Nəsirvaz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.[1]
Nəsirvaz | |
---|---|
39°10′04″ şm. e. 45°55′23″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Ordubad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.942 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Nəsirvaz Naxçıvanın qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Kənddə 5-ci əsrə aid alban kilsəsi mövcuddur. Kəndin yaxınlığında qayaüstü təsvirlər aşkar edilmişdir (bax Gəmiqaya rəsimləri). “Nəbi yurdu” adlanan ərazidə isə qayaüstü təsvirlərlə yanaşı, Tunc və Dəmir dövrlərinə aid maddi mədəniyyət qalıqları və orta əsrlərə aid maraqlı qəbir abidələri də var.[2]
Kəndin ibtidai məktəbi, tibb məntəqəsi var.
Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, dağ ətəyindədir.
Əhalisi 166 nəfərdir.[3]
Nəsirvaz kəndi Bist bələdiyyəsinin tərkibindədir.
Kənd əhalisi əsasən arıçılıq və heyvandarlıqla məşğuldur.