Vikipediya:Silinməyə namizəd səhifələr: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Ən son rəy:10 ay öncə, Rufet-87 tərəfindən "Qəhrəman Süleymanlı" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 606: Sətir 606:
*{{silinsin}} Şəxsi fəaliyyətinə görə bəlkə də ensiklopedik hesab etmək olardı, amma haqqında heç bir etibarlı mənbə mövcud deyil. — [[User:Sura Shukurlu|<span style="color:#549">sur<u>ə</u></span>]]&nbsp;[[User talk:Sura Shukurlu|<span style="color:#549"><sup>m</sup></span>]] 14:12, 8 iyul 2023 (UTC)
*{{silinsin}} Şəxsi fəaliyyətinə görə bəlkə də ensiklopedik hesab etmək olardı, amma haqqında heç bir etibarlı mənbə mövcud deyil. — [[User:Sura Shukurlu|<span style="color:#549">sur<u>ə</u></span>]]&nbsp;[[User talk:Sura Shukurlu|<span style="color:#549"><sup>m</sup></span>]] 14:12, 8 iyul 2023 (UTC)
*:http://zim.az/elm/elmi-meqaleler/5379-bolus-bolns-rayonu-02.html - Bax Qoçulu kəndi [[İstifadəçi:Rufet-87|Rufet-87]] ([[İstifadəçi müzakirəsi:Rufet-87|müzakirə]]) 07:01, 10 iyul 2023 (UTC)
*:http://zim.az/elm/elmi-meqaleler/5379-bolus-bolns-rayonu-02.html - Bax Qoçulu kəndi [[İstifadəçi:Rufet-87|Rufet-87]] ([[İstifadəçi müzakirəsi:Rufet-87|müzakirə]]) 07:01, 10 iyul 2023 (UTC)

:http://zim.az/elm/elmi-meqaleler/5379-bolus-bolns-rayonu-02.html - Bax Qoçulu kəndi [[İstifadəçi:Rufet-87|Rufet-87]] ([[İstifadəçi müzakirəsi:Rufet-87|müzakirə]]) 07:01, 10 iyul 2023 (UTC)


== Azərbaycan siyasi partiyaları ==
== Azərbaycan siyasi partiyaları ==

07:01, 10 iyul 2023 tarixindəki versiya

Qısa keçid-yönləndirmə
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin


Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin
Qısa keçid-yönləndirmə

Bu səhifə Vikipediyadakı səhifələrin silinməsi barədə müzakirələr aparmaq üçündür. Burdakı müzakirələr VP:SNSMÜZAKİRƏSİ qaydasına əsasən aparmalıdır. Bərpa üçün müzakirələr bu səhifədə yox, bərpa üçün namizəd səhifələr səhifəsində aparılmalıdır.

Müzakirəyə qoşulmazdan əvvəl istifadəçilərdən şəxslərin ensiklopedik əhəmiyyəti, etibarlı mənbələr və digər qaydalarla tanış olmaları tələb olunur. Fikir bildirərkən silmə müzakirələrində istifadə etməkdən çəkinməli arqumentlərlə tanış olmağınız tövsiyə olunur.

Səhifə bu səhifəyə təqdim olunarkən Səhifəyə {{Silinməyə namizəd}} şablonu yerləşdirilməlidir. Müzakirə açmaq üçün aşağıdakı düyməyə klikləyin:

Yeni müzakirə yarat

Arxivləşdirilmiş müzakirələrə buradan baxa bilərsiniz. Arxivdə axtarış etmək üçün aşağıdakı axtarış formasını istifadə edə bilərsiniz.


Azərbaycanda dağıdılan futbol klubları

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  •  Birləşdirilsin:
fikir ilə razıyam — Wealszy (müzakirə) 10:54, 21 mart 2023 (UTC)Cavabla
  • Şərh Şərh: Ümumiyyətlə məqalənin adının, Dağıdılan Futbol klubları olaraq seçilməsi düzgun deyil. Fəaliyyətini dayandırmış futbol klubları adı daha uyğundur. Həmçinin, səhifədə adı olan bəzi futbol klubları bir birinin davamıdır və ya bu gün fəaliyyətini davm etdirir. Məsələn Naxçıvanın "Araz" klubu hal hazırda fəaliyyətini davam etdirir. Siyahıda adı olan "İnter" klubu, bu gün "Şamaxı" adıyla fəaliyyətini davam etdirir (Daha əvvəlki adları "Xəzər Unversiteti", "Keşlə"). Siyahıda adı keçən "Bakı" klubu, siyahıda olan digər bir klub "Polis Akademiyası"nın əsasında yaradılmış "Dinamo" klubunun sonrakı adıdır. Bərdənin "Pambıqçı", "Qarabağ" və "ABN-Bərdə" klubları müxtəlif zamanlarda adını dəyişmiş eyni klublardır. "Standard" klubu bu gün fəaliyyətdə olan "Sumqayıt" klubudur. Hörmətlə Memmedli Farid 15:02, 21 mart 2023 (UTC)Cavabla
    Haqlısınız, yenə də xüsusi siyahıya ehtiyac görmürəm. Qeyd etdiyiniz xüsus barədə digər səhifədə məlumat verə bilərsiniz. Gadir (müzakirə) 16:14, 21 mart 2023 (UTC)Cavabla
    Əslində yaxşı islənsə bu cür siyahı ola bilər. Buna bənzər siyahılar EnVikidə var. Amma hazırkı vəziyyəti yaxşı deyil, ona görə də birləşdirilsə daha yaxşıdır. WhiteDem✪n 23:53, 21 mart 2023 (UTC)Cavabla
    Bəli, elə ona görə. Gadir (müzakirə) 06:35, 22 mart 2023 (UTC)Cavabla
  • Gadir , Mən indi digər səhifədə məlumat yerləşdirəcəm. Hörmətlə — Memmedli Farid 18:04, 21 mart 2023 (UTC)Cavabla
  •  Birləşdirilsin: əsaslı redaktə ilə. - Dr.Wiki54 (müzakirə) 11:11, 24 aprel 2023 (UTC)Cavabla
  • Şərh Şərh: - Dr.Wiki54, White Demon, Wealszy, Bikar Orxan, Gadir, müzakirənin başlamağından iki aydan çox vaxt keçib, amma gec də olsa, Azərbaycan futbolunu yaxından izlədiyim üçün fikrimi bildirmək istəyirəm. Əvvəla səhifədə heç bir klubla bağlı istinad yoxdur. Bəzi klublarla eyni adlı klublar hal-hazırda Region Liqasında yarışır, məsələn, Karvan, Ərgünəş. Hüquqi olaraq eyni klublar olduqlarını bilmirəm. Bəlkə, yeni klub kimi yaradılıblar. Məsələn, hal-hazırda Premyer Liqada oynayan Turan Tovuz klubu 2014-cü ildə yaradılıb, 1990-cı illərdə yaranmış Turan klubu 2014-cü ildə səhv eləmirəmsə, borclarına görə fəaliyyətini dayandırmışdı. Çox qarışıq faktlar var, ona görə indiki vəziyyəti ilə bu natamam siyahının silinməsinin daha düzgün olacağını hesab edirəm.— Eminn (müzakirə) 15:38, 29 may 2023 (UTC)Cavabla
     Birləşdirilsin: digər həmkarlarla eyni fikrdəyəm ~ Sahil ;)   (müzakirə) 06:11, 15 iyun 2023 (UTC)Cavabla
    Hörmətli @Eminn, gecikən cavab üçün üzrlü sayın. Bu tür siyahılar əslində vikidə var, ola bilər. Amma bu siyahı ətraflı mənbələrlə falan işlənsə, bu hal mümkün ola bilər. Biz indiki halına əsasən birləşdirilməsini təklif edirik. Qeyri-dəqiq və ya dəqiq məlumatlar üçün isə sahə ilə maraqlanan istifadəçilərimiz baxarsa, yaxşı olar: @Asif Məmmədov, @Memmedli Farid, @Wealszy, zəhmət olmasa, baxardınız. Mən bu sahə ilə çox da maraqlanmıram. Gadir (müzakirə) 19:52, 25 iyun 2023 (UTC)Cavabla
    @Eminn, olar problem görmürəm. Dr.Wiki54 (müzakirə) 07:54, 5 iyul 2023 (UTC)Cavabla
  • Şərh Şərh: Salam @Gadir. Hazırda bu mövzu məni də düşündürür, ən tez zamanda bu sahəyə xüsusi zaman ayıraraq redaktələr edəcəm. Qərarı gözləməkdəyəm sadəcə, Azərbaycan futbol klublarının siyahısı məqaləsindəmi edəcəm bunu? Ya sözügedən məqalədəmi? Sözügedən məqalə ilə bağlı qərarı gözləməkdəyəm. Asif Məmmədov (müzakirə) 07:36, 26 iyun 2023 (UTC)Cavabla
    @Asif Məmmədov, salam. Siz bu siyahını əsaslı tərtib edə biləcəksinizsə, qala da bilər. İstifadəçilər hazırkı vəziyyətinə uyğun birləşdirilməsini dəstəkləyirlər. Gadir (müzakirə) 07:39, 26 iyun 2023 (UTC)Cavabla
    @Gadir çalışaram redaktə edim. Lakin mən də əslində birləşdirilməsindən yanayam. Yekun olaraq qərara əsasən hərəkət edəcəm. Asif Məmmədov (müzakirə) 11:46, 26 iyun 2023 (UTC)Cavabla

Kateqoriya:Qərbi Azərbaycanda doğulanlar

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu tip kateqoriyaların mövcudluğu VP:MİLLİ-nin pozulması deyil? Gadir (müzakirə) 13:37, 24 mart 2023 (UTC)Cavabla

Qərbi Azərbaycan məsələsi hal hazırda çox aktualdı. Prezident də hətta icma ilə görüşüb. Mətbuatı izləsək bunu şahidi ola bilərik. — Araz Yaquboglu (müzakirə) 14:48, 24 mart 2023 (UTC)Cavabla
✔ Qalsın: kateqoriya mövcudluğu pozuntuya yol vermir. Araz bəyin də qeyd etdiyi kimi Aktual bir mövzudur hal hazırda Hersoq01 (müzakirə) 01:49, 25 mart 2023 (UTC)Cavabla
X Silinsin: Aktuallıqla əlaqəsi yoxdur. VP:MİLLİ-nin kobud şəkildə pozulmasıdır. Bir zamanlar adlarl fərqli olmuş inzibati vahidlərin adıyla kateqoriyalar yaratmaq düzgün deyil. "Annenfelddə doğulanlar", "Şərqi Türkistanda doğulanlar", "Böyük Ermənistanda doğulanlar" və s. düzgün deyil. - Dr.Wiki54 (müzakirə) 13:30, 6 aprel 2023 (UTC)Cavabla
Eyni fikirdəyəm. Hörmətlə, Gadir (müzakirə) 03:29, 8 aprel 2023 (UTC)Cavabla
X Silinsin: digər həmkarların fikrinə əsasən -- ⟨Qraf⟩061   (müzakirə) 11:01, 14 may 2023 (UTC)Cavabla
X Silinsin: Burda böyük əksəriyyət Azərbaycan vətəndaşlarıdır, elə mən də, amma belə kateqoriyaların saxlanılmasının əleyhinəyəm. Mümkün qədər neytral olmaq lazımdır.— Eminn (müzakirə) 15:40, 29 may 2023 (UTC)Cavabla
X Silinsin: Qərbi Azərbaycan rəsmi inzibati vahidi deyil, azərbaycanlıların tarixən yaşadıqları tarixi yeri bildirmək üçün işlədilən adlandırmadır. Çox vaxt da elə bütün Ermənistan ərazisini Qərbi Azərbaycan adlandırırlar. Bu məntiqlə onda gərək Ermənistanda doğulanlar kateqoriyasını silək, çünki eyni şey çıxır. Qafanda doğulan ermənini Ermənistanda doğulanlar kateqoriyasına salıb, Qafanda doğulan azərbaycanlını isə Qərbi Azərbaycanda doğulanlar kateqoriyasına salmaq məntiqli deyil. Belə çıxır ki, eyni şəhərdə doğulan şəxslər əslində "fərqli yerlərdə doğulublar".— Şiroi Akuma 17:06, 24 iyun 2023 (UTC)Cavabla

