Yami xaqan

Yami xaqan (意利珍豆启民可汗 - Müdrik, sözü hər yerdə keçən, öndə gedən xaqan; VI əsr608 və ya 609, Şərqi Göytürk xaqanlığı) — Şərqi Göytürk xaqanlığının ilk xaqanı.

Yami xaqan
啓民可汗
Tolis xaqan
突利可汗
603 – 609
ƏvvəlkiTulan xaqan
SonrakıŞibi xaqan
Şəxsi məlumatlar
Doğum tarixi VI əsr
Vəfat tarixi
Vəfat yeri Disyan
Vəfat səbəbi Xəstəlik
Atası Bağa xaqan[1] (bəzi mənbələrə görə İşbara xaqan[2])
Həyat yoldaşları Şahzadə Anyi
Şahzadə Yiçenq
Uşaqları Şibi xaqan
Çula xaqan
İllig xaqan
Dini Tenqriçilik

Hakimiyyətdən öncə

[redaktə | mənbəni redaktə et]

Tulan xaqanın kiçik qardaşı idi. taxta keçməsindən sonra şimala köçərək Şərqi Göytürk xaqanlığının şərq bölgəsini idarə edən xaqanın ünvanı olan "Tuli xaqan" (Tölis-qaγan) titulunu istifadə etməyə başladı. Suy sülaləsinə heyət göndərərək qızlarıyla evlənmək istəyincə buna qarşı çıxan Tulan xaqan ilə arasında anlaşılmazlıq yaşandı.

597-ci ildə Şərqi Göytürkün bölünməsini istəyən Suy imperatoru Ven öz qohumlarından birinin qızlarından şahzadə Anı ərə verdi verdi. 599-cu ildə Tulan xaqan, Qərbi Göytürk xaqanı Tarduş xaqan ilə ittifaq qurub Yami xaqana hücum etdi. Məğlub olan Yami beş atlı ilə Çinə sığındı. Ven, şahzadə Anyinin ölmüş olmasından dolayı başqa bir şahzadəsi olan Yiçenq ilə evləndirdi.

600-cü ildə Tardu tərəfindən məğlub edildisə də yenə Çindən dəstək aldı.

603-cü ildə Tardu xaqana üsyan edən Tiele və Puqu tayfaları Yamiyə tabe oldu. Yami qısa müddətliyinə də olsa Göytürkləri birləşdirdi.

605-ci ildə Kidan ellərinin hücumunun qarşısını almışdı.

607-ci ilin yazında isə Loyana gedərək imperator Yanqı ziyarət etmişdi. Yayda da imperator xaqanın çadırında olmuşdu. İmperatorun xaqana olan marağından əyanlar Qao Cionq, Yuven Bi və Herio Bi narazı idilər. İmperator cavab olaraq onları edam etdirmiş, baş nazir Su Veyi isə istefaya göndərmişdi. İmperatorun əmri ilə Yuven Kai xaqan üçün minlərlə nəfərin daxil ola biləcəyi bir çadır hazırlamışdı.[3]

609-cu ildə xəstəlikdən öldü. Bəzi mənbələr isə 611 deyir.[3]

  1. Liu, 1958-I: 201
  2. Liu, 1958-I: 87
  3. Liu, 1958-I: 134, 183