Ağzıbir (Bozdağ) palçıq vulkanı

Ağzıbir (Bozdağ) palçıq vulkanı -Xəzər dənizi sahilində Ələt Körpü qəsəbəsindən 17 km cənubda, Xıdırlı qəsəbəsindən 4,5-5 km cənub-şərqdə yerləşir.

Ağzıbir (Bozdağ)
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
Ölkə  Azərbaycan

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ondan şimal-şərqə Hamamdağ, cənub-şərqdə isə Bəndovan palçıq vulkanları yerləşir. Ağzıbir, Bozdağ və Dovşandağ palçıq vulkanları bir xətt üzrə şimal-qərbdən cənub-şərq istiqamətində uzanmaqla nida şəkillidirlər.

Ağzıbir palçıq vulkanının geoloji quruluşunda Məhsuldarqat, Ağcagil, Abşeron və Dördüncü dövr çöküntüləri iştirak edir. Bu vulkan Bəndovan antiklinal quruluşunun catmavari hissəsində yerləşir. O, həmin quruluşun şimal-qərb periklinal hissəsinə uyğun gəlir. Bu tektonik quruluşun istər şimal-qərbdən cənub- şərqə doğru və istərsə də qərbdən-şərqə doğru uzanan tektonik sınmalarla kəsilir. Sonuncuların mürəkkəbləşdiyi hissədə də Ağzıbir palçıq vulkanı yaranmışdır.

Öz geomorfoloji quruluşuna görə Ağzıbir palçıq vulkanı on xarakter vulkanlardan biridir. Antiklinal quruluşun ox hissəsinə yaxın zonalarda yerləşmiş vulkan ocaqları onun çatma hissəsini xeyli sahədə parçalamışdır. Vulkanın əsas fəaliyyət göstərən hisəsi şimal qərbdə 113,4 m mütləq yüksəklikdə yerləşmişdir.

Topoqrafik xəritələrdə bu vulkan Bozdağ palçıq vulkanı adlanır. Azərbaycanda olan palçıq vulkanlarının bir neçəsi Bozdağ adlanır. Odur ki, haqqında danışılan Bozdağı palçıq vulkanının adını bu adda olan digər palçıq vulkanlarından fərqləndirmək üçün ədəbiyyatda Ağzıbir adlandırılmışdır.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Palçıq vulkanları Geri
  1. Атлас Грязевых вулканов мира. Издательство "Nafta-Press", 2015