Uzuntala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Uzuntala | |
---|---|
41°36′56″ şm. e. 46°27′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 221 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kənd rayon mərkəzindən 26 km cənubda, Katex çayının sağ sahilində yerləşir.[1] Şimaldan Balakən rayonunun Qamış Tala, qərb tərəfdən Balakən rayonunun Püştətala, Qaracıl, Kortala, cənubdan və şərqdən Katex çayı ilə həmsərhəddir.[1]
Kəndin ərazisi 622 hektardır.[1]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 657 nəfərdir, milli tərkibcə əsasən avarlardan ibarətdir.[1] Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub.[1]
Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Uzuntala Bələdiyyəsi tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq və maldarlıqdır.[1]
Kənddə 1 orta məktəb, feldşer-mama məntəqəsi, klub, məscid, futbol meydançası, poçt, ATS vardır.[1]
Kənd XIX əsrdə tikilmiş məscid vardır.[1]
Kənddə Uzuntala kənd məscidi dini icması fəaliyyət göstərir[2].
Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |