İrbis Şekuy xaqan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İrbis Şekuy xaqan
乙毗射匮可汗
642 – 650
Əvvəlkiİrbis İşbara Yabqu xaqan
SonrakıXallıq İşbara Yabqu xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri
Atası İl Külüg şad
Dini Tenqriçilik

İrbis Şekuy xaqan (乙毗射匮可汗) — Göytürk hökmdarı.

Hakimiyyəti

642-ci ildə Nuşibilərin dəstəyi ilə hakimiyyətə gəlmişdir. Bəzi tarixçilər onu Xəzərlərin birinci xaqanı sayır [1]. Amma bu məlumatın dəqiqliyi bilinmir. Yükük şadı Künduzə qovaraq tam hakimiyyəti əlinə almış, Çin şahzadəsi ilə evlənmək istəmişdi amma imperatorun cehiz olaraq XotanQaşqar daxil olmaqla 4 böyük şəhəri tələb etməsi bu evliliyi mümkünləşdirmədi.[2]

Ölümü

646-cı ildə üsyan edən Xallıq İşbaranı məğlub etmişdi. 650-ci ildə Çindən özünə ordu toplayan və şərqə gələn Xallıq İşbara tərəfindən öldürülmüşdü.

İstinadlar

  1. Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
  2. Гумилёв Л. Н. Древние тюрки. — СПб.: СЗКЭО, Издательский Дом «Кристалл», 2002. — С. 576. — ISBN 5-9503-0031-9.