Yolayrıc

YolayrıcAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Yolayrıc
41°33′50″ şm. e. 46°29′11″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yolayrıc xəritədə
Yolayrıc
Yolayrıc

Yolayrıc - avarca “Нуxlбикь” (“нуxl - yol” və “бикь - ayrıc”) sözünün azərbaycan dilinə tərcümə olunmasından alınmış kənd adıdır.

Yolayrıc kəndi Zaqatala rayonunun inzibati ərazi vahidi kimi rayon mərkəzindən 18 km cənubda, qaraçay çayının sağ sahilində, düzənlik ərazidə yerləşir. Kənd şimaldan Höytala, cənub-şərqdən Danaçı, qərbdən isə III Tala kəndləri ilə həmsərhəddir. Kəndi Höytala ilə su kanalı, Danaçı ilə meşə sahələri, III Tala ilə isə Qaraçay çayı ayırır. Kəndin şimaldan cənuba orta uzunluğu 4 km, şərqdən qərbə isə 2.5 km təşkil edir. Kəndin ərazisi yaşayış məntəqələrindən, iki böyük əkin sahəsindən, şimaldan cənuba doğru uzanan, kəndin təxminən orta hissəsindən keçən əsas yoldan və ona bitişik digər kənddaxili yollardan ibarətdir.

Kəndin salınması XVI əsrin sonlarına XVII əsrin əvvəllərinə təsadüf edir. Belə ki, kənddə yerləşən qəbiristanlıqda oxuna bilən ən qədim qəbir daşı (Hacı Süleyman) XVII əsrə təsadüf edir. Bu isə həmin əsrdə əhalinin məskunlaşmasından və təsərrüfat həyatından xəbər verir. Həmin qəbir daşının qəbiristanlığın ortasında yerləşməsini və onun ilkin basdırılan qəbir daşlarınadək olan məsafəyə uyğun təxmini vaxt keçidi nəzərə alınaraq kəndin salınması həmin dövrə təsadüf olunduğu qənaətinə gəlinmişdir.

Həmin dövrdə kənd düz uzanan yolun sağ və sol tərəflərində salınmış yaşayış evlərindən ibarət olduğundan bu ərazi avarca “düz yol” mənasını verən “Нуxlбитl” (“нуxl - yol” və “битl - düz”) sözü ilə adlandırılmışdır. Deməli, kəndin əsl adı “Нуxlбитl” olmuşdur. Lakin, yerli sakinlər tərəfindən kənd adı “Нуxlбикь” kimi işlədilmişdir. Bu səbəbdən kəndin indiki adı avarca “Нуxlбитl” yox, hazırda işlənən “Нуxlбикь” (“нуxl - yol” və “бикь - ayrıc”) sözünün azərbaycan dilinə tərcümə olunmasından alınan “Yolayrıc” sözü ilə rəsmi adlandırılmışdır.

Kəndin əhalisini Avarlar təşkil edir. Əhalinin sayı 1500 nəfərə yaxındır. Kəndin əhalisi kənd salınarkən və ilkin təsərrüfat həyatını formalaşdırarkən iştirak etmiş yerli və sonradan Dağıstan ərazisindən buraya köç etmiş gəlmə avarlardan ibarətdir. Gəlmələrin yerlilərlə müqayisədə azlıq təşkil etməsi, nəsillərin artması və bir-birinə qarışması yerli və gəlmə sakinlərin seçilməsinin qarşısını almışdır.  

Məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

Hazırda əhalinin əsas məşguliyyəti fındıqçılıq, tərəvəzçilik və maldarlıqdır. 

İnfrastruktur obyektləri

[redaktə | mənbəni redaktə et]

Kəndin əsas infrastruktur obyektlərinə kənd tam orta məktəbi, kənd kitabxanası, kənd məscidi, kənd qəbiristanlığı, kiçik idman meydançası və kənd ATSi aiddir. Bu obyektlər kəndin əsas yolunun üzərində yerləşir. Kəndin ərazisində bu obyektlərdən başqa digər dövlət, özəl, sosial-mədəni tikililər yoxdur.

Dövlət və yerli özünü idarəetməsi

[redaktə | mənbəni redaktə et]

Yolayrıc kəndi rayonun Makov inzibati ərazi dairəsinə daxildir. Kənd yerli özünü idarəetmə sahəsində Makov bələdiyyəsinə tabedir.

Sosial-iqtisadi tədbirlər

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.[1]

Faktiki olaraq kəndə təbii qazın verilməsi sentyabr ayından başlanılmışdır.

Kəndin poçt ünvanı: AZ6229, Zaqatala r., Yolayrıc k.

Kənd ATS kodu: 31

Beynəlxalq yığım forması:  +994 24 22 31 0 00