Humay qayası nekropolu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Humay qayası nekropoluNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nəsirvaz kəndinə gedən yoldan yuxarıda, Nəbi yurdu və Qara pirdən aşağıda, "Humay qayası" dağının ətəyində, təpə üzərində yеrləşən nekropol.

Haqqında

Abidə bir tərəfdən dərin dərə ilə, digər tərəflərdən düzənlik sahələrlə əhatə оlunmuşdur. Sahəsi 1 hektara yaxındır. Nekropoldakı qəbirlərin üzü şərq istiqamətindədir. Qəbirlərin çоxu təbii aşınma nəticəsində dağılmışdır. Nekropolda aparılan araşdırma zamanı yerli əhalidən toplanılan etnoqrafik materiallardan da istifadə edilmişdir. Yerli əhalinin verdiyi məlumata görə vaxtı ilə nekropolun yaxınlığında "Kolluq" adlı yerdə tikili qalıqları olmuşdur. Orada müxtəlif dövrlərdə aparılmış təsərrüfat işləri nəticəsində divar qalıqları dağılmışdır. Bu abidə erkən orta əsrlər dövrünə aiddir.[1]

İstinadlar

  1. Xəlilov T.F. Gəmiqaya ətrafının yeni abidəsi Humay qayasında türk mədəniyyətinin izləri. Qarapapaqlar. Tblis, 2013, № 11(75), s. 41-44.

Həmçinin bax