Azərbaycan Sosial Rifah Partiyası

Azərbaycan Sosial Rifah Partiyası və ya qısaca ASRPXanhüseyn Kazımlı tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınmış, 23 mart 2023-cü ildə fəaliyyətini dayandırmış siyasi partiya. ASRP 2000–2020-ci illərdə Milli Məclisdə təmsil olunub. ASRP sədri 1995–2020-ci illərdə Xanhüseyn Kazımlı, 2020–2023-cü illərdə isə onun qızı Əsli Kazımova olmuşdur.

Azərbaycan Sosial Rifah Partiyası
Loqonun şəkli
Sədri Əsli Kazımova
Qurucu Xanhüseyn Kazımlı
Quruluş tarixi 4 avqust 1995
Qeydiyyat tarixi 4 avqust 1995
Dağılma tarixi 23 mart 2023
Baş qərargah Təbriz 92, Nərimanov ray.
Üzvlüyü Məşvərət Məclisi (1997-?)

1994-cü ildən İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi olan Xanhüseyn Kazımlı qurucusu olduğu Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.

Yeni qurulan Azərbaycan Sosial Rifah Partiyası üç il sonra, 1998-ci ildə baş tutan prezident seçkilərində mübarizə apardı.[mənbə göstərin] ASRP sədri Xanhüseyn Kazımlı, 8 254 səslə, yəni 0,30 %-lə altı namizəd sırasında sonuncu, 6-cı pillədə qərarlaşdı.

Azərbaycan Sosial Rifah Partiyası 2000-ci il noyabrın 11-də baş tutan parlament seçkilərində mübarizə apardı.[mənbə göstərin] 58 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, qalib gəldi və Milli Məclisin deputatı seçildi.

Azərbaycan Sosial Rifah Partiyası 5 il sonra, 2005-ci il noyabrın 6-da baş tutan parlament seçkilərində də mübarizə apardı.[mənbə göstərin] 66 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, növbəti dəfə qalib gəldi və Milli Məclisin deputatı seçildi.

ASRP sədri Xanhüseyn Kazımlı növbəti illərdə də, 2010-cu il noyabrın 7-da baş tutan2015-ci il noyabrın 1-də baş tutan parlament seçkilərində də qalib gəldi və 20 il Milli Məclisin deputatı oldu.

2020-ci il iyulun 15-də Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu. COVID-19 pandemiyasına görə online formada baş tutan qurultayda ASRP sədri, sədr müavinləri, Nəzarət və Təftiş Komissiyasının üzvləri seçildi. ASRP sədrinin qızı, ASRP sədrinin birinci müavini Əsli Kazımova, Azərbaycan Sosial Rifah Partiyasının 2-ci sədri seçildi.[mənbə göstərin]

Azərbaycan Sosial Rifah Partiyası 23 mart 2023-cü ildə bəyanət yayaraq partiyanın özünü buraxdığını elan etmişdir.[1]

Sıra Foto Sədr Səlahiyyət müddəti
Başlama tarixi Bitmə tarixi
1.
Xanhüseyn Kazımlı
4 avqust 1995
14 iyul 2020
2.
Əsli Kazımova
14 iyul 2020
23 mart 2023
Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995

Xanhüseyn Kazımlı
0 / 100
N/A N/A N/A
0 / 125
2000
1 / 100
N/A N/A N/A
1 / 125
2005
1 / 125
N/A N/A N/A
1 / 125
2010 18.074 0.76
1 / 125
N/A N/A N/A
1 / 125
2015 22 004 0.77
1 / 125
N/A N/A N/A
1 / 125
2020
0 / 125
N/A N/A N/A
0 / 125
Seçki Sədr Nəticə
Səs % Mandat
may 1999

Xanhüseyn Kazımlı
36 935 91.03
1 / 1

Azərbaycan Sosial Rifah Partiyası yarandığı tarixdən etibarən bütün bələdiyyə seçkilərində iştirak etmişdir. 2019–2023-cü illərdə bir neçə bələdiyyədə üzvləri olmuşdur. Həmçinin Yevlax bələdiyyəsiBalaxanı bələdiyyəsinin sədrləri Azərbaycan Sosial Rifah Partiyasının üzvləri olmuşdur.

Seçki Sədr Səs Yer
# % ±
1999 Xanhüseyn Kazımlı
2004
2009
133 / 15.591
2014
2019

Ara bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Bələdiyyə üzvü
# %
2006 Xanhüseyn Kazımlı
9 / 1.901
2011

Azərbaycan Sosial Rifah Partiyasının qərargahı Nərimanov rayonunda Təbriz Küç. 92 ünvanında yerləşirdi.

  1. "Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.