaşlıq edir:

  • Türkiyə Türkiyə: Hərbi texnikanın istehsalı və müasirləşdirməsi.
  • Pakistan Pakistan: Aviasiya bombalarının və cürbəcür kalibrlı artilleriya mərmilərinin istehsalı.
  • Ukrayna Ukrayna: Hərbi texnikanın müasirləşdirməsi.
  • Cənubi Afrika Respublikası CAR: Hərbi texnikanın müasirləşdirməsi və istehsalı.
  • İsrail İsrail: Hərbi texnikanın müasirləşdirməsi və istehsalı.
  • Polşa Polşa: Əməkdaşlıq.
  • İordaniya İordaniya: Əməkdaşlıq.


İstinadlar

  1. Azerbaijan May Join Turkey's New Tank Manufacturing Project, Bureaucrat
  2. Видео. Турки вместе с корейцами построят танк «Алтай» — Алтапресс — Барнаул, Алтай, Алтайский край
  3. APA — Турция пригласила Азербайджан к реализации крупных проектов в сфере военной промышленности
  4. Azerbaijan and Ukraine plan to produce helicopter
  5. "Azərbaycan helikopter istehsalı ilə bağlı danışıqlar aparır", Azadliq Radiosu, November 3, 2010
  6. "Azerbaijan to produce warships". İstifadə tarixi: 9 May 2011.
  7. "Azerbaijan to produce ships". İstifadə tarixi: 9 May 2011.


Şablon:Azərbaycan Respublikası Nazirlər Kabineti