Ayazaxtarma

Vikipediya saytından
УмныйПёс (müzakirə | töhfələr) tərəfindən edilmiş 04:45, 9 aprel 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Ayazaxtarma palçıq vulkanı
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
40°22′23″ şm. e. 48°59′12″ ş. u.
Ölkə  Azərbaycan
Ayazaxtarma palçıq vulkanı xəritədə
Ayazaxtarma palçıq vulkanı
Ayazaxtarma palçıq vulkanı

Ayazaxtarma və ya GicəkiaxtarmaAzərbaycanda palçıq vulkanı. Şamaxı rayonu ərazisində, Qobustanda, Gicəki dağındadır. Nisbi hündürlüyü 45–50 metrdir. Brekçiyanın sahəsinə (3,100 hektar) və həcminə görə Ayazaxtarma Azərbaycanda ən iri palçıq vulkanlarındandır.[1]

Ayazaxtarma palçıq vulkanı Çeyildağ qəsəbəsindən 24 km qərb-şimal-qərbdə yerləşən, uzunluğu 3 km və eni 2 km olan yüksəklik şəklindədir. Vulkanın şərq hissəsində oval krater sahəsi ayrılır. Vulkanın səthi kiçik dayaz dərələr, hünsürlüyü 2 m və eni 5-6 m olan ik krater bındli yastı düzənliyi təmsil edir. Vulkanın yüksəkliyi 50-60 m-dir. Palçıq vulkanı axımı qərb istiqamətində izlənilir. Vulkanın yamacları dik, çoxsaylı yarğanlarla kəsilmişdır. Brekçiyanın yayılma sahəsi 3155-ha-ra çatır, qalınlığı isə 60 km təşkil edir. Vulkan Giçəkaxtarma antiklinalının iri oxu uzunu tektonik qırılma ilə mürəkkəbləşən cənub-şərq periklinalına aiddir. Qırılma üzrə strukturu çimal qanadı şaquli amlitudası 100 m-dən 600-m-ə qədər olmaqla yuxarı qalxıb.[2]

  1. Ајазахтарма // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 192.
  2. "Dünya palçıq vulkanlarının atlası (2015)". 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: səh:45-46.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]