✔ Qalsın: vacib və aktual mövzudur. VP:MİLLİ-nin pozulması halı yoxdur. — Tarixi Nadir (müzakirə) 17:47, 24 iyun 2023 (UTC)Cavabla

VP:MİLLİ necə pozulmur? Konkret irredentist konsepsiyadır. "Bütöv Azərbaycanda" doğulanlar kateqoriyası da yazılsın bəlkə? "Ermənistan azərbaycanlıları" kateqoriyası kifayət edir.  Sürətli silinsin: --► Hörmətlə: SolaVirum 18:51, 24 iyun 2023 (UTC)Cavabla
Bizdə çox məqalədə belə bir problem var, yazılır ki, "filankəs filan ildə Qərbi Azərbaycanın filan yerində doğulub". Ermənistan yerinə Qərbi Azərbaycan yazmaq təbii ki, MİLLİ-nin pozulmasıdır. Bu məntiqlə gərək Ermənistanla bağlı bütün kateqoriyaların adlarını dəyişib Qərbi Azərbaycan edək. Ermənistan cüdoçuları kateqoriyası Qərbi Azərbaycan cüdoçuları, Ermənistan müğənniləri kateqoriyası Qərbi Azərbaycan müğənniləri və s. Şiroi Akuma 19:28, 24 iyun 2023 (UTC)Cavabla
 Sürətli silinsin: Silinməsi yönündə fikir bildirənlər tamamilə haqlı irad bildiriblər. Bu növdən kateqoriyaların, yazıların hər biri silinməlidir. Oxşar bir digər məsələ barədə burada da fikir bildirmişik. Gadir (müzakirə) 19:49, 25 iyun 2023 (UTC)Cavabla
Belə bir kateqoriya da var. Bunların mövcud olması neytrallıq baxımından heç də ürəkaçan deyil. Gadir (müzakirə) 03:03, 26 iyun 2023 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

VP:EƏŞT-nin ödənilmədiyini düşünürəm. - Dr.Wiki54 (müzakirə) 07:54, 27 mart 2023 (UTC)Cavabla

(Sual Sual:) Komitənin beynəlxalq yarışların təşkilində iştirak etməsi onun "beynəlxalq miqyasda" olduğunu göstərir? Bikar Orxan (müzakirə) 08:10, 27 mart 2023 (UTC)Cavabla
@Dr.Wiki54 hörmətli həmkar, lütfən məqaləni SNS etdikdə imkan daxilində bu barədə bildirişi müəllifin (@Shafa Movsumov) müzakirə səhifəsinə də yerləşdirin ki, müəllifin də xəbəri olsun. (qadcet bu işdə çox yaxşıdır). Atakhanli (müzakirə) 05:42, 30 mart 2023 (UTC)Cavabla
X Silinsin: məqalə qeyri ensklopetikdir ~~ Hersoq01 (müzakirə) 04:14, 30 may 2023 (UTC)Cavabla
(X Silinsin:) Elariz.19 (müzakirə) 15:34, 19 iyun 2023 (UTC)Cavabla
  • X Silinsin: Məqalədəki mənbələrdən biri qurumun öz saytıdır və məlumatların çoxu üçün mənbə göstərilməyib. Göstərilmiş fəaliyyət növü də qurumu ensiklopedik etmir. — surə m 21:42, 27 iyun 2023 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Məqalə Heydər Əliyev adına Hərbi İnstitutun 1918-1920-ci illərdəki dövründən bəhs edir ona görə də həmin məqaləyə  Birləşdirilsin: - Dr.Wiki54 (müzakirə) 02:44, 30 mart 2023 (UTC)Cavabla

Mehman İsmayılov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

VP:ŞEƏ-nin ödənildiyini düşünmürəm. - Dr.Wiki54 (müzakirə) 20:32, 10 aprel 2023 (UTC)Cavabla

@Dr.Wiki54 hörmətli həmkar. VP:SNS qeyd etmisiniz. Atakhanli (müzakirə) 07:50, 11 aprel 2023 (UTC)Cavabla
@Atakhanli təşəkkür - Dr.Wiki54 (müzakirə) 08:12, 11 aprel 2023 (UTC)Cavabla
@Shafa Movsumov hörmətli həmkar. SNS-dən Sizin də xəbəriniz olsun deyə Sizi də etiketləyirəm. məqalənin müəllifi Sizsiz. Atakhanli (müzakirə) 08:24, 11 aprel 2023 (UTC)Cavabla
  • Şərh Şərh: Salamlar. Mövcud istinadlara əsasən yazılıb. Əlavə faktlar olduqca redaktə ediləcəkdir iştirak hüququ yoxdur.
  • X Silinsin: İndiki halda qeyd edilmiş heç bir fəaliyyət növü və nailiyyəti şəxsi ensiklopedik etmir. — surə m 21:46, 27 iyun 2023 (UTC)Cavabla

Hamlet Hüseynov

  • Şərh Şərh: Polkovnik ensiklopedikdir? ensiklopedikdirsədə məqalə düzgün tərtib olunmayıb, mənbə və istinadlara rast gəlmədim. Xahiş edirəm polkovnik rütbəsinin ensiklopedik olub-olmaması haqqında geniş mülahizələr edəsiniz, çünki digər polkovniklərdə var ki, məqaləsi mövcuddur. məsələn - Cəlil Xəlilov (polkovnik) E.Imanverified Verified 12:41, 16 aprel 2023 (UTC)Cavabla
    sırf polkovnik rütbəsi şəxsi birbaşa ensiklopedik etmir. onun hərbi fəaliyyətinə baxmaq lazımdır. elə fəaliyyəti ola bilər ki, lap əsgər rütbəsində belə ensiklopedik ola. digər misal göstərdiyiniz şəxsin isə elmi adı və dərəcəsi var. onu elm xadimi kimi qiymətləndirsək daha doğru olar. nəinki sırf hərbi xadim kimi. Atakhanli (müzakirə) 12:50, 16 aprel 2023 (UTC)Cavabla
    Bərpa üçün namizəd səhifəsinə SSSR polkovniki haqqında müraciət etmək niyyətim var, mülahizələr mənə maraxlıdır. Hamlet hüseynov və Cəlil Xəlilov polkovnik olduqları üçün deyil, bəs başqa hansı əsaslı fəaliyyəti üçün ensiklopedik hesab edilməlidirlər? E.Imanverified Verified 13:15, 16 aprel 2023 (UTC)Cavabla
    "Başkənd əməliyyatı" məqaləsini yazarkən onun adına rast gəlməmişəm. --► Hörmətlə: SolaVirum 15:07, 16 aprel 2023 (UTC)Cavabla
    Digər misal göstərdiyim şəxsin elmi adı və dərəcəsi ancaq məzmunda qeyd olunub amma istinadı yoxdur, yəni keçid ölü keçiddir. Ümumiyyət sual yaranır ki, hərbi fəaliyyətində gənclərin hərbi xidmətə hazırlanmasına öz töhvəsini verən və SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Azərbaycan şöbəsində birinci şəxsin müavini vəzifəsində çalışmış şəxs, eyni zamanda hərbi və xüsusi təhsil məktəblərində tədris olunan dərsliklərin müəllifi olan şəxs ensiklopedikdirmi? E.Imanverified Verified 13:26, 21 aprel 2023 (UTC)Cavabla

(✔ Qalsın:) hərbi rütbəsi ensiklopedik olmasada tutduğu vəzifələr şəxsi ensiklopedik edir. Abdmalikofficial (müzakirə) 10:37, 7 iyun 2023 (UTC)Cavabla

Taleh Xəlilov

Şərh Şərh: Lüzumsuz işıqlandırılma səbəbi ilə və ensiklopedik əhəmiyyətinin aşağı olması ilə əlaqədar müzakirəyə təqdim edirəm. VP:ŞEƏ ödənilmədiyi qənaətindəyəm. E.Imanverified Verified 16:11, 24 aprel 2023 (UTC)Cavabla

Hörmətli həmkar, şəxs Naxçıvan Muxtar Respublikası üzrə UNESCO-ya seçilən ilk üzv olduğu üçün və elmi uğurları olduğu üçün ensiklopedik əhəmiyyətinin olduğunu düşünürəm. Nurlan0807 (müzakirə) 12:02, 26 aprel 2023 (UTC)Cavabla

Kəlbəcər rayonu

Aşağıdakı məqalələrin Kəlbəcər rayonu məqaləsinə birləşdirilməli olduğunu düşünürəm:

samral müzakirə 10:00, 26 aprel 2023 (UTC)Cavabla

Şərh Şərh:, Cənab Samral Sözügedən məqalələrin hər biri ayrı-ayrı mövzular haqqındadır. O zaman gərək biz Azərbaycanın tarixi, Azərbaycanın mədəniyyəti haqqında məqalələr yaratmayaq, hamısını Azərbaycan məqaləsi altında birləşdirək. Sözügedən üç məqaləni Kəlbəcərin coğrafiyası başlığı altında yeni bir məqalədə formalaşdırmaqda mümkündür.— Baskervill (müzakirə) 11:44, 27 aprel 2023 (UTC)Cavabla
@Baskervill, Azərbaycanın tarixi, Azərbaycanın mədəniyyəti nümunələriniz tamam yanlışdır. Siz Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti məqalələri yarada bilərsiz, çünki bu ensiklopedik mövzulardır və çox geniş mövzulardır. Amma "Kəlbəcər rayonunun mineral suları" ayrıca məqalə olacaq qədər mühüm mövzudurmu, bunu gərək mübahisələndirək. Sabah mən də durum "Neftçala mədəniyyəti" məqaləsi yaradım, nə var nə var "Azərbaycan mədəniyyəti" məqaləsi var? Bu düzgün bir arqument və viki-qaydalara uyğun bir əsaslandırma deyil. samral müzakirə 12:06, 27 aprel 2023 (UTC)Cavabla
Şərh Şərh: Hər biri elə ayrı başlıqda qalsa daha yaxşı olar. Çünki, ayrı-ayrılıqda geniş mövzulardı. Birləşdirilməsini düzgün hesab etmirəm. — Khidirzada (müzakirə) 21:27, 29 may 2023 (UTC)Cavabla
 Birləşdirilsin: - Qorqud Həsənli (müzakirə) 18:29, 20 iyun 2023 (UTC)Cavabla
 Birləşdirilsin: Dr.Wiki54 (müzakirə) 07:59, 5 iyul 2023 (UTC)Cavabla

Ceyhun Hidayətli

  • Şərh Şərh: şəxsin yalnız "Əqrəb" romanı ilə tanınması onun tam olaraq ensiklopedik hesab olunması demək deyil zənnimcə, VP:ŞEƏ-yə əsasən uyğunluğunu görmürəm. E.Imanverified Verified 11:00, 3 may 2023 (UTC)Cavabla
  • X Silinsin: razıyam, əsəri ekranlaşdırılsa da, onu ensiklopedik etmir. Bir neçə əsəri və ya böyük miqyasda səs gətirən işləri olsa, ayrı Toghrul R (m) 12:27, 3 may 2023 (UTC)Cavabla
  • :@Toghrul R Ceyhun Hidayətlinin artıq 3 kitabı nəşr üzü görüb, 4-cüsü isə bu il nəşr olunmağı planlaşdırılır. Yazıçının uşaq vaxtlarından qəzetlərdə şeirləri yayımlanıb. 525-ci qəzetdə yayımlanmış şeri qəzetin veb saytında da yayımlanmışdır. Linki, məqalədə yerləşdirilib. Yazıçının "Əqrəb" romanı onun ilk romanıdır. Onun motivləri əsasında serial çəkilməsi kitabın məşhurluğunu artırdı. Ancaq məlumat üçün bildirik ki, yazıçının kitabları arasında ən az sayda satılan elə "Əqrəb" romanıdır. İkinci romanı "Qarlar arasında ölüm"ün 4-cü nəşri, "Bəyaz şeytan" kitabının isə artıq 5-ci nəşri satışdadır və tükənmək üzrədir. "Əqrəb" romanının isə hazırda 3-cü nəşri satışdadır. "Bəyaz şeytan" kitabında indiyədək tətbiq olunmamış kreativlikdən istifadə olunaraq kitabın 153-cü səhifəsindən sonrası qıfılla kilidlənib. Kitabın davamını oxumaq istəyən oxucu mütləq kilidi açmalıdır. İlin sonunadək 4-cü kitab "Cəhənnəmin elçisi" də işıq üzü görəcək. Eyni zamanda "Qarlar arasında ölüm" romanının da motivləri əsasında tammetrajlı filmin çəkilməsi planlaşdırılır. Hesab edirik ki, bütün bunlar məqalənin wikipediada qalması üçün kifayət edir. KodadiGreywolf (müzakirə) 13:50, 15 may 2023 (UTC)Cavabla
  • X Silinsin: Şəxsin ensiklopedik olmadığını düşünürəm.— Baskervill (müzakirə) 00:30, 4 may 2023 (UTC)Cavabla
  • :@Baskervill Sizə də, eyni cavabı verirəm. Ceyhun Hidayətlinin artıq 3 kitabı nəşr üzü görüb, 4-cüsü isə bu il nəşr olunmağı planlaşdırılır. Yazıçının uşaq vaxtlarından qəzetlərdə şeirləri yayımlanıb. 525-ci qəzetdə yayımlanmış şeri qəzetin veb saytında da yayımlanmışdır. Linki, məqalədə yerləşdirilib. Yazıçının "Əqrəb" romanı onun ilk romanıdır. Onun motivləri əsasında serial çəkilməsi kitabın məşhurluğunu artırdı. Ancaq məlumat üçün bildirik ki, yazıçının kitabları arasında ən az sayda satılan elə "Əqrəb" romanıdır. İkinci romanı "Qarlar arasında ölüm"ün 4-cü nəşri, "Bəyaz şeytan" kitabının isə artıq 5-ci nəşri satışdadır və tükənmək üzrədir. "Əqrəb" romanının isə hazırda 3-cü nəşri satışdadır. "Bəyaz şeytan" kitabında indiyədək tətbiq olunmamış kreativlikdən istifadə olunaraq kitabın 153-cü səhifəsindən sonrası qıfılla kilidlənib. Kitabın davamını oxumaq istəyən oxucu mütləq kilidi açmalıdır. İlin sonunadək 4-cü kitab "Cəhənnəmin elçisi" də işıq üzü görəcək. Eyni zamanda "Qarlar arasında ölüm" romanının da motivləri əsasında tammetrajlı filmin çəkilməsi planlaşdırılır. Hesab edirik ki, bütün bunlar məqalənin wikipediada qalması üçün kifayət edir. KodadiGreywolf (müzakirə) 13:51, 15 may 2023 (UTC) iştirak hüququ yoxdur.Cavabla

Fərhad Eminov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Heydər Əliyev haqqındakı kitablar

Aşağıda qeyd olunan, çoxu 2023-cü ilə aid olan və eyni istifadəçi tərəfindən yaradılmış məqalərinin heç biri kitablar haqqında ensiklopedik şərtlərinin kriteriyalarını ödəmir. Vikipediya kitablar haqqında məlumat bankı deyil, burada hər kitab haqqında məqalə yaradıla bilməz, ensiklopedik olması üçün qeyd olunan kriteriyalardan heç olmasa biri ödənməlidir.— Şiroi Akuma 15:01, 16 may 2023 (UTC)Cavabla

X Silinsin: adlarını Heydər Əliyev məqaləsində qeyd etmək bəsdir. - Dr.Wiki54 (müzakirə) 05:17, 31 may 2023 (UTC)Cavabla
Dr.Wiki54 ilə razıyam. — Moses 22:55, 28 iyun 2023 (UTC)Cavabla

Cavid Şahbazbəyov

Şaiq Qəribzadə

Azərbaycan hökmdarlarının siyahısı

Bildiyim qədəri ilə tarixdə özünü Azərbaycan şahı, sultanı, hökmdarı, hakimi, valisi, bəylərbəyi və s. elan etmiş, adlandırmış və ya təyin edilmiş şəxslər var. Bu zaman çox vaxt da Tarixi Azərbaycan ərazisi və ya Cənubi Azərbaycan nəzərdə tutulub. Mən bunu inkar etmirəm. Amma müzakirəyə çıxartdığım bu məqalədə utopik, xəyal, nağıl, gülünc, uydurma hesab edilə biləcək qədər böyük iddialar var. Mən təklif edirəm ki, ya bu siyahı tamamilə silinsin, ya da sözlərimin əvvəlində qeyd etdiyim kimi, kimlər ki, tarixdə Azərbaycan rəhbəri olub və bu barədə də həm akademik, həm etibarlı və həm də obyektiv/neytral mənbələr varsa, ancaq o adlar olsun siyahıda. samral müzakirə 09:57, 28 may 2023 (UTC)Cavabla

Bu kimi ümumiləşdirmə ancaq bizim AMEA-da qəbul olunur. Ona görə də VP:MİLLİ pozulur. - Dr.Wiki54 (müzakirə) 05:27, 31 may 2023 (UTC)Cavabla
Bu, tarixi Azərbaycan ərazisində qurulan və ya o torpaqların bir qismini də əhatə edən dövlətlərə hökmranlıq etmiş hökmdarları nəzərdə tutmur? Gadir (müzakirə) 13:47, 7 iyun 2023 (UTC)Cavabla

Rizvan Abdullayev (exokardioloq)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

