Mişleş (Zaqatala)

Mişleş (əvvəlki adı: Meşleş) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Meşleş kəndi Yuxarı Tala kəndinin şimalında, Tala çayının sol sahilində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir.[1]

Mişleş
41°39′17″ şm. e. 46°42′38″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 134 (2012) nəfər
Xəritəni göstər/gizlə
Mişleş xəritədə
Mişleş
Mişleş

27 mart 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Meşleş kəndinin adı Mişleş kəndi olaraq dəyişdirilmişdir.[2]

2012-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 134 nəfərdir.[3]

Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

  1. "Rayonun istirahət və turizm zonaları,idman kompleksləri haqqında məlumat". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.
  2. Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Arxivləşdirilib 2014-07-15 at the Wayback Machine Bakı şəhəri, 27 mart 2001-ci il, № 110-IIQ
  3. Zaqatala rayon İcra Hakimiyyəti Arxivləşdirilib 2022-06-27 at the Wayback Machine: İcra hakimiyyəti – Bələdiyyələr Arxivləşdirilib 2022-06-27 at the Wayback Machine, Yuxarı Tala bələdiyyəsi, Bələdiyyə sədri: Məhəti Ömərov