Göyəm (Zaqatala)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Göyəm
41°36′58″ şm. e. 46°35′36″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 407 m
Saat qurşağı
Əhalisi
Əhalisi 4.157 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6222[1]
Xəritəni göstər/gizlə
Göyəm xəritədə
Göyəm
Göyəm

GöyəmAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Mədəniyyəti

Ərazidə 3 orta məktəb, 1 həkim məntəqəsi, 2 feldşer-mama məntəqəsi, 1 klub, 4 kitabxana, 2 mədəniyyət evi, 1 körpələr evi-uşaq baxçası, 4 məscid, 1 futbol meydançası vardır.

Tarixi abidələr: 4 məscid, qədim qəbristanlıq.

Coğrafiyası və iqlimi

Göyəm ərazi nümayəndəliyi, rayon mərkəzindən cənubda, Tala çayın sağ sahilində yerləşir və dörd kəndi (Göyəm, Çökək, Sumaylı, Dardoqqaz) özündə birləşdirir.

Nümayəndəliyin ərazisi 3368,6 hektardir.

Əhalisi

Əhalisi 4157 (Göyəm - 1914, Çökək - 935, Sumaylı - 656, Dardoqqaz - 652) nəfər, əsasən azərbaycanlılar, avarlar, saxurlardır. Dini mənsubiyyəti müsəlman.

Ərazi nümayəndəliyi, RİHB-nin ərazi İcra nümayəndəsi və Göyəm Bələdiyyəsi tərəfindən idarə olunur.

Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

Din

Kənddə Göyəm kənd məscidi dini icması fəaliyyət göstərir[2].

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. MÜSƏLMAN DİNİ İCMALAR - 2014-cü ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)