Boğ-Boğa palçıq vulkanı

Boğboğa — Abşeron yarımadasında, Sabuncu Şəhər tipli qəsəbə.-nin qərbində palçıq vulkanı. Hündürlüyü 87 m. Palçıq vulkanları püskürərkən yer səthinə çıxan su, palçıq və qaz müxtəlif səslər çıxarır. Belə vulkanlar əhali arasında boğ-boğa və ya pilpilə adlandırılır. Boğboğa sözü vulkanın çıxardığı səsə muvafiq olaraq təqlidi təkrar xarakteri daşıyır.[1]

Boğboğa
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
Ölkə  Azərbaycan

Boğ-boğa palçıq vulkanı üçərində triqometrik məntəqə qurulmuş təpənin çirvəsini tutur. Təpə vulkan püskürmələrinin brekçiyadan təşkil olunmuşdur. Burada külli miqdarda qrifon vardır. Qrifonlardan axan qatı neftli sular qır örtüyü əmələ gətirir.

Boü-boüa vulkanı tektonik cəhətdən Balaxanı - Sabunçu - Ramana qırışıüının qərb hissəsində yerləşib, bu strukturun şimal qalxmasını əmələ gətirir.

Şəkildən göründüyü kimi 30 il əvvəl vulkanın ətrafı boş sahələr olmuşdur.

Hal-hazırda kənd həm təbii məxsusi artım, həm də Qərbi Azərbaycandan, öz yurd-yuvalarından qovulmuş insanların hesabına genişlənərək demək olar ki, vulkanın bütün ərazisini öz altına almışdır. Hesab edirik ki, təcili olaraq bu təhlükəli halın qarşısı alınmalıdır. Təbiətin bizdən xəbərsiz öz xronometri olduğundan bu hal istənilən an faciələrlə nəticələnə bilər. Azərbaycanda belə hallar olmuşdur.

  • Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
  1. Boğ-Boğa palçıq vulkanı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.