@Hatselate məqaləyə həqiqətən də göz gəzdirmisiniz? Atakhanli (müzakirə) 18:33, 28 may 2023 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • ✔ Qalsın: Dövlət Səviyyəsində görüşlər keçirən yeganə təşkilatlardan biridir. Bir sıra ölkələrə rəsmi səfərləri və bunun kimi bir sıra dövlət əhəmiyyətli fəaliyyətləri olub. Bu məqalə tam olaraq ensiklopedik məqalədir. -- ⟨Qraf⟩061   (müzakirə) 18:41, 29 may 2023 (UTC)Cavabla
  •  Sürətli qalsın: Televizya kanalları başda olmaqla, mətbuatda geniş işıqlandırılan az saylı QHT-lərdəndir. Əlavə olaraq onuda qeyd etmək istəyirəm ki, Azərbaycanda elə bir təşkilat varmı dövlət başçıları ilə bir başa görüş keçirsin. Bunadn əlavə olaraq xaricdən gələn qonaqların böyük qismi TAİB-in ofisində olmuş və lahiylərdə iştirak etmişdir və bu prosesslər davam etməkdərdir. — Khidirzada (müzakirə) 19:22, 29 may 2023 (UTC)Cavabla
  • Şərh Şərh: Qeyd edilənlərlə razıyam. Həmçinin fəaliyyəti mətbuatda da işıqlandırılıb və əhatə olunub onsuz. Gadir (müzakirə) 19:34, 29 may 2023 (UTC)Cavabla
     Sürətli qalsın: bu məqalənin silinməsinə qarşıyam. Necə ola bilər ki adi yoldan keçmə birliklər və təşkilatlar haqqında məqalələr mövcuddur. Ancaq Azərbaycan üzrə sayılıb seçilən bir təşkilatın məqaləsi qeyri ensklopetikdir. @Toghrul R nəyə əsasən hansı səbəbdən məqaləni SNS-a təqdim etmisiniz? Zəhmət olmasa məqaləni SNS-edərkən ətraflı silinməyə təqdim etmə səbəbini də qeyd edin ki həmin fikrə əsasən müzakirə apara bilək ~~ Hersoq01 (müzakirə) 04:18, 30 may 2023 (UTC)Cavabla
    @Hersoq01 siz dediyiniz arqument hesab olunmur. Yoldankeçən ictimai birlik varsa, silinməyə təqdim edin. Digər məsələ isə səbəbi barədə izahat verməkdir. Mən ensiklopedik olmadığını düşünürəm, bu qədər. "Nəyə görə ensiklopedik deyil" ifadəsindənsə, nəyə görə ensiklopedik olmasını bildirmək daha məntiqlidir. @Qraf061 qeyri-hökumət birliyi rəsmi görüşlər keçirə bilməz, bunu yalnız dövlət orqanları edə bilər. "Rəsmi" sözü də buradan gəlir. @Khidirzada ictimai birliklər barədə mətbuatda məlumat yerləşdirmək, televiziyaya çıxarmaq olduqca asan məsələdir. Azərbaycan mətbuatında adı çəkilməyən, televiziyaya çıxmayan adam azdır. Hətta bəzi saytlar kiçik ödəniş məbləğində 50 istinad hazırlayıb təqdim edirlər. Bu, əsas meyar deyil. Yeri gəlmişkən, siz təşkilatın gənclər birliyinin sədrisiniz deyə məqaləni müdafiə etməniz normal haldır. Sadəcə adınıza keçid verilməsini məsələsini anlaya bilmədim Toghrul R (m) 16:56, 30 may 2023 (UTC)Cavabla
     Cavab: Hörmətli həmkar @Toghrul R zəhmət olmasa ictimai birlik haqqında dərindən araşdırma aparın. Birliyin fəaliyyətinə baxdıqda ensklopetik olduğu açıq aydın görsənir. Kifayət qədər mənbələr var. Həmçinin birliyin gördüyü işlər dövlət üçün əhəmiyyətli işlərdir. Bir sözlə belə bir məqalənin silinməsini düzgün hesab etmirəm. -- ⟨Qraf⟩061   (müzakirə) 14:11, 2 iyun 2023 (UTC)Cavabla
  • X Silinsin: yuxarıdakı arqumentlərə əsasən. - Dr.Wiki54 (müzakirə) 05:16, 31 may 2023 (UTC)Cavabla
  •  Sürətli qalsın: Bu məqalənin silinməsinə qarşıyam. Türk Ağsaqqalları Birliyi ölkədə və türk ölkələrində populyar təşkilatdir. İstinadları etibarlıdır. — Cavadxan1804 (müzakirə) 10:58, 31 may 2023 (UTC)Cavabla
    Etibarlı mənbələr tərəfindən əhatə edilib və Azərbaycandan kənar fəaliyyəti mövcuddur. Ensiklopedik saymaq olar deyə düşünürəm bu səbəblərə görə --► Hörmətlə: SolaVirum 13:28, 31 may 2023 (UTC)Cavabla
  •  Sürətli silinsin: VP:EƏŞT-in kriteriyaları ödənmir. Məqalədə göstərilmiş və mənbələrdə yer alan fəaliyyət növləri qurumu ensiklopedik etmək üçün yetərli deyil. Bu məqaləyə niyə səs ovçuluğu edilir onu da anlamış deyiləm. — surə m 07:07, 5 iyun 2023 (UTC)Cavabla
     Cavab: həmkar @Sura Shukurlu xanım "Bu məqaləyə niyə səs ovçuluğu edilir onu da anlamış deyiləm". Səs ovculuğu dedikdə nəyi nəzərdə tutursunuz? Bu müzakirədə iştirak edənlər bundan əvvəldə bir sıra müzakirələrdə iştirak ediblər. Hər hansısa 2-3 redaktəsi olan yeni istifadəçi Səhifləri ilə gəlib müzakirəyə qoşulmayıblar. Birliyin fəaliyyəti məqaləni ensklopetik edir. ~~ Hersoq01 (müzakirə) 19:28, 5 iyun 2023 (UTC)Cavabla
    Mənə də birmənalı təsir bağışlamadı, fikir bildirən istifadəçilər buradakı müzakirələrdə müntəzəm olaraq iştirak edən istifadəçilərdir. Konkret olaraq hansı istifadəçi/istifadəçilər barədə şübhələnirsiniz? {{Səs ovu}} şablonundan istifadə edə bilərsiniz. Hətta əmin deyilsinizsə, tərəddüd edirsinizsə, hər ehtimala qarşı müvafiq şablonu əlavə edirəm ki, səs ovu olmasın və şəffaflıq üçün. Hörmətlə, Gadir (müzakirə) 20:59, 5 iyun 2023 (UTC)Cavabla
Əziz həmkarlar və əziz həmkar Sura Shukurlu bura səs vermə deyil ki, səs ovçuluğu olsun. SNS nə vaxtdan səs vermə olub? İstəyir 50-istifadəçi eyni mövqedən çıxış etsin bir nəfər güclü arqumentlər gətirirsə onun fikiri qəbul olunur. SNS-də dəfələrlə olub ki, bir sonluğa varmayanda təcrübəli istifadəçilər və ya idarəçilər dəvət olunub. Onda səs ovçuluğu hesab olunur? Səs ovçuluğu kimsə idarəçilik üçün namizəddirsə və ya hansısa səs vermə olmubsa onda öz lehinə dəvət edirsə istifadəçiləri onda ola bilər. Bu yanaşmalar qarışdırılmalıdır. Hətta səs ovçuluğu sayılacaq məsələyə toxunulmur, səs ovçuluğuna aid olmayan məslələrdə məsələn SNS və BNS də səs ovçuluğu mövzusu qabardılır. İdarəçiliyə namizəd olanlar özünə yaxın bildiklərinin müzakirə səhifəsinə dəvət məktubları yazır heç kim heç nə demir amma səs vermə olmayan SNS- də səs ovçuluğu olur) Burda əslində dəvət normaldır istifadəçilərin fikirlərini və onların gətirə biləcəkləri arqumentləri bilmək yekunda müzakirəni sonlandıran idarəçi üçündə kömək olur. — Khidirzada (müzakirə) 14:49, 6 iyun 2023 (UTC)Cavabla

:Sürətli qalsın: İçtimai birliklərə dəstək vermək lazımdır. Dövlət əhəmiyyətli işlər görən təşkilatların da fəaliyyəti vardır deməkdir. Bütün Həmkarlar! zəhmət olmazsa təşkilatları vəya hansısa qrumları dəqiq fəaliyyətini araşdırmadan necə gəldi qərar verməyin. Vasif275 (müzakirə) 05:46, 6 iyun 2023 (UTC) iştirak hüququ yoxdur.Cavabla

 Sürətli qalsın: ensiklopedikdir ~ Sahil ;)   (müzakirə) 06:14, 15 iyun 2023 (UTC)Cavabla
✔ Qalsın: məqalə tam olaraq ensklopetikdir. Qorqud Həsənli (müzakirə) 18:26, 20 iyun 2023 (UTC)Cavabla
 Sürətli qalsın: Ağsaqqalına kəm baxanın günü yaman olar :) — Baskervill (müzakirə) 18:55, 25 iyun 2023 (UTC)Cavabla

X Silinsin: Ölkədə olan 100-lə QHT-dən biridir. Xüsusi fəaliyyəti ilə seçilmirlər. Sanki son dövrlər QHT-lər arası Vikipediya səhifəsi yaratmaq dəbə düşüb. Maliyyə dəstəkləri bitən kimi Vikipediya səhifəsi də yaddan çıxacaq. Baskervill burda ağsaqqal görsəniz mənə də deyin))) — Tarixi Nadir (müzakirə) 15:17, 6 iyul 2023 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

ensiklopedik olduğu qənaətində deyiləm, bəlkə də tərtibata görədir, amma əmin deyiləm. --► Hörmətlə: SolaVirum 11:55, 2 iyun 2023 (UTC)Cavabla

kitabı təftiş edə bilmədim açığı. kitab gərək bestseller filan ola ki, bu barədə danışaq. amma açığı heç kitab portallarında da haqqında məlumat görmədim. Atakhanli (müzakirə) 21:37, 27 iyun 2023 (UTC)Cavabla
Bütün bu tərzdə yazılan kitablar nəyisə ifşa edir amma hələ də ifşalar tam bitmir :) X Silinsin: - Dr.Wiki54 (müzakirə) 08:04, 5 iyul 2023 (UTC)Cavabla

İsrafil bəy İsrafilbəyov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Lütviyyə Əsgərzadə

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: qeyri ensiklopedikdir ~ Sahil ;)   (müzakirə) 06:15, 15 iyun 2023 (UTC)Cavabla

::Hörmətli Sahil Dostməmmədov. Ədəbiyyatşünas, publisist, şairə, AYB və AJB üzvü, 10 kitab müəllifiyəm. 5 -i monoqrafiyadır. 2 kitabım Beynəlxalq Lamberd (Almaniya) və GlobeEdit nəşrləri tərəfindən yayınlanıb. Sonuncu kitabım 1 ay öncə 2 Elmi Şüranın qərarı ilə yayınlanıb: "Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı" (Elm və Təhsil, 2023. 360 s.) 250 dən çox elmi məqalənin müəllifiyəm. Bir neçə məqaləm Avropada indeksləşdirilib. Düşünürəm ki, vikipediyanın silinməsi fikri ədalətli qərar deyil Lütviyyə (müzakirə) 20:28, 19 iyun 2023 (UTC)Cavabla

Hörmətli sahil bəy. məqalə tam vikipediya qaydalarına uyğun hazırlanıb. silinməsi düzgün qərar deyil, qalsın. Elmikatib (müzakirə) 10:16, 20 iyun 2023 (UTC)Cavabla

:AYB və AJB üzvü, 10 kitab müəllifiyəm. kitablarımın 5 monoqrafiyadır. 2 kitabım Beynəlxalq Lamberd (Almaniya) və GlobeEdit nəşrləri tərəfindən yayınlanıb. Sonuncu kitabım 1 ay öncə 2 Elmi Şüranın qərarı ilə yayınlanıb: "Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı" (Elm və Təhsil, 2023. 360 s. 250 dən çox elmi məqalənin müəllifiyəm. bir neçə məqaləm Avropada indeksləşdirilib. Düşünürəm ki, vikipediyanın silinməsi fikri doğru deyil Lütviyyə (müzakirə) 20:25, 19 iyun 2023 (UTC) :Hörmətli Elşad İman. Mən Azərbaycan elmi ictimaiyyətində, mətbuatında və efirində kifayət qədər tanınan bir ziyalıyam. AYB və AJB üzvü, 10 kitab müəllifiyəm. 2 kitablarım Beynəlxalq nəşrləri tərəfindən yayınlanıb. Sonuncu kitabım 1 ay öncə 2 Elmi Şüranın qərarı ilə yayınlanıb: "Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı" (Elm və Təhsil, 2023. 360 s.). Hüseyn Cavidin qardaşı Şeyx Məhəmməd tədqiqatım kitab şəklində nəşrə hazırlanır. AMEA nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarıı ilə. 250 dən çox elmi məqalənin müəllifiyəm. Bir neçə məqaləm Avropada indeksləşdirilib. Düşünürəm ki, vikipediyanın silinməsi fikri doğru deyil. Lütviyyə (müzakirə) 20:25, 19 iyun 2023 (UTC Lütviyyə (müzakirə) 20:36, 19 iyun 2023 (UTC) iştirak hüququ yoxdur.Cavabla

@Lütviyyə salam xanım. rəyiniz üçün təşəkkür edirəm. lütfən varsa elmmetrik portallarda hesablarınızı təqdim edə bilərsiniz? Google Schoolar, Researchgate, Academia. və Scopus və wos indeksli məqalələriniz varmı? varsa mənbə lütfən. təşəkkürlər, uğurlar. Atakhanli (müzakirə) 21:49, 19 iyun 2023 (UTC)Cavabla

Abid Tahirli

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Sevinc Ağasıyeva

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

:hörmətli Elşad İman. nədən şəxsi ensklopedik hesab etmirsiniz? Ədəbiyyatşünas alim, publisist. şairə.

