Otman Bozdağ palçıq vulkanı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Otman Bozdağ palçıq vulkanı
Ümumi məlumatlar
İlk püskürmə 1876
Son püskürmə 23 sentyabr 2018
Yerləşməsi
40°14′25″ şm. e. 49°30′26″ ş. u.
Ölkə  Azərbaycan
Otman Bozdağ palçıq vulkanı xəritədə
Otman Bozdağ palçıq vulkanı
Otman Bozdağ palçıq vulkanı

Otman Bozdağ palçıq vulkanıAzərbaycanda, Qaradağ dəmir yolu stansiyasından 5 km şimal-qərbdə yerləşən palçıq vulkanı[1].

Quruluşu

Yüksəkliyin mərkəz hissəsini diametri 300 metr olan vulkan krateri tutur[1]. Kəsik konus şəklində olan kraterin kənarları 6 metr hündürlüyündə bəndlə hüdudlaşmışdır[1]. Onun dik yamacları dərin yarüanlarla kəsilmişdir[1]. Otman Bozdağının qrifon və salçaları iki qrupdan ibarətdir[1]. Palçıq vulkanı rayonunun geoloji quruluşunda pliosen çöküntüləri iştirak edir[1].

Püskürmə fəaliyyəti

Otman Bozdağının püskürmə fəaliyyəti haqqında maraqlı məlumatlar vardır[1]. Məsələn, 1845-ci il yanvarın 22-də baş vermiş güclü püskürmə 3 saat davam etmişdir[1]. Brekçiyanın tədqiqi vulkanın bir neçə dəfə – 1845, 1904, 1951, 1965-ci illərdə püskürdüyünü göstərir[1]. 1965-ci il oktyabrın 1-də saat 11.50-də bir saat yarım davam edən növbəti püskürmə baş vermişdir[1]. Brekçiyanın tutduğu sahə 10 km²-dən artıq olmuşdur[1].

Növbəti püskürmə 12 dekabr 1994-cü ildə baş vermişdir. Partlayış nəticəsində yaranmış alov sütununun hündürlüyü 60–70 m-ə çatmışdır[1]. Yaranmış brekçiya örtüyü 5 ha sahənin tutmuş, orta həcmi 63 m³ olmuşdur. Püskürmə nəticəsində uzunluğu 450 m, eni 2 m, dərinliyi 3 m olan 3 ədəd nəhəng çat yaranmışdır[1].

Vulkanın qeydə alınmış 8-ci püskürməsi 2004-cü ildə olmuşdur[2].

Sonuncu püskürmələr

6 fevral 2017-ci ildə vulkanda iki püskürmə baş verib[2]. Vulkan iki fazada püskürüb[2]. Birinci faza təxminən saat 12:20, ikinci faza isə 14:18 radələrində qeydə alınıb[2]. Aparılan ilkin tədqiqatlar nəticəsində məlum olub ki, ikinci faza zamanı daha qüvvətli partlayış baş verib[2]. Birinci püskürmə 3 dəqiqə 23 saniyə, ikinci isə 6 dəqiqə davam edib[2]. İkinci partlayış zamanı alovun hündürlüyü təxminən 270-300 metrə çatıb[2]. Vulkanının püskürməsi nəticəsində ətraf ərazilərin landşaft örtüyü yanıb[2]. Onun krater sahəsindən qərbə və cənuba doğru eni 3-5 metr, uzunluğu kilometrlərlə ölçülən dərin çatlar əmələ gəlib[2]. Vulkanın brekçiyası 10 hektar ərazini əhatə edib[2]. 2018-ci ilin 23 sentyabr saat 08:53 radələrində palçıq vulkanında bir illik fasilədən sonra birinci püskürmə baş verib. İkinci püskürmə saat 09:58 radələrində qeydə alınıb. Alovun hündürlüyü 200-300 metr olmuşdur. Püskürmədən sonra ərazidə çoxlu sayda dərinliyi 40 metrə[3] çatan çatlar əmələ gəlmişdir.

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Elman Yusifov. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri. Bakı: Nurlar NPM, 2007.  (az.)
  2. 1 2 3 4 5 6 7 8 9 10 Qaradağda püskürən vulkandan - Fotolar + Video Arxivləşdirilib 2017-02-09 at the Wayback Machine. qafqazinfo.az, 07.02.2017  (az.)
  3. "Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-23.