Ağnohur palçıq vulkanı

Ağnohur palçıq vulkanı — Çeyildağ qəsəbəsindən 12 km qərbdə yerləşərək, cənubdan ona birləşən dərə üzərində 200 m ucalır.[1]

Ağnohur
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
Ölkə  Azərbaycan

Kasaşəkilli krater brekçiyanın əsas axımlarının axdığı tərəfə, şimal-qərb istiqamətində açılmış, yüksəkliyi 3 m olan bəndlə əhatə edilmişdir. Vulkan Sündü-Çeyildağ tektonik zonasının aktiv palçıq vulkanı fəaliyyəti ilə səciyyələnən şaxəsində yerləşir. Brekçiya örtüyü böyük sahəni-1262 ha tutur və şimal istiqamətində 4.5 km məsafəyə izlənir. Palçıq vulkanlarının əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin gələcək nəsillərə çatdırılması və respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılmışdır.

Müvafiq Sərəncama əsasən Dövlət Təbiət Qoruğunun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilmişdir.[2] Qoruq əməkdaşları xüsusi mühafizə statusu şamil edilmiş 43 palçıq vulkanı eyni zamanda Ağnohur palçıq vulkanı da olmaqla mütamadi olaraq elmi stasionar müşahidələr aparmaqla ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, vulkanik proseslərin dinamikasının öyrənilməsi ilə yanaşı, həm də, onların antropogen müdaxilələrdən qorunmasını təmin etməklə vulkanik landşaftın təbii vəziyyətini saxlayır.

  1. "Dünya palçıq vulkanlarının atlası (2015)". 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: səh:47.
  2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. "Palçıq vulkanları qrupu DTQ". eco.gov.az. 2023-12-04 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]