AYB və AJB üzvü, 10 kitab müəllifiyəm. kitablarımın 5 monoqrafiyadır. 2 kitabım Beynəlxalq Lamberd (Almaniya) və GlobeEdit nəşrləri tərəfindən yayınlanıb. Sonuncu kitabım 1 ay öncə 2 Elmi Şüranın qərarı ilə yayınlanıb: "Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı" (Elm və Təhsil, 2023. 360 s. 250 dən çox elmi məqalənin müəllifiyəm. bir neçə məqaləm Avropada indeksləşdirilib. Düşünürəm ki, vikipediyanın silinməsi fikri doğru deyil Lütviyyə (müzakirə) 20:15, 19 iyun 2023 (UTC) iştirak hüququ yoxdur.Cavabla

(X Silinsin:) Ensiklopedik deyil Abdmalikofficial (müzakirə) 21:39, 4 iyun 2023 (UTC)Cavabla

 Sürətli qalsın: fəaliyyəti mötəbər mənbələr tərəfindən əhatə edilib. --► Hörmətlə: SolaVirum 22:17, 5 iyun 2023 (UTC)Cavabla
 Sürətli silinsin: VP:ŞEƏ əsasən.— E.Imanverified Verified 16:38, 25 iyun 2023 (UTC)Cavabla

Sam Mirzə üsyanları

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

mənbəsizdir. --► Hörmətlə: SolaVirum 22:18, 5 iyun 2023 (UTC)Cavabla

( Sürətli qalsın:) tarixi hadisədir Abdmalikofficial (müzakirə) 19:22, 6 iyun 2023 (UTC)Cavabla

Rəna Nəzərova

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Kiyev Şəhər Şurası üzvü (bələdiyyə) olması VP:ŞEƏ ödənilməsinə səbəb deyil. Dr.Wiki54 (müzakirə) 18:45, 8 iyun 2023 (UTC)Cavabla

Axtarışda haqqında mənbələr çıxır, həmçinin burada yüksək vəzifə deyə qeyd olunub. Siyasətçi, jurnalist kimi fəaliyyətini ensiklopedik saymaq olar? Gadir (müzakirə) 18:49, 8 iyun 2023 (UTC)Cavabla
@Gadir, düzü fəaliyyyətini araşdırmamışdım. Ama şəhər şurası üzvlüyü o qədər də "yüksək" vəzifə deyil. - Dr.Wiki54 (müzakirə) 20:03, 8 iyun 2023 (UTC)Cavabla
Əslində yüksək vəzifə dedikdə, xaricdə yaşayan bir azərbaycanlı üçün yüksək olduğu nəzərdə tutulur, məncə. Linkdə yazılanlar maraqlıdır. Gadir (müzakirə) 20:12, 8 iyun 2023 (UTC)Cavabla
@Gadir, dəxli yoxdur. Hərhansı bir Azərbaycanlı Iğdır Bələdiyyəsinin üzvü olsa ensiklopedik olur? Yox. Sadəcə yerli media üçün maraqlı gəlir bu. İsveçdə/Norveçdə/Danimarkada Azərbaycanlı bələdiyyə üzvü seçildi başlığı atmaq üçün. Təbii bu ensiklopedikliyi ödəməyə bəs etməsə də, başqa baxımdan ensiklopedik ola bilər. Məsələn, Türkiyədə İstanbul Böyükşəhət Bələdiyyəsinin üzvü Taylan Yıldız bir çox deputatdan daha populyar və mediatikdir. Ensiklopedikliyi başqa kriteriyalarla ödəyir. - Dr.Wiki54 (müzakirə) 20:16, 8 iyun 2023 (UTC)Cavabla
Razılaşıram, amma şəxsi bəlkə də sırf vəzifəsinə görə yox, digər fəaliyyətlərinə görə ensiklopedik hesab etmək olar. Gadir (müzakirə) 20:19, 8 iyun 2023 (UTC)Cavabla

Ləman İmanova

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Kamil Qəhrəmanov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

40 patenti olduğu iddia olunur, maraqlıdır. amma mənbə yoxdur, elmi fəaliyyəti barədə təsdiqlənmiş məlumat yoxdur, elmmetrik hesabların tapa bilmədim. Atakhanli (müzakirə) 21:39, 27 iyun 2023 (UTC)Cavabla

Sakin Məmmədzadə

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Həyat Məlikova

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

:( Sürətli qalsın:) Yetərincə tanınmış şəxsdir qalmalıdı. mənim fikrim budur Xumare.Huseynova (müzakirə) 12:02, 12 iyun 2023 (UTC) iştirak hüququ yoxdur.Cavabla

Mustafa Aşurov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: məqalədə xeyli yazı xətası mövcuddur. Eləcə də heç bir istinad göstərilməyib. Bunlar bir kənara, "Qızıl" kitab nə qədər əhəmiyyətlidir, bilmirəm, amma internetdən araşdırdığım qədərilə çoxlu sayda musiqi məktəbi şagirdləri də bu mükafata layiq görülüblər. Belə bir kitabdan isə 6 ildir, xəbər yoxdur Toghrul R (m) 03:38, 11 iyun 2023 (UTC)Cavabla
  • X Silinsin: namizədin göstərdiyi arqumentə əsasən.— E.Imanverified Verified 17:37, 11 iyun 2023 (UTC)Cavabla

Elnur Mikayıl

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: şəxsin yaradıcılığının ensiklopedik əhəmiyyətli olmadığını düşünürəm.

Qeyd edim ki, məqalə Elnur Mikayılov formasında mövcud olub, lakin sonra ensiklopedik olmadığı üçün silinib. Toghrul R (m) 03:43, 11 iyun 2023 (UTC)Cavabla

Pərviz Fərhadov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

*:(✔ Qalsın:) məncə də qalmalıdı Xumare.Huseynova (müzakirə) 12:01, 12 iyun 2023 (UTC) iştirak hüququ yoxdur.Cavabla

Sevda Qasımova

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Şərh Şərh: Şəxs özü haqqında məqalə yaradıb, Elmaztu adlı istifadəçinin qeyri-konstruktiv redaktələri diqqətimi çəkdi, yəni şəxs öz məqaləsinin dublikatını dəfələrlə yaratmağa başlayıb və öz davranışın davam etdirir. Məqalənin silinməsini təklif edirəm. X Silinsin: E.Imanverified Verified 10:21, 12 iyun 2023 (UTC)Cavabla

:Şablondakı məlumatları zənginləşdirmək lazımdı. Xumare.Huseynova (müzakirə) 11:59, 12 iyun 2023 (UTC) iştirak hüququ yoxdur.Cavabla

✔ Qalsın: elmlər doktoru istinadı qoyulduğu təqdirdə ensiklopedik sayılır. Şəxsin özü haqqında məqalə yaratması qadağan deyil. — Tarixi Nadir (müzakirə) 12:33, 14 iyun 2023 (UTC)Cavabla

Qadağan deyil, amma elmlər doktoru olması özü-özlüyündə ensiklopedikliyə zəmin yaratsa da, tam zəmanət vermir. Gadir (müzakirə) 00:53, 15 iyun 2023 (UTC)Cavabla
Şərh Şərh: şəxs özü haqda məqalə yaratmağı azmış kimi, hələ öz məqaləsinin dublikatınıda yaratmağa davam edir, qeyri-konstruktiv redaktələrinə görə bloklana bilər.— E.Imanverified Verified 15:35, 28 iyun 2023 (UTC)Cavabla
şəxsin özü haqda məqalə yaratması qadağan deyil. Atakhanli (müzakirə) 18:28, 29 iyun 2023 (UTC)Cavabla

Azərbaycan Sığortaçılar Assosiasiyası

Fuad Qəhrəmanlı

 Sürətli qalsın: siyasi məhbusluğu barədə məlumat məqaləyə əlavə oluna bilər.— E.Imanverified Verified 12:26, 17 iyun 2023 (UTC)Cavabla

Azərbaycan kinosu videoları

Salam. Bu səhifənin silinməsi üçün stüardlara müraciət etmişəm. Qərar kimi də bu müzakirəni təqdim etmişdim, amma müzakirənin üzərindən 17 aydan çox vaxt keçdiyi üçün yeni müzakirə lazım oldu. Lütfən fikirlərinizi bildirin. Özəlliklə müzakirədə fikir bildirmiş olan istifadəçilər: @Samral, @Dr.Wiki54, @Toghrul R, @Solavirum. Hörmətlə, Gadir (müzakirə) 23:01, 14 iyun 2023 (UTC)Cavabla

 Sürətli silinsin: samral müzakirə 09:34, 15 iyun 2023 (UTC)Cavabla
@Gadir böyük miqyasda müzakirəyə çıxarmayın faydası nə olacaq? istiqamətləndirmə kimi qalıb hazırda Toghrul R (m) 07:49, 16 iyun 2023 (UTC)Cavabla
@Toghrul R, təəssadüfən qarşıma çıxdı. İstiqamətləndirmə kimi yararsız olduğunu düşündüm. Gadir (müzakirə) 12:00, 16 iyun 2023 (UTC)Cavabla
@Gadir, məncə haqlısınız. samral müzakirə 14:52, 30 iyun 2023 (UTC)Cavabla

Vəfa Şərifova

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

VP:MÜĞƏNNİ ödənilmir. Gadir (müzakirə) 13:10, 19 iyun 2023 (UTC)Cavabla

✔ Qalsın: kifayət qədər populyar və sevilən müğənnidir. — Tarixi Nadir (müzakirə) 16:17, 24 iyun 2023 (UTC)Cavabla

