Kebeloba — Azərbaycan Respublikasının Zaqatala rayonunun Car inzibati ərazi vahidində kənd.
Kebeloba | |
---|---|
41°38′ şm. e. 46°38′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kebeloba kəndi Baş Qafqaz silsiləsinin ətəyindədir. Mənbələrin məlumatına görə, təqr. XVI-XVII əsrlərdə Dağıstanın Kabal kəndindən köçüb gəlmiş kabal (kebel) nəslinə mənsub ailələr Zaqatala rayonunun Car kəndində məskunlaşmış, Kebeloba kəndinin ərazisi isə onların müvəqqəti binə yeri olmuşdur. Sonralar isə kebellər burada daimi məskunlaşmış, kəndə də bu adı vermışdilər. Oykonim "kebellərin obası" mənasındadır.[1]
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |