Xıdırzində palçıq vulkanı– Bakıdan 90 km şimal-qərbdə, Beşbarmaq dağı rayonunda yerləşir.[1]
Xıdırzində palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | palçıq vulkanı |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Xıdırzində palçıq vulkanının fəaliyyətdə olan erupsiya mərkəzləri (sopka, salza və qrifonlar) və diametri 80-100 m olan palçıq vulkanı sahəsilə səciyyələnir. Sahənin mərkəzi hissəsində hündürlüyü 5 m olan iri sopka, diametri 3-4 m və oturacağı 30-40m olan salza yerləşir. Vulkan Siyəzən monoklinalının cənub-şərq qurtaracağına-Çandaqar-Zarat sahəsinə mənsub olub, uzununa pozulma ilə əlaqədardır. Burada təbaşir və paleogen çöküntüləri şimal-şərqdə tədricən meylliyi azalan, dik (75-80°),bəzi yerlərdə aşırılmış yatımla səciyyələnirlər. Xıdırzində palçıq vulkanında palçıq, qaz, su və neftin çıxması müşahidə edilir. Sopkaların yamaclarını əhatə edən sahələrə neft hopmuşdur. İri salza nazik neft təbəqəsi ilə örtülmüş su ilə dolmuşdur.