Şəxsin YouTube kanalında 552 min izləyici var, kanalın ümumi izləmə sayı 271 milyondur. Yəni bu rəqəmlər şəxsin ölkəmizdə tanınmış müğənni olmasını sübut etmir? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:37, 26 iyun 2023 (UTC)Cavabla
Mən tanınmasına bir söz demirəm ki. Ensiklopediklik bununla ölçülmür həmçinin. Ona qalsa, bu şəxsdən də daha çox izlənən, tanınan şəxslər var, durub onlara da məqalə yaradaq? Şəxsi nəyə görə ensiklopedik hesab edək? Hansı ensiklopedik fəaliyyəti və bunu əhatə edən mənbələr var? Gadir (müzakirə) 07:33, 26 iyun 2023 (UTC)Cavabla
✔ Qalsın: şəxslə bağlı mənbələr axtarmağa çalışanda xeyli nəticə ilə qarşılaşdım, sadəcə olaraq bu məqaləyə həmin mənbələri əlavə etmək lazımdır.— Şiroi Akuma 16:23, 29 iyun 2023 (UTC)Cavabla
Zəhmət olmasa, diqqəyəlayiq 1-2 mənbə göstərin ki, şəxsin fəaliyyətini əhatə etsin, sadəcə adı keçməsin və "belə dedi", "buna söz atdı" kimi maqazin/şou-biznes başlıqları olmasın, amma. O qeyd etdiyiniz mənbələr məşhur hər şəxs haqqında var, indi onların hamısına məqalə yaratmalıyıq bu məntiqlə onda? Ümumiyyətlə, vebdə çox adam haqqında məlumat var, bu, onların hamısı ensiklopedikdir mənasına gəlmir, gəlməməlidir. Bunun ən yaxşı nümunəsi bir müddət öncə müzakirəyə əsasən silinən "Tayyibə Mervə Çakar" məqaləsi idi. Konkret qayda var, VP:MÜĞƏNNİ və bu tələb ödənilmir, amma yuxarıda həmkar əsassız təqdim edildiyini qeyd edib. @NMW03, sizin şəxslə bağlı fikirləriniz sabitdir? Gadir (müzakirə) 23:29, 29 iyun 2023 (UTC)Cavabla
  • ✔ Qalsın: YouTube-da 40-50 milyon izlənmə sayı olan sinqlları var. Məncə bu özü belə şəxsi bir müğənni kimi ensiklopedik edir. Qaydalarda da bildiyim qədərilə mahnısının top 10-a girməsi, ən çox dinlənənlərdən olması (kitablardakı bestseller mövzusu kimi) müğənnilər, musiqiçilər üçün ensiklopediklik kriteriyasıdır.— samral müzakirə 14:51, 30 iyun 2023 (UTC)Cavabla
    Xeyr, səhv bilirsiniz. Belə bir kriteriya yoxdur. VP:MÜĞƏNNİ var, ona da cavab vermir. Müqayisənizi isə doğru hesab etmirəm. Kitabın bestseller olması başqa mövzudur, bu, tamam başqa. Kitab satılanda bu barədə mənbələrdə əhatə olunur. Digər məsələyə gəlincə isə, indiki dövrdə bu izlənmələri almaq o qədər də çətin deyil. Ödənişlə də vurduranlar çoxdur. Məsələn, mahnılarının filan milyon qədər dinlənilməsi hansı etibarlı mənbələrdə öz əksini tapıb ya da digər olan-olmayan ensiklopedik fəaliyyətləri hansı mənbələrdə işlənilib? Məqalənin vəziyyəti və şəxsin qeyri-ensiklopedik olduğu göz qabağındadır. Bu video da 50 milyon izlənilib. İndi durub bunlara da məqalə yaratmalıyıq? Belə nümunələr çoxdur. İndi hər "x" milyon qədər izlənmə alan mahnılarının ifaçılarını da fəaliyyətləri əhatə olunmasa da ensiklopedik sayıb məqalə yaradaq? Şəxslər tanınsalar belə, sırf müəyyən kütlə tərəfindən tanınırlar, müəyyən qədər məşhurdurlar deyə ensiklopedik saymaq doğru deyil. Məncə, qalsın deyə fikir bildirənlər heç deyilsə, məqaləni təkmilləşdirsinlər ki, o zaman bəlkə yenidən dəyərləndirmək mümkün olar. Hörmətlə, Gadir (müzakirə) 21:27, 30 iyun 2023 (UTC)Cavabla
  • ✔ Qalsın: Ümumiyyətlə bu məqalə BNS-də olmalıdır SNS-də yox dəfələrlə silinib ancaq qalmalı məqalədir. - Onyeddi (müzakirə) 21:22, 30 iyun 2023 (UTC)Cavabla
    @NMW03, səhifənin silinməsi ilə bağlı SNS müzakirəsi var? Bərpa üçün təqdim olunub çünki. Əgər var isə, müzakirəsiz silinməlidir, çünki bərpası qəbul edilməyib. Bərpası üçün BNS-yə müraciət edilməlidir, əgər SNS varsa. Gadir (müzakirə) 22:37, 30 iyun 2023 (UTC)Cavabla
  • ✔ Qalsın: yuxarıdakı fikirlərə əsasən. — E.Imanverified Verified 21:29, 30 iyun 2023 (UTC)Cavabla

Rüstəm İsgəndərli

Ruhangiz Qarayeva

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: Fəlsəfə doktoru kimi şəxsi ensiklopedik edəcək elmi fəaliyyəti olmamaqla birlikdə, aparıcı kimi fəaliyyəti də ensiklopedik əhəmiyyət kəsb etmir. Axtarış zamanı da şəxsin fəaliyyəti ilə bağlı etibarlı mənbə tapılmır. Həmçinin məqalənin tərtibatında da problemlər mövcuddur. surə m 13:42, 22 iyun 2023 (UTC)Cavabla

DJ Seym

Səidə Ömər

  • Şərh Şərh: Şəxsin ensiklopedikliyi VP:ŞEƏ əsasən öz təsdiqini tapmayıb. Müzakirəyə təqdim edirəm. Tele aparıçı olduğuna görə ensiklopedik hesab edilə bilməz. Xatırlayıram ki, Tele aparıcı və Tv proqramının təsisçisi olan cərrəh həkim xanımın məqaləsini yaratmışdım bir vaxtlar və əgər həmin şəxs ensiklopedik hesab olunmayıbsa, o zaman tele aparıçılar bir mənalı olaraq ensiklopedik kriteriyaları ödəmir fikrinə gəlmək olur. E.Imanverified Verified 16:19, 25 iyun 2023 (UTC)Cavabla

Rafiq Səmədov

Murtuza ağa Bəhmənli

X Silinsin: Qeyri-ensiklopedik şəxs. — Moses 20:44, 26 iyun 2023 (UTC)Cavabla

Hümay Əzimova

X Silinsin: Qeyri-ensiklopedik şəxs. — Moses 20:45, 26 iyun 2023 (UTC)Cavabla

Yağləvəndli-Cavanşir

Məşədi Bayramqulu ağa Yağləvəndli-Cavanşir, Məşədi Hətəmxan ağa Yağləvəndli-Cavanşir, Məşədi Əmir Murad yüzbaşı Yağləvəndli-Cavanşir, Məşədi Əzimməmməd ağa Yağləvəndli-Cavanşir məqalələrin qeyri-ensiklopedik olduğunu düşünürəm. — Moses 20:58, 26 iyun 2023 (UTC)Cavabla

Məşədi Abış bəy Novruzov

Məşədi Bəylər Fəttahov

X Silinsin: qeyri-ensiklopedik şəxs. — Moses 21:03, 26 iyun 2023 (UTC)Cavabla

İlqar Orucov (fəlsəfə doktoru)

Mədhiyyə

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Panegirik ilə eynidir, lakin biri Şərq, digəri isə Qərb ədəbiyyatında başqa cür adlanır. Məncə  Birləşdirilsin: --► Hörmətlə: SolaVirum 20:13, 28 iyun 2023 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Məqalənin ensiklopedikliyi müzakirə mövzusudur. Gadir (müzakirə) 01:03, 30 iyun 2023 (UTC)Cavabla

X Silinsin: - Dr.Wiki54 (müzakirə) 20:56, 7 iyul 2023 (UTC)Cavabla

AcademyGate

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: Hal-hazırda aktiv deyil, fəaliyyəti dövründə də əhəmiyyətli fəaliyyəti mövcud olmayıb. Məqalədəki məlumatların dilindən aydındır ki, rəsmi saytdan götürülüb və həmin sayt belə indi işləmir. Fəaliyyəti ilə bağlı heç bir mənbə də mövcud deyil. surə m 05:46, 30 iyun 2023 (UTC)Cavabla

Salam. Hər vaxtınız xeyir. Hal hazırda veb səhifəsi hazırlanır. Lakin əhəmiyyətli fəaliyyəti mövcuddur. Veb səhifəsi yaxın zamanda hazırlandıqdan sonra bütün fəaliyyətlər göstəriləcəkdir. İş gedir və mənbələr əlavə ediləcəkdir. Öncədən təşəkkürlər. — ~~~~ Ələddin.Məlikov (müzakirə) 16:31, 30 iyun 2023 (UTC)Cavabla
  • X Silinsin: Preambulanı oxuduqdan sonra reklam məqsədli olduğu aydın olur.— E.Imanverified Verified 21:16, 30 iyun 2023 (UTC)Cavabla
    Salam hörmətli Elşad İman! Hər birinizi salamlayıram. Zatən viki reklam və məlumat üçündür. Əks təqdirdə kim burada niyə paylaşım etsin ki?! Tutaq ki, Elm (nəşriyyat) ı üçün burada səhifə yaradılıb. Və buna bənzər yüzlərlə səhifə üçün. Məqsəd məlumat və reklamdan başqa bir şeydirmi? Reklamı niyə pis və çirkin bir şey olsun ki? Əgər bir publishing varsa, bunun niyə Viki səhifəsini yaratmaq reklam sayılsın ki? Öncəliklə təşəkkürümü bildirirəm. Ələddin.Məlikov (müzakirə) 10:14, 1 iyul 2023 (UTC)Cavabla

İlkin Quliyev

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: Əhəmiyyətli fəaliyyəti və ya nailiyyəti mövcud deyil, fəaliyyəti ilə bağlı hər hansı etibarlı mənbədə də məlumat yoxdur. surə m 15:57, 30 iyun 2023 (UTC)Cavabla

X Silinsin: ensiklopedik deyil — Leila1717 (müzakirə) 16:50, 30 iyun 2023 (UTC)Cavabla

Əhliman Əliyev

X Silinsin: VP:ŞEƏ tələblərinə cavab vermir. — Tarixi Nadir (müzakirə) 18:26, 1 iyul 2023 (UTC)Cavabla

RHİM İB / Arzu Bağırova

X Silinsin: Qurumun məqaləsində istinad kimi ancaq instagram və facebook xarici istinadları görmək olur, belə-belə işlər youtube kanalı vikipediya üçün asılı olmayan və etibarlı mənbə sayılmır. Nə qurumu, nə də ki, rəhbərini ensiklopedik hesab etmirəm. VP:ŞEƏ uyğun gəlmir. E.Imanverified Verified 12:02, 1 iyul 2023 (UTC)Cavabla

@Elshad Iman (Elşad İman) salam həmkar. məqalə BNS ilə bərpa olunub, şəxsin google-a adını yazanda N qədər mənbə çıxır. bundan əlavə məqaləyə istinadlar əlavə etdim. fəaliyyəti geniş işıqlandırılıb. təşkilata gəldikdə isə Azərbaycanda böyük fəaliyyəti olan 3-4 QHT-dən biridir. müxtəlif fəaliyyətlər, xeyriyyələr, mədəni tədbirlər, xarici mübadilələr, biznes yönümündə dəstəklər, qadın zorakılığı və s. mövzusu. belə izah edim ki, təşkilatın fəaliyyəti boyunca hər il sonunda ayrıca bir kitab çap edilib hər ilki fəaliyyətinin hesabatı kimi. bəzi tədbirlərində nazirlər, Leyla Əliyeva da iştirak edib. sadəcə buna baxma kifayət edər, buyurun: 1, 2, 3, başqa gözləntiniz nədir anlamadım. Atakhanli (müzakirə) 14:20, 1 iyul 2023 (UTC)Cavabla
Atakhanli, qurum ilə bağlı ən etibarlı başlıqları xarici keçidlərə əlavə etsəniz, xoş olar. --► Hörmətlə: SolaVirum 15:03, 1 iyul 2023 (UTC)Cavabla

X Silinsin: VP:ŞEƏ şərtlərinə cavab vermir. — Tarixi Nadir (müzakirə) 18:25, 1 iyul 2023 (UTC)Cavabla

