Bakı Biznes Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bakı Biznes Universiteti
BBU
Bakı Biznes Universiteti
Bakı Biznes Universitetinin I və II tədris korpusları
Bakı Biznes Universitetinin I və II tədris korpusları
Şüar Elm Həvəsində! Təhsildə irəliləyiş! Yenilikdə birincilik!
Əsası qoyulub 21 mart 1992
Rektor İbad Abbasov
Tələbə sayı 3.750
Şəhər Bakı
Ölkə
Ünvan Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 88A
Metro 20 yanvarİnşaatçılar
Sayt bbu.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakı Biznes Universiteti — 1993-cü ildə yaradılan və Bakı şəhərində fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi.

Tarixi

Bakı Biznes Universiteti 1993-cü ildə təsis edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının 13 mart 1993-cü il tarixli 7/3 saylı qərarı ilə rəsmi qeydiyyata alınaraq institut statusu ilə fəaliyyətə başlamışdır.

Təhsil

Bakalavriat səviyyəsində təhsil müddəti bütün ixtisaslarda 4 il (8 semestr), qiyabi şöbədə isə 5 ildir (10 semestr). Tədris müddətində tələbələrə ixtisasları üzrə əsas və əlavə fənlər tədris olunur.

Maddi-Texniki bazası

Universitetin bütün korpus və köməkçi binaları Yasamal rayonunda, 20 Yanvar və İnşaatçılar metrostansiyalarının arasında yerləşməkdədir. Həmçinin, universitetin kampusunda gəzinti Bağçası, elm parkı, meydan, idman stadionu, oyun meydançası və s. yerləşir.

Kitabxana

Bakı Biznes Universitetinin kitabxanası var. Burada çox sayda kitablar, dövri nəşrlər, audiovizual və kompüter məlumatı vardır.

Yeməkxana

Universitetdə 3 yeməkxana mövcuddur.

İstirahət yeri

Universitetin kampusunda 1 meydança, stadion, oyun meydançası, bağ və gəzinti yeri mövcuddur.

Tələbələr təşkilatları

Tələbə elmi cəmiyyəti:

  • Tələbə Elmi Cəmiyyəti
  • Tələbə Muzeyi və Güşəsi
  • Debat Məclisi
  • Yaradıcılıq evi, klublar və Gənclər kabineti

Klublar:

  • Dilçilər klubu
  • Elm və Əyləncə klubu
  • Müasir Texnologiyalar klubu
  • İqtisadçı klubu
  • Gənc Debatçılar klubu
  • Marketoloqlar klubu
  • Tarix və Fəlsəfə klubu
  • İdman və İntellektual Oyunlar klubu
  • Xarici Siyasət klubu

Beynəlxalq əlaqələri

Təhsil sahəsində bir sıra TEMPUS layihələrinin, Mövlanə, Erasmus+"kimi mübadilə proqramlarının tərəfdaşı olan Bakı Biznes Universiteti Avropa və Asiya universitetləri ilə əməkdaşlıq edir.

İstinadlar

Həmçinin bax