Genişmiqyaslı şəbəkə

Vikipediya saytından
Nemoralis (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:11, 6 sentyabr 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Genişmiqyaslı şəbəkəyə (WAN) qoşulan lokal şəbəkə (LAN)

Genişmiqyaslı şəbəkə və ya qısaca WAN (ing. Wide area network) — böyük coğrafi əraziyə yayılan telekommunikasiya şəbəkəsi. Bu şəbəkə tez-tez icarəyə götürülmüş telekommunikasiya sxemləri ilə qurulur.[1]

Bizneslər, eləcə də məktəblər və dövlət qurumları məlumatları dünyanın müxtəlif yerlərindən olan işçilərə, tələbələrə, müştərilərə, alıcılara və təchizatçılara ötürmək üçün genişmiqyaslı şəbəkələrdən istifadə edirlər. Əslində, bu telekommunikasiya rejimi biznesə yerindən asılı olmayaraq gündəlik funksiyasını səmərəli şəkildə yerinə yetirməyə imkan verir. İnternet genişmiyqaslı şəbəkə hesab edilə bilər.[2] Ancaq WAN adətən müəyyən bir təşkilat üçün qurulur və özəldir. WAN-lar lokal şəbəkələrdən (LAN) ayrıla bilər, çünki LAN fiziki cəhətdən proksimal şəbəkələrə aiddir.

ISO/OSI modeli

Qlobal kompüter şəbəkələrində informasiyanın mübadiləsi üçün açıq sistemlərin qarşılıqlı təsir modeli – ISO/OSI modelindən (ISO – International Standarts Organization, OSI – Open Systems Interconnection) istifadə olunur.

OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir. Bu səviyyələrin hər birində xüsusi protokol adlanan standartlardan istifadə olunur.

Qlobal şəbəkə

Qlobal şəbəkənin strukturu

Qlobal hesablama şəbəkələri müəssisədə olan və ya uzaq məsafədə yerləşən və informasiya mübadiləsinə ehtiyacı olan bütün abonentlər arasında əlaqə yaratmaq imkanına malik olmalıdır. Bunun üçün qlobal şəbəkə kompleks xidmətlər göstərməlidir. Qlobal hesablama şəbəkəsi bir biri ilə əlaqədə olan üç alt şəbəkədən ibarətdir:

  • Verilənləri ötürmə şəbəkəsi;
  • EHM şəbəkəsi;
  • Terminal şəbəkəsi.

Kommutasiya üsulları

İnformasiya mübadiləsini həyata keçirmək üçün abonentlər arasında əlaqə 3 üsulla yaradıla bilər:

  1. kanalların kommutasiyası;
  2. məlumatların kommutasiyası;
  3. paketlərin kommutasiyası.

Kanalların kommutasiyası

Kanalların kommutasiyası abonentlər arasında fiziki kanalın ayrı-ayrı hissələrini bir-birinin ardınca qoşaraq verilənlərin birbaşa ötürülməsini təmin edir. Verilənlərin ötürülmə vaxtı ötürülən məlumatların uzunluğundan və kanalın ötürmə sürətindən asılıdır.

Məlumatların kommutasiyası

Məlumatların kommutasiyası başlıq və verilənlərdən ibarət məlumatların şəbəkə qovşaqları tərəfindən təyin edilən marşrut üzrə ötürülməsi yolu ilə həyata keçirilir.

Paketlərin kommutasiyası

Paketlərin kommutasiyası məlumatları müəyyən uzunluğu olan (adətən 1024 bayt) və başlıqla təmin olunmuş məlumat elementləri – paketlərə bölmək və paketləri şəbəkə qovşaqları vasitəsilə təyin edilən marşrut üzrə ötürmək yolu ilə həyata keçirilir.

Qlobal şəbəkələrin növləri

80-ci illərdə praktiki olaraq paketlərin kommutasiyası ilə işləyən yalnız X.25 — qlobal şəbəkə texnologiyasından istifadə olunurdu. Bu gün seçim xeyli artıb, X.25 şəbəkələri ilə yanaşı Frame Relay, ATM texnologiyalarından da istifadə olunur. Bununla yanaşı qlobal kompüter şəbəkələrində TCP/IP texnologiyasından da geniş istifadə olunur ki, buna İnternet şəbəkəsini misal göstərmək olar.

İstinadlar

  1. "A WAN Is a Wide Area Network. Here's How They Work". Lifewire. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-21.
  2. Groth, David and Skandler, Toby. Network+ Study Guide, Fourth Edition. Sybex, Inc. 2005. ISBN 0-7821-4406-3.

Mənbə

Ədəbiyyat

  1. В.Г. Олифер, Н.А. Олифер. Компьютерные сети. Принципы, технологии, протоколы / — СПБ: Питер. 2001–672 с.
  2. Вычислительные системы, сети и телекоммуникации. Пятибратов и др. – ФИС, 1998
  3. М. Кульгин. Технологии корпоративных сетей. Энциклопедия – СПБ: Питер. 2000 – 704
  4. А.В. Фролов, Г.В. Фролов. Глобальные сети компьютеров. – М.: ДИАЛОГ – МИФИ. 1996 – 288 с.
  5. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Həmçinin bax