Vətəndaş və İnkişaf Partiyası və ya qısaca VİP — Azərbaycanda 28 may 2006-cı ildə Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Əli Əliyevin rəhbərliyində qurulmuş, 10 avqust 2008-ci ildə rəsmi dövlət qeydiyyatına alınmış və 25 iyun 2023-cü ildə fəaliyyətini dayandırmış siyasi partiya.
Vətəndaş və İnkişaf Partiyası | |
---|---|
Sədri | Əli Əliyev |
Sədr müavinləri |
Dilguşə Gülümcan Zaur Qasımov Zeynal Abdullayev |
Quruluş tarixi | 28 may 2006 |
Qeydiyyat tarixi | 10 avqust 2008 |
Dağılma tarixi | 25 iyun 2023 |
Birləşən | "Odlu Yurd" Xalq Partiyası[a] (2012) |
Bölünmə | Yeni Yol Partiyası (2021) |
Sələfi | Azərbaycan Milli İstiqlal Partiyası |
Baş qərargah | Bakı |
İdeoloji spektr | mərkəz sağ |
Üzvlüyü |
Azadlıq Bloku (2006-2010) Müxalifətin Əməkdaşlıq Mərkəzi (2008) İnsan Naminə Bloku (2010) Azadlıq-2015 Seçki Bloku (2015) "Azadlıq" Müxalifətin Siyasi Əməkdaşlıq Mərkəzi (2015-2016) Azərbaycan Xalq Hərəkatı (2018) |
Üzv sayı |
20 min (2020)[mənbə göstərin] |
2003-cü il prezident seçkilərinin ardından Azərbaycan Milli İstiqlal Partiyası sədri Etibar Məmmədov sədrlikdən istefa vermişdir. Sədr səlahiyyətləri isə onun qohumu Əli Əliyevə həvalə edilmişdir. 7 fevral 2005 tarixində Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar VIII Qurultayı keçirilmişdir. Qurultayda Əli Əliyev partiya sədri seçilmiş və partiyanın lideri postu yaradılmışdır.
2005-ci il parlament seçkiləri ərəfəsində 13 iyul 2005-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır,[1] lakin seçkilərin nəticəsi açıqlandıqda Yeni Siyasət Seçki Blokunun vahid siyahısından sadəcə 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə sabiq baş nazir Əli Məsimli deputat seçilmişdir. Yeni Siyasət Seçki Blokunun üzv partiyaları seçki nəticələrinə etiraz etmiş və seçilmiş deputatları istefaya dəvət etmişdir, lakin Yeni Siyasət Seçki Blokuna üzv olan Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Arzuxan Əlizadə (hazırkı sədr) seçkinin yekun protokoluna imza atmışdır. AMİP sədri Əli Əliyev buna etiraz etmişdir.[2] Partiya sədri Əli Əliyev fövqəladə iclas keçirmiş və iclasda Etibar Məmmədov və Arzuxan Əlizadənin dəstəkçilərini Siyasi Şura üzvlüyündən ixrac etmişdir.
21 yanvar 2006-cı ildə partiya sədri Əli Əliyev Azərbaycan Demokrat Partiyasının qərargahında quruıtay çağırımış, lakin 190 nümayəndənin iştirak etməli olduğu qurultayda 100 nümayəndə iştirak etmişdir. Kvorum olmadığından qurultay növbəti günə təxirə salınmışdır.[3] 22 yanvar 2006-cı ildə həm Əli Əliyev, həm də Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar qurultayını keçirmişdir. Əli Əliyev keçirdiyi qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Müsavat Partiyası nümayəndələri iştirak etmiş, Etibar Məmmədov liderlik postundan uzaqlaşdırılmış, özü isə Azərbaycan Milli İstiqlal Partiyasının yenidən sədri seçilmişdir.[4] Etibar Məmmədov keçirdiyi qurultayda isə Əli Əliyevə etimadsızlıq göstərilmiş, Ayaz Rüstəmov partiyanın müvəqqəti sədri seçilmişdir.[5][6] Hər iki tərəf müvafiq qurultay sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmişdir. Ədliyyə Nazirliyi nəticə olaraq Etibar Məmmədovun keçirdiyi qurultayın nəticələrini tanımışdır.
Əli Əliyev və tərəfdarları 28 may 2006 tarixində Vətəndaş və İnkişaf Partiyasının Quruluş Qurultayını təşkil etmişdir.[7] Bu qurultayda Əli Əliyev Vətəndaş və İnkişaf Partiyasının sədri seçilmişdir.
30 iyun 2012-ci ildə Nazim Məmmədov tərəfindən yaradılmış, rəsmi dövlət qeydiyyatı olmayan "Odlu Yurd" Xalq Partiyası Vətəndaş və İnkişaf Partiyasına birləşmişdir.[8]
2014-cü ildə Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşmək üçün qarşılıqlı təmaslar başlatdı. Təkliflərə əsasən Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyasına birləşəcək və partiya sədri Əli Əliyev birləşmiş partiyanın sədr müavini, daha sonra isə növbəti sədri olacaq idi,[9] lakin yekun nəticədə birləşmə baş tutmamışdır.[10]
24 may 2017-ci ildə Vətəndaş və İnkişaf Partiyasının IV Qurultayı keçirilmiş və Əli Əliyev növbəti 4 il müddətinə partiya sədri seçilmişdir.[11]
2020-ci ildə Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov partiyadan istefa verərək Yeni Yol Partiyasını qurduğunu və yeni partiyanın Təşkilat Komitəsinin sədri seçildiyini açıqlamışdır.[12]
"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra, 25 iyun 2023-cü ildə Vətəndaş və İnkişaf Partiyası fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaymışdır.[13]
# | Sədr | Başlama tarixi | Bitmə tarixi |
---|---|---|---|
1 | Əli Əliyev |
28 may 2006 | 25 iyun 2023 |
Ad | Tarix | Seçilən sədr | Namizəd |
---|---|---|---|
I (Quruluş) Qurultay | 28 may 2006[14] | Əli Əliyev | Əli Əliyev (Tək namizəd) |
II Qurultay | |||
III Qurultay | |||
IV Qurultay | 28 may 2017 |
Vətəndaş və İnkişaf Partiyası 2006-cı ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası və Azərbaycan Liberal Partiyası iştirakı ilə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən Azadlıq Blokunun həmtəsisçisi olub.[15]
2010-cu il parlament seçkiləri ərəfəsində Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Liberal Partiyası və Azərbaycan Yaşıllar Partiyası tərəfindən yaradılmış "İnsan Naminə" seçki blokunun qurucu üzvü olub.[15]
Seçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2010 | Əli Əliyev |
11 170 | 0.47 | 0 / 125
|
2015 | 3 374 | 0.12 | 0 / 125
| |
2020 | 0 / 125
|
Seçki | Sədr | Səs | Bələdiyyə üzvü | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
2009 | Əli Əliyev | 0 / 15.591
| |||
2014 | 0 / 15.135
| ||||
2019 | 0 / 15.156
|