  • ✔ Qalsın: Fəaliyyəti AzərTAC-dan tutmuş Müsavata, Xəzər Radiodan tutmuş müxtəlif TV-lərə qədər mediada dəfələrlə işıqlandırılıb. Müxtəlif dövlət qurumlarının saytlarında belə fəaliyyəti yer alıb. Şəxsin və qurumun ensiklopedikliyi üçün əsas kriteriya ikincidərəcəli etibarlı mənbələrdə fəaliyyətinin təsdiqlənməsidir ki, bu şərt də sonuna qədər ödənilir. — surə m 20:04, 1 iyul 2023 (UTC)Cavabla
    Məqaləyə göz gəzdirərkən mənbə və istinadları görmək olmur. Məqalə bu halı ilə En Merker demiş, VP:ŞEƏ şərtlərinə cavab vermir. E.Imanverified Verified 20:28, 1 iyul 2023 (UTC)Cavabla
  • ✔ Qalsın: fikrimcə qurumu ensiklopedik edən heç bir fəaliyyəti yoxdur, amma şəxs yetərincə tanınmış biridir. Ən azından googledə axtarış edərək bunu görmək mümkündür. Abdmalikofficial (müzakirə) 23:12, 1 iyul 2023 (UTC)Cavabla
    @Abdmalikofficial BNS olunub, həmkar. məqalənin müzakirə səhifəsində də uyğun şablon yerləşdirilib. Atakhanli (müzakirə) 08:33, 5 iyul 2023 (UTC)Cavabla
    Məqalə BNS ilə yenidən bərpa olunubsa təkrar SNS'ya təqdim olunması fikrimcə absurddur. Təşəkkürlər Abdmalikofficial (müzakirə) 11:21, 5 iyul 2023 (UTC)Cavabla
  • Şərh Şərh: [Keçid] şəxsin məqaləsi daha öncə SNS'ya təqdim olunaraq silinib. Daha sonra BNS olunmadan yaradılıb. Abdmalikofficial (müzakirə)
  •  Sürətli silinsin: VP:ŞEƏ ödənilmir. — Wealszy (müzakirə) 16:32, 5 iyul 2023 (UTC)Cavabla
    ✔ Qalsın: Hansısa yazıçı 3-4 kitab yazanda biz onun ensiklopedikliyi barədə düşünürük. Amma bir təşkilat düşün ki, aktiv fəaliyyətdədir və fəaliyyəti ilə bağlı bu qədər kitablıq hesabatı var. Fəaliyyəti AzərTAC, Müsavat, Axar.az, Teleqraf.com, Report.az, Aznews.az, Vision və N qədər xəbər saytlarında, xalq qəzeti, 525, Mədəniyyət qəzetində, telekanallarda, radioda və s. mənbələrdə dəfələrlə işıqlandırılıb. Fəaliyyəti barədə dövlət qurumlarında, icra hakimiyyəti orqanlarında və s. məlumat yer alıb. Təşkilat başqa nə etməlidir ki, biz onu ensiklopedik sayaq? Arzu xanıma gəldikdə isə Arzu xanımın ölkədə böyük nüfuzu var, konkret xanımlar var ki, regionda, onlara biznesə başlaması yönündə dəstək olub, müxtəlif sosial layihələrin müəllifidir və daha-daha artırmaq olar. Adını google-a yazmaq bəs edir ki, şəxsin yetərincə tanınmışlığın görəsən. Bundan əlavə, məqalə daha öncə BNS olunub, ensiklopedik hesab etmirəm arqumenti ilə təkrar SNS etmək absürt deyil? onda BNS-nin nə mənası? onda BNS olunmuş məqalələri sadəcə ensiklopedik hesab etmirəm arqumenti ilə təkrar SNS-yə verək. Məqalə SNS-yə təqdim olunanda araşdırılsa çox yaxşı olar. -- ⟨Qraf⟩061   (müzakirə) 09:27, 6 iyul 2023 (UTC)Cavabla
  • ✔ Qalsın: Şəxs özü ensiklopedikdi. Təşkilatı şəxsin məqaləsində yerləşdirmək olar. — Araz Yaquboglu (müzakirə) 09:36, 6 iyul 2023 (UTC)Cavabla
    Zəhmət olmasa, belə hallarda ayrı ayrı sns lər yaradın. Dr.Wiki54 (müzakirə) 10:31, 6 iyul 2023 (UTC)Cavabla
  • Şərh Şərh: VP:ŞEƏ deyildiyi kimi, şəxsin ensiklopedik olması onun fəaliyyəti haqqında neytral mənbələrin qiymət verməsidir. Şəxsin məqaləsində istinad bazası zəngindir, lakin istinadları bir- bir açdıqda təqdimat, görüş, müsahibə və reklam yazılarından ibarət olduğu görünür. Bəli şəxsin geniş maliyyə imkanları var, bu aydın görünür, bu səbəbdən reklamı çox güclüdür. Hazırki dövrdə maliyyə imkanları ilə güclü piar yaratmaq problem deyil. Hörmətli həmkarların diqqətinə onu da çatdırmaq istəyirəm ki, reklam, piar, müsahibə istinadlarını, fəaliyyətə qiyməti əks etdirən istinadlarla qarışdırmasınlar. Bu arada bütün QHT məqalələrində olduğu kimi burada da "Səs ovçuluğu" əlamətləri hiss olunur. — Tarixi Nadir (müzakirə) 11:40, 6 iyul 2023 (UTC)Cavabla
 Cavab: Lehinə fikir bildirənlərdən biri olaraq səs ovu iddianızı birmənalı qarşılamadım. Lehinə fikir bildirən 4 nəfər var ki, onlar da SNS-dəki müzakirələrə daim fikir bildirən, SNS-in gedişatı ilə maraqlanan istifadəçilərdir. Başqa QHT müzakirələrində (mən özüm bu yaxınlarda birində qeyd etmişdim) SNS-də qeyri-aktiv olan istifadəçilərin "ardıcıl olaraq" gəlib səsverməsi müşahidə olunmuşdu. Bu müzakirədə belə bir hal mövcud olmadığı halda tam olaraq hansı səbəb sizi belə nəticəyə gətirib çıxardı? Sadəcə olaraq başqa QHT müzakirəsində baş vermiş səs ovu? Sözügedən müzakirələr arasında heç bir əlaqə mövcud olmadığı halda? Həmçinin siz şərhinizdə şəxsin fəaliyyətinə neytral mənbələrin qiymət vermədiyini, mənbələrin "satın alındığı"nı iddia etmisiniz. Bütün mediada yer almış məlumat necə tərəfli ola bilər? Səxs haqqında məlumatın yer aldığı mənbələri saymayacam, yetərincə sadalanıb müzakirədə, həmin mənbələrin hamsının sifarişli olduğunumu iddia edirsiniz? Bütün xəbər portallarının, TV və radioların, qəzetlərin, hamsının? Dövlət qurumlarına aid saytların da? Bundan əlavə, mediada konkret nümunələr təsdiq edir ki, QHT təşəbbüsləri, proqramları və layihələri vasitəsilə fərdlərin və icmaların həyatında nəzərəçarpacaq dəyişiklik yaradıb. Bunu əməkdaşlıq və tərəfdaşlıqlarından, illik verdiyi hesabatlarından da açıq-aşkar görmək mümkündür. Və elə illik hesabatın kitab şəklində çapı və nəşri təşkilatın şəffaflığa sadiqliyini nümayiş etdirir. — surə m 14:05, 8 iyul 2023 (UTC)Cavabla

Koroğlu Qasımov

Şərh Şərh: şəxsin VP:ŞEƏ uyğun gəlmədiyini hesab edirəm, nə rütbəsi və də ki, sahibkarlıq fəaliyyətinə əsaslanan bir kriteriyaya rast gələ bilmədim, ensiklopediya üçün əhəmiyyətinin yetəri olmadığını düşünürəm, gələcəkdə rütbəsi və vəzifəsi ensiklopedik kriteriyalara cavab vermiş olsa, yenidən yaradıla və ya bərpa oluna bilər. Buradakı müzakirədə SNS edilməsi məsləhət görüldüyü üçün, SNS-ə təqdim edirəm. Hörmətlə: E.Imanverified Verified 12:40, 1 iyul 2023 (UTC)Cavabla

X Silinsin: heç bir ensiklopedik əhəmiyyəti yoxdur — Tarixi Nadir (müzakirə) 18:22, 1 iyul 2023 (UTC)Cavabla

Qazax mücahidləri (1921)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Qatılıram, X Silinsin: Dr.Wiki54 (müzakirə) 07:52, 5 iyul 2023 (UTC)Cavabla

MelanxolikMelanxoliya

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

 Birləşdirilsin: Dr.Wiki54 (müzakirə) 07:53, 5 iyul 2023 (UTC)Cavabla

Əhmədiməhəmməd Şəfai

Şərh Şərh: mənbə yoxluğu səbəbindən SNS-ə təqdim edirəm. E.Imanverified Verified 13:35, 2 iyul 2023 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Hökumət Evi məqaləsinə  Birləşdirilsin: --► Hörmətlə: SolaVirum 20:09, 2 iyul 2023 (UTC)Cavabla

Salam. "Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzi" adlı səhifə reklam xarakteri daşımır. Bu mərkəz dövlət müəssisəsidir və fəaliyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə yaradılmışdır. Xahiş edirəm ki, nəzərə alasınız. RüfətAmirov (müzakirə) 20:14, 2 iyul 2023 (UTC)Cavabla
Hörmətli @RüfətAmirov, zatən həmkarımız @Solavirum məqalənin silinməsini yox Hökumət Evi məqaləsinə birləşdirilməsini təklif edir. Məncə də  Birləşdirilsin: samral müzakirə 14:57, 4 iyul 2023 (UTC)Cavabla

 Birləşdirilsin:Xeyal (müzakirə) 16:52, 4 iyul 2023 (UTC)Cavabla

Lakonik şəkildə  Birləşdirilsin: - Dr.Wiki54 (müzakirə) 07:51, 5 iyul 2023 (UTC)Cavabla

Məhəmməd Quluzadə (fəlsəfə doktoru)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

VP:EƏEX ödənilmir. Dr.Wiki54 (müzakirə) 06:53, 3 iyul 2023 (UTC)Cavabla

Fərhad Məmmədov (yazıçı)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

VP:ŞEƏ ödənilmir. Dr.Wiki54 (müzakirə) 07:10, 3 iyul 2023 (UTC)Cavabla

X Silinsin: razıyam. Atakhanli (müzakirə) 07:12, 3 iyul 2023 (UTC)Cavabla

İslam Kollecləri

Azərbaycandakı əksər kolleclər kimi, islam kollecləri də qeyri-ensiklopedikdir. Hətta bugün Dövlət Komitəsi bu kolleclərin diplomlarının etibarsız hesab ediləcəyini də açıqlayıb. Tələbə sayları da çox azdır. Məsələn Lənkəran İK məqaləsində ilkin mərhələdə burada 15 tələbənin təhsil alacağı qeyd edilib. Xülasə söylədiyim nüanslara əsasən bu 2-3 cümləlik kollec məqalələrinin silinməsini təklif edirəm:

samral müzakirə 12:25, 3 iyul 2023 (UTC)Cavabla

X Silinsin: Azərbaycanda islam kollecinin fəaliyyət göstərdiyin indi bildim. siyahıda olması kifayət edir məncə. ensiklopedik əhəmiyyəti yoxdur. Atakhanli (müzakirə) 12:40, 3 iyul 2023 (UTC)Cavabla
@Samral bəyə qatılıram, X Silinsin: - Dr.Wiki54 (müzakirə) 07:49, 5 iyul 2023 (UTC)Cavabla
Silinsin. Heç birinin ensiklopedik əhəmiyyəti yoxdur. Şiroi Akuma 16:27, 5 iyul 2023 (UTC)Cavabla

Qafqaz Albaniyasının şəhərləri

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

mənbəsiz, məzmun, üslub və s. problemlər. birbaşa silmək də istəmədim. Atakhanli (müzakirə) 10:45, 4 iyul 2023 (UTC)Cavabla

