İnam Kərimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İnam Kərimov
Vəzifədədir
4 aprel 2023-cü ildən
ƏvvəlkiRamiz Rzayev
Vəzifədədir
4 aprel 2023-cü ildən
21 aprel 2018 – 4 aprel 2023
Prezidentİlham Əliyev
ƏvvəlkiHeydər Əsədov
SonrakıMəcnun Məmmədov
7 sentyabr 2012 – 21 aprel 2018
Prezidentİlham Əliyev
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıÜlvi Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1977(1977-06-06) (46 yaş)
Doğum yeri
Təhsili Bakı Dövlət Universiteti
Strasburq Universiteti
Paris Universiteti
Fəaliyyəti məmur, siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq doktoru[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnam İmdad oğlu Kərimov (6 iyun 1977, Bakı) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və hakimi (2023-cü ildən), Məhkəmə-Hüquq Şurasının sədri (24.06.2023—h.h.), A. R. sabiq kənd təsərrüfatı naziri (2018–2023), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birinci sədri (2012–2018)

Həyatı

1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb.

1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib.

1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub.

1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb.

2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb.

2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

İngilis, fransız, rus və fars dillərini bilir.

Ailəsi

Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin qardaşıdır.

Fəaliyyəti

2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə isə baş məsləhətçi vəzifələrində çalışıb.

2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli 2426 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.[1]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.[2]

İstinadlar

  1. "İnam İmdad oğlu Kərimovun Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Prezidentinin 7 sentyabr 2012-ci il tarixli 2426 nömrəli Sərəncamı.  (az.)". www.e-qanun.com. Archived from the original on 2020-01-15. İstifadə tarixi: 07.09.2012-ci il.
  2. "İnam İmdad oğlu Kərimovun Azərbaycanın Kənd təsərrüfatı naziri təyin edilməsi haqqında Azərbaycan Prezidentinin 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı.  (az.)". www.e-qanun.com. Archived from the original on 2020-09-17. İstifadə tarixi: 21.04.2018-ci il.