Odlar Yurdu Universiteti: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil tətbiqetmə vasitəsilə redaktə iOS tətbiqetməsi vasitəsilə redaktə
Teqlər: Geri qaytarıldı Vizual redaktor
Sətir 237: Sətir 237:


Hüquq və İnsan Resursları departamenti
Hüquq və İnsan Resursları departamenti

Tədris və metodiki işlər departamenti


===Kafedralar===
===Kafedralar===
* Riyaziyyat və informatika kafedrası
* Riyaziyyat və informatika kafedrası
* Ümumi texniki fənlər kafedrası
* Ümumi texniki fənlər kafedrası
*Dizayn kafedrası
* İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası
* İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası
* Filologiyasosial fənlər kafedrası
* Bioogiyaekologiya kafedrası
* Dillər kafedrası
* Dillər kafedrası
* Biologiya, psixologiyapedoqoji fənlər kafedrası
* Psixologiyasosial fənlər kafedrası
* Hüquq kafedrası
* Hüquq və beynəlxalq münasibətlər kafedrası


===Mərkəzlər===
===Mərkəzlər===

13:28, 12 dekabr 2020 tarixindəki versiya

Odlar Yurdu Universiteti
OYU
Xəritə
40°23′52″ şm. e. 49°51′28″ ş. u.
Əsası qoyulub 1995
Şəhər Bakı
Ölkə
Ünvan Azərbaycan, Bakı, Koroğlu Rəhimov küçəsi 13
Metro Gənclik
Sayt oyu.edu.az

"Odlar Yurdu" Universiteti - Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri.

Tarixi

Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur.

Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.

Haqqında

Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla tə’min edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır.

Maddi-texniki bazası

Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m2 ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir.

Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m2 sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir.

Beynəlxalq statusları

  • Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür.
  • Almaniyanın H+ akkreditasiyasına malikdir.
  • Türkiyə Cumhuriyyəti YÖK tərəfindən tanınmışdır. Bu tanıtıma görə universitetin bakalavr, magistr və doktorantura pilləsini bitirən bütün məzunların diplomu eyni zamanda digər ölkələrlə yanaşı Türkiyə Cümhuriyyətində də tanınır.
  • Azərbaycan Təhsil Nazirliyində ilk özəl universitet olaraq Dövlət Akkreditasiyadan keçmişdir.
  • Amerika Birləşmiş Ştatlarının Tibb Təhsil Təşkilatı FAİMER (Foundation for Advancement of İnternational Medical Education and Research) tərəfindən tanınmışdır.
  • Avropa Birliyinin TEMPUS və ERASMUS proqramlarının iştirakçısıdır.
  • EURAS - Avrasiya Universitetləri Birliyinin üzvüdür.
  • Qafqaz Universitetlər Birliyinin üzvüdür.
  • Müasir təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərə görə Fransa iqtisadiyyatına yardım Assosiasiyasının qızıl medalına layiq görülmüşdür.

Beynəlxalq əlaqələri

Universitet MDB, Avropa və Amerikanın bir sıra qabaqcıl universitetləri ilə sıx əlaqələr yaratmışdır.

İtalyanın Torino Universiteti, Almaniyanın Zigen Universitetinin Ölçmə Texnikası İnstitutu ilə imzalanmış müqavilələrə birgə elmi axtarışların aparılması daxildir. Belə elmi axtarışların nəticəsi olaraq Zigen Universiteti ilə əməkdaşlıq əsasında Odlar Yurdu Universitetinin sponsorluğu və təşkilatçılığı ilə Almaniyanın Bisbaden şəhərində "Qeyri-səlis çoxluqların və Soft-Komputinqin tətbiqləri" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Odlar Yurdu Universitetinin bir qrup alimi müxtəlif mə"ruzələrlə çıxış etmişdir. ABŞ-ın Corciya Dövlət Universiteti ilə qurulan əlaqələr isə daha geniş spektrə malikdir: tələbə mübadiləsi, müəllimlərin treninqi və elmi axtarışlar.

Bu Universitetlə bağlanmış müqaviləyə əsasən hər il OYU-nun 5 ən yaxşı tələbəsi təhsillərini Amerika tərəfinin hesabına həmin universitetdə davam etdirə bilərlər. Eyni zamanda Amsterdam Universiteti, London Qildholl Universiteti, Sankt-Peterburq Universiteti, Özbəkistan Bank-Maliyyə Akademi­yası, London Menecment Kolleci, London İncəsə­nət Kolleci və Quzey Kıprız Türk Cümhuriyyəti­nin, demək olar ki, bütün universitetləri ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq müqavilələri bağlanmışdır. İngilis dili və kompüter texnikasının daha dərindən öyrənilməsi ilə bağlı tələbələrin İngiltərənin Qolders Qrin, Masvell Hill, Oksford İnternasional və Viktoriya Kolleclərində qısamüddətli kurslarda iştirakını tə’min edən müqavilələr də imzalanmışdır.

Universitet Bakıda yerləşən bütün beynəlxalq təşkilatlarla (Açıq Cəmiyyət İnstitutu-Soros fondu, İREX, ACTR/ACCELS, USİA və s.), xarici dövlətlərin səfirlikləri və nümayəndəlikləri ilə sıx əlaqələr yaratmışdır. Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Vergi Müfəttişliyi, Dövlət Gömrük Komitəsi, Azəravtonəqliyyat Dövlət Konserni, dövlət və özəl banklar, ayrı-ayrı şirkətlər, konsernlər, xarici və daxili firmalar və s. ilə bağlanmış müqavilələrə əsasən mə’zunlar öz ixtisaslarına uyğun olaraq işlə tə’min olunurlar. Universitetdə təhsil ödənişlidir. Qəbul zamanı yüksək bal toplamış abituriyentlərə təhsil haqqının ödənilməsində güzəştlər edilir. Universitetdə iste’dadlı tələbələrə xüsusi diqqət yetirilir. Tədris ilini ə’la qiymətlərlə başa vuran tələbələr növbəti tədris ilinin təhsil haqqının yarısından azad edilirlər. Universiteti fərqlənmə diplomu ilə bitirənlərin isə ödədikləri təhsil haqları təhsildə qazandıqları müvəffəqiyyətlərinə görə mükafat kimi özlərinə qaytarılır.

İxtisaslar

Bakalavr

I qrup

  • Kompüter mühəndisliyi
  • İstehlak mallarının ekspertizası

II qrup

  • Beynəlxalq münasibətlər
  • Dünya iqtisadiyyatı
  • Mühasibat uçotu və audit
  • Maliyyə
  • Menecment
  • Marketinq
  • Biznesin idarə edilməsi
  • Dövlət və bələdiyyə idarəetməsi
  • Turizm və otelçilik
  • Kommersiya

III qrup

  • Xarici dil müəllimliyi (ingilis dili)
  • Məktəbəqədər təlim və tərbiyə
  • Təhsildə - sosial-psixoloji xidmət
  • Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
  • (İngilis dili)

Sosial iş

IV qrup

  • Psixologiya (klinik istiqamət üzrə)
  • Biologiya (mikrobiologiya istiqamət üzrə)
  • Ekologiya

V qrup

  • Dizayn (memarlıq, interyer istiqamət üzrə)

Magistratura və MBA

1. Xarici dil müəllimliyi (ingilis dili):

- Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili üzrə)

2. Filologiya

- Azərbaycan dili

- Azərbaycan ədəbiyyatı

3. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

- İdarəetmədə informasiya sistemləri

4. Dünya iqtisadiyyatı

- Beynəlxalq iqtisadi münasibətlər

- Beynəlxalq maliyyə və valyuta–kredit münasibətləri

5. Maliyyə

- Bank işi

- Maliyyə nəzarəti və audit

6. Menecment

- Menecment (təhsil, turizm, səhiyyə, ümumi menecment)

7. Marketinq (sahələr üzrə)

- Marketinq (təhsil, turizm, səhiyyə)

8. Kompüter mühəndisliyi

- Kompüter mühəndisliyi

9. Biznesin İdarə Edilməsi

- Biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə)

MBA (Master of Business Administration) proqramı üzrə ixtisaslar

1. Biznesin idarə edilməsi

- Beynəlxalq iqtisadi münasibətlər

- Beynəlxalq maliyyə və valyuta – kredit münasibətləri

2. Biznesin idarə edilməsi

- Bank işi

- Maliyyə nəzarəti və audit

3. Biznesin idarə edilməsi

- Menecment (təhsil, turizm, səhiyyə, ümumi menecment)

4. Biznesin idarə edilməsi

- Marketinq (təhsil, turizm, səhiyyə)

5. Biznesin idarə edilməsi

- Biznesin təşkili və idarə edilməsi (Beynəlxalq biznes üzrə)

6. Biznesin idarə edilməsi

- İdarəetmədə informasiya sistemləri

Doktorantura

Doktorantura və Dissertant ixtisasları:

MEXANİKA

– Maye, qaz və plazma mexanikası

BİOLOGİYA ELMLƏRİ

- Mikrobiologiya

TEXNİKA ELMLƏRİ

- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

İQTİSAD ELMLƏRİ

– Dünya iqtisadiyyatı

– Sahələrin İqtisadiyyatı

FİLOLOGİYA ELMLƏRİ

– Dil nəzəriyyəsi

PSİXOLOGİYA

- Ümumi psixologiya

Tərkibi

Departamentlər və Fakültələr

Birləşmiş fakültələr departamenti

  • Biznes idarəçiliyi və İqtisadiyyat fakültəsi
  • Beynəlxalq Münasibətlər fakültəsi
  • Təbiət və Tətbiqi elmlər fakültəsi
  • Pedaqoji, Humanitar və Dillər fakültəsi
  • Biologiya və psixologiya fakültəsi