X Silinsin: - Dr.Wiki54 (müzakirə) 07:49, 5 iyul 2023 (UTC)Cavabla

Paşa Babayev

Bu şəxslə bağlı hansı ensiklopedik məqam var? Sadəcə Aprel işğalında həyatını itirdiyi qeyd olunub və məqalədə cəmi 1 mənbə var. Silinməsini təklif edirəm.— Şiroi Akuma 14:57, 4 iyul 2023 (UTC)Cavabla

Nihad Rzayev

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Şərh Şərh: Şəxsin ensiklopedikliyi şübhə doğurur. Azərbaycan Güləş Federasiyasının milli hakimi olması məni biraz tərəddüd etməyə vadar etdi amma ümumiyyətlə məqalənin özü mənbəsiz və istinadsızdır, bu səbəbdən məqalənin silinməsi məqsədə uyğundur düşünürəm. E.Imanverified Verified 10:08, 6 iyul 2023 (UTC)Cavabla

:Salam mən Azərbaycan Güləş Federasiyasının rəsmi yarışlarında hakimlik etmişəm. Hal hazırdada hakimlik edirəm. Milli hakiməm Najafov02 (müzakirə) 10:59, 6 iyul 2023 (UTC) Cavabla

Rzayev Nihad haqda yazılan heç bir məlumat yanlış deyil Najafov02 (müzakirə) 15:09, 6 iyul 2023 (UTC)Cavabla
Hörmətli Elşad müəllim, hakimliyimlə bağlı tərəddüd edirsinizsə zəhmət olmasa Azərbaycan Güləş Fderasiyasına sorğu verin, onlar sizi düzgün cavablandırsınlar. O ki, qaldı mənim idmançı kimi nəticələrimə bunu isə Azərbaycan Milli İdman Növləri Assosasiyasının katibliyinə müraciət edib, mənim nəticələrim və qazandığım nəaliyyətlər baradə məlumat ala bilərsiniz və yazdıqlarımın doğru və dürüst olduğunu özünüz şahidi olarsınız. Hörmətlə Nihad Rzayev Najafov02 (müzakirə) 15:23, 6 iyul 2023 (UTC)Cavabla
VP:MƏSULİYYƏT qaydasına əsasən yoxlanılabilərliyi sübut etmək məsuliyyəti məlumatı əlavə edən redaktorun üzərinə düşür. Başqasının deyil. Buna görə də həmin mənbələri siz göstərməlisiniz. Məqalədə 1 dənə belə mənbə yoxdur. NMW03 (müzakirə) 15:31, 6 iyul 2023 (UTC)Cavabla

:::Zəhmət olmasa siz mənə nümunə atın mən sizi başa düşmədim Najafov02 (müzakirə) 15:43, 6 iyul 2023 (UTC) iştirak hüququ yoxdur.Cavabla

Qəhrəman Süleymanlı

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: şəxsin ensiklopedikliyini təsdiq edən heç bir mötəbər mənbə yoxdur.— Tarixi Nadir (müzakirə) 05:43, 8 iyul 2023 (UTC)Cavabla

http://zim.az/elm/elmi-meqaleler/5379-bolus-bolns-rayonu-02.html - Bax Qoçulu kəndi Rufet-87 (müzakirə) 07:01, 10 iyul 2023 (UTC)Cavabla

Azərbaycan siyasi partiyaları

Əsasən faktiki olaraq 1 sədrdən ibarət olmuş/olan və VP:EƏŞT qaydasının bir sıra bəndlərinə əsasən qeyri-ensiklopedik olan aşağıdakı partiya məqalələrinin silinməsini təklif edirəm:

Qeyd edim ki, bu məqalələrdən bəzilərini daha əvvəl də SNS-ə təqdim etmişəm. Bəziləri hətta mənim təklifimlə silinib də. Sonradan bərpa edilib. Bəzilərində konsensus olmadığına görə məqalələr qalıb. Məqalənin silinməsinin əleyhinə və ya bərpasının lehinə olanların əsasən arqumentləri bu olub ki, bu partiyalardan bəzisi parlament partiyasıdır. Həmkarlar, parlament partiyası faktiki 1 sədrdən ibarət olan və o sədrin də parlamentdə təmsil edildiyi partiya deyil. Parlament partiyası hal-hazırda Azərbaycanda təkcə VHP-dir məsələn. 90-cı illərdə parlament partiyası idi AXCP, Müsavat, AMİP. Yoxsa ki, kimsə deputatdır deyə onun sədri olduğu faktiki 1-2 nəfərlik partiyası parlament partiyası, məqaləsi də ensiklopedik hesab edilə bilməz. Sizə adi bir misal çəkim. "Abzas Media" partiyalar barədə araşdırma aparıb. Görün araşdırmanın sonunda nə yazılıb? AbzasMedia Vəhdət, Azərbaycan Demokratik Maarifçilik, Vətəndaş Birliyi partiyaları ilə əlaqə saxlamağa çalışsa da, onların nə rəsmi saytına, nə səhifəsinə, nə də aktiv telefon nömrələrinə rast gəlməyib. Azərbaycanın ən obyektiv və fəal saytlarından olan "Abzas Media" kimi mətbuat orqanı belə mənim də SNS etdiyim bu partiyaların çoxu ilə əlaqə saxlaya bilməyib. Çünki əlaqə nömrələri yoxdur. Çünki əslində faktiki olaraq partiya kimi mövcud deyillər. Elə ona görə son 3-4 ayda 30-dan çox partiya özünü buraxıb. Özünü buraxan partiyaların 90 faizinin adı cəmiyyət elə bu sayədə öyrənmiş oldu ki, kağız üstündə belə bir partiya adı var imiş.

Digər arqument də odur ki, bu partiyadan tutaq ki, mətbuatda bəhs olunub və ya müəyyən bir tarixi var. Əziz həmkarlar, bi partiya 90-larda filan yaranıbsa indi də 2023-dürsə əlbəttə ki, deməli 1 cümləlik də olsa nəsə tarixi olmalıdır. Amma bəyəm hər baş vermiş hadisə də tarixdir? Öz daxillərində parçalanıblar, bu ona birləşib, o buna birləşib, ayrılıblar, sonra təzədən birləşiblər. O burda qurultay keçirib, bu orda qurultay keçirib, bir qrup A-nı sədr seçib, bir qrup B-ni sədr seçib. A B-ni sədr kimi tanımayıb, B A-nı. Nazirlik gah A-nı sədr kimi tanıyıb, MSK da tutaq ki, B-ni. Axırda da yeni qanunun qəbulundan sonra aydın oldu ki, 90 faizinin minimum hədd olan heç 5 min üzvü yox imiş.

Sonda onu da qeyd edim ki, xarici dil keçidinin olması ensiklopediklik üçün əsas deyil. samral müzakirə 15:50, 7 iyul 2023 (UTC)Cavabla

@Samral, salam yaxşı olardə ki, namizədlikləri ayrı ayeı açasını, tənqidlərinizin bir çoxunda haqlısınız. Abzas əlaqə saxlaya bilməyib deyə qeyri-ensiklopedik deyə bilmərik. Vəhdət Partiyasına ən azından. Vətəndaş və İnkişaf Partiyası isə zənnimcə yetəri qədər işlənib və ensiklopediklik baxımından elə də böyük problemi yoxdur. MHP isə əvvəlki adı ilə DADP olanda həmişə "qəribə" hadisələrlə medianın gündəmində olub. DİPBQP mövzusunda haqlısınız. Fəaliyyətləri sədrdən kənara çıxmayıb. ADMPASRP isə bir neçə dəfə parlamentdə təmsil olunub. ADMP biraz ASRP-dən aktiv olub. Azad Vətən Partiyası (Azərbaycan) isə Qarabağ Azadlıq Təşkilatının varisidir. Ona görə də fəaliyyətini ensiklopedik saymaq olae (eyni məqalədədir). MDHP, HƏPALDP isə media tərəfindən hər nə qədər işıqlandırılsa da o qədər də ensiklopedik sayılmaya bilər. AATP fəaliyyət dövrü qısadır və həmtalesi olan Doğru Yol Partiyası qədər yaxşı işlənməyib. Bu parlament partiyası mənasında konsensusumuz yoxdur. Digər vikilərdə də parlamentdə təmsil olunan partiyaların fəaliyyəti çox geniş olmasa belə ensiklopedik sayırlar. Xülasə, yuxarıdakılardan hansının silinib hansının qalması mövzusunda qərarsızam. Vəhdət Partiyası məqaləsi işlənməsə idi, bugün o da bu siyahıda idi. Mənə elə gəlir ki, yuxarıdakı bəzi partiyalar üçün də edilə bilər. Konkret olaraq isə Azad Vətən Partiyası, Vətəndaş və İnkişaf Partiyası ✔ Qalsın: digərləei üçün  Bitərəf: Dr.Wiki54 (müzakirə) 21:09, 7 iyul 2023 (UTC)Cavabla

X Silinsin: Parlament təmsilçiləri olan partiyaları saxlamaq şərtilə, qalanları silinsin. HƏP isə hələ də özünü təsdiq etməyib. Düzdür partiya sədri məşhurdur, lakin təşkilat kimi çox zəifdir hələ.— Tarixi Nadir (müzakirə) 05:40, 8 iyul 2023 (UTC)Cavabla

Anar Ağakişiyev

  • Şərh Şərh: Məqalənin hal-hazırki durumu ürək açan deyil, mənbə yoxluğu səbəbindən SNS-ə təqdim edirəm. Haqqında axtarış edəndə bu çür mənbə qarşıma çıxdı - Anar Ağakişiyev: "800 ayaqqabım var, ən bahalısı 5100 AZN-dir" - bu tip mənbələr şəxsin ensiklopedik olduğunu subut edən mənbələr deyil. Tanınan biri ola bilər amma ensiklopedik şəxsdirmi? Hətda belədirsədə, yenədə məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. E.Imanverified Verified 10:13, 8 iyul 2023 (UTC)Cavabla
  • X Silinsin: şəxsi ensiklopedik edən heç bir əsas görmədim Abdmalikofficial (müzakirə) 12:52, 9 iyul 2023 (UTC)Cavabla

İmran Verdiyev

  • Şərh Şərh: "Əməkdar Müəllim" olması şəxsi bir mənalı olaraq ensiklopedik edir deyə bir kriteriya yoxdur, zəhmət olmasa VP:ŞEƏ-ə nəzər yetirin. Tutduğu vəzifə ensiklopedik deyil, Əməkdar adının olması məsələsinə gəldikdə isə düşünürəm ki, şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğu neytral və etibarlı mənbələrlə təsdiqlənərsə əhəmiyyətli sayılar, bəzi hallarda isə belə daha az əhəmiyyətli mükafat və təltiflər tək başına ensiklopedik əhəmiyyətlilik kriteriyasını ödəməyə bilər. E.Imanverified Verified 20:30, 8 iyul 2023 (UTC)Cavabla

Təəssüfki, şəxs haqqında daha çox mənbə tapa bilmədim. Bunlar kifayət edər məncə 1, 2, 3Xeyal (müzakirə) 07:30, 9 iyul 2023 (UTC)Cavabla

Arazbar döyüşü

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

13 ildir ki, mənbəsizdir. --► Hörmətlə: SolaVirum 20:57, 9 iyul 2023 (UTC)Cavabla