Xərə-Zirə adası palçıq vulkanı

Vikipediya, azad ensiklopediya
Dr.Wiki54 (müzakirə | töhfələr) (158.181.40.175 tərəfindən edilmiş redaktələr geri qaytarılaraq TgrlBot tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.) tərəfindən edilmiş 13:39, 12 iyul 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Xərə-Zirə adası palçıq vulkanı
Ümumi məlumatlar
Növü palçıq vulkanı
Yerləşməsi
39°59′45″ şm. e. 49°38′37″ ş. u.
Ölkə  Azərbaycan
Xərə-Zirə adası palçıq vulkanı xəritədə
Xərə-Zirə adası palçıq vulkanı
Xərə-Zirə adası palçıq vulkanı

Xərə-Zirə adası palçıq vulkanı - Azərbaycan Respublikasının palçıq vulkanlarından biri.

Haqqında[redaktə | mənbəni redaktə et]

Xərə Zirə adası palçıq vulkanı Cənubi Xəzərdə neft və qaz yataqları ilə əlaqəsi olan vulkanik ada qurğularının xarakter nümunəsidir. Sahəsi 3,5 km² olan ada, dil və əlavə çıxıntısı istisna olmaqla, oval formaya malikdir və uzununa qırılmalarla mürəkkəbləşmiş pliosen-holosen çöküntüləri üzrə gömülmüş qalxımın tağında yerləşən nəhəng palçıq vulkanının krateri və krater bəndinə cavab verir. Krater meydançası dəniz səviyyəsindən yük­­səkliyə qalxmışdır və burada həm fəaliyyətsiz, həm də qaz və lilli palçıq ifraz edən qrifonları müşahidə etmək mümkündür. Adanın ətrafında və açıq dənizdə suyun üzərində qaz ifrazatları və zəif neft pərdəcikləri açıq-aydın görünür. Vulkanın ilk dəfə sənədləşdirilmiş püskürməsinin qeydə alınma tarixi 1810-cu ilə aiddir və o vaxtdan bu günə kimi onun aktivliyinin 13 parok­sizmi qeydə alınmışdır ki, onların da axırıncısı 2006-cı ilin payına düşür.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''