Beynəlxalq əlaqələr və xarici tələbələrlə iş departamenti

  • Xarici tələbələrin hazırlıq fakültəsi (Foundation)
  • Beynəlxalq tələbə və müəllim mübadiləsi üzrə koordinator
  • İkili diplom proqramları üzrə koordinator

Hüquq və İnsan Resursları departamenti

Tədris və metodiki işlər departamenti

Kafedralar

  • Riyaziyyat və informatika kafedrası
  • Ümumi texniki fənlər kafedrası
  • Dizayn kafedrası
  • İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası
  • Bioogiya və ekologiya kafedrası
  • Dillər kafedrası
  • Psixologiya və sosial fənlər kafedrası
  • Hüquq və beynəlxalq münasibətlər kafedrası

Mərkəzlər

  • Fakültələr üzrə tyutor mərkəzi
  • Abituriyent-Hazırlıq mərkəzi (fakultəsi)
  • Keyfiyyətin təminatı mərkəzi
  • Tədqiqat və inkişaf mərkəzi
  • Qrantlar və layihələrlə iş mərkəzi
  • Kompüter mərkəzləri
  • Dizayn mərkəzi
  • Tərcümə mərkəzi
  • Tədris metodiki mərkəz
  • Alman dili mərkəzi
  • Xaricdə təhsil və beynəlxalq servislər mərkəzi
  • İntellekt mərkəzi
  • İdman Mərkəzi
  • Sürücülük kursları
  • Tibb Məntəqəsi
  • Hüquq Klinikası
  • Məzunlarla iş mərkəzi
  • Psixoloji mərkəz

Şöbələr

  • Doktorantura şöbəsi
  • Maqistratura və MBA şöbəsi
  • Qiyabi şöbə
  • Mülki müdafiə şöbəsi
  • Hərbi işlər şöbəsi
  • Ümumi şöbə
  • Təsərrüfat işləri şöbəsi
  • Təmir, tikinti şöbəsi
  • Təhlükəsizlik şöbəsi
  • Mühasibatlıq şöbəsi
  • Nəşriyyat şöbəsi

İnstitutlar

  • Texnopark və İnformasiya texnologiyaları institutu
  • əlaqələr və Diplomatiya institutu
  • Yaradıcılıq, Mədəni layihələr və tədbirlərin təşkili institutu
  • Sahibkarlıq və Biznes strukturları institutu
  • Sertifikatlaşdırılmış təlimlər və Karyera institutu
  • PR, Kommunikasiya və Marketinq institutu
  • Əlavə təhsil və Kurikulum institutu
  • Dil, Folklor və Dialektologiya institutu
  • Elmi-Pedaqoji və istehsalat təcrübə institutu
  • Distant Təhsil İnstitutu
  • Bank, Maliyyə və Audit təcrübə institutu

Laboratoriyalar

  • Bioloji və Fizioloji laboratoriya
  • Kimya laboratoriyası
  • Fizika və elektrotexnika laboratoriyası

Muzeylər

  • Zərifə Əliyeva adına Tibb muzeyi - Z.Əliyeva adına tibb müzeyində müxtəlif tibbə dair eksponatlar təqdim edilib. Tələbələrə burada Anatomiya fənni əyani vasitələrin köməyi ilə keçirilir.

Təşkilatlar

  • Həmkarlar Təşkilatı
  • Tələbə-Gənclər Təşkilatı
  • Xarici tələbələrin birliyi
  • Tələbə Elmi Cəmiyyəti

Kitabxanalar

Odlar Yurdu Universitetinin kitabxanası - Azərbaycanın ən zəngin elmi kitabxanalarından olan Odlar Yurdu Universitetinin kitabxanasının əsası 1995-cı ildə qoyulmuşdur. Kitabxana 300 nəfərlik oxu zalından və geniş fonddan ibarətdir. Bu kitabxana öz fondunu daim genişləndirdiyindən Universitetin bütün tədris bölmələri müvafiq ədəbiyyatlarla təchiz edilir və oxucularını istənilən elm sahəsində kitablarla təmin edir. Fonda daxildir:

1.Dərsliklər

2.İctimai-siyasi ədəbiyyat

3.Elmi ədəbiyyat

4.Bədii ədəbiyyat

5.Xarici ədəbiyyat

6.Dövri-mətbuat nəşrləri

Elektron kitabxanası

Odlar Yurdu Universitetinin elektron kitabxanası

Elmi-Pedaqoji nəşrləri

Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərlər jurnalı

Xarici keçidlər

İstinadlar