Şonqar palçıq vulkanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şonqar palçıq vulkanı
Ümumi məlumatlar
Növü palçıq vulkanı
Yerləşməsi
40°11′29″ şm. e. 49°21′39″ ş. u.
Ölkə  Azərbaycan
Şonqar palçıq vulkanı xəritədə
Şonqar palçıq vulkanı
Şonqar palçıq vulkanı

Şonqar palçıq vulkanı - Puta yatağından 12 km şimal-qərbdə yerləşən, geniş əsası və az meylli yamacları olan konusvari təpədən ibarət palçıq vulkanı.

Haqqında

  • Şonqar palçıq vulkanı Puta yatağından 12 km şimal-qərbdə yerləşir. Onun cənub-qərb yamacında vulkan brekçiyasının iki dili əmələ gəlmişdir.
  • Krater valının palçıq brekçiyasındakı 2-3 metr dərinlikli çatlar vulkan üzərində hərəkəti çətinləşdirir.
  • Püskürmələr içərisində Eosen və məhsuldar qat süxurlarına rast gəlinir.
  • Təpənin zirvəsində palçıq vulkanı brekçiyasının tutduğu sahə 145x225 metrdir.
  • Püskürmə suxurları Eosen və orta Pliosen mənşəlidir.
  • Zirvədəki brekçiyanın yayıldığı ümumi sahə 3,5 hektardan çoxdur.
Şonqar palçıq vulkanı
Şonqar palçıq vulkanı

Son püskürmədən sonra sopka örtüyünün ümumi sahəsi təxminən 168 hektar, gücü 10-200 metr, sopka brekçiyasının həcmi 184 mln. m³ olmuşdur.

  • Bu vulkanın brekçiya örtüyündə qazılan quyular göstərmişdir ki, örtüyünün qalınlığı müxtəlif sahələrdə fərqli olur. Məsələn, mərkəz hissələrdə bu qalınlıq 200 metrdən çox olub, kənarlarda 11-12 metrədək azalır.
  • Səthə çıxarılmış brekçiyanın həcmi təxminən 30 min m³ təşkil edir.
  • Eroziya nəticəsində vulkanın krateri tamamilə yox olmuşdur. Hazırda burada ayrılma müşahidə edilmir.[1]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Elman Yusifov, Nəzakət İsayeva, Faiq Əsgərov. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri. Bakı: Nurlar, 2